18 yan 12:02Yazar

AFFA-nın sirr pərdəsi

2011-ci ilin 3 iyul səhəri Türkiyədə “zəlzələ” ilə açıldı. Yox, evlər dağılmamış, insanlar ölməmiş, körpələr göz yaşı axıtmamışdı. Amma ölkənin həyatında unudulması uzun müddət mümkün olmayacaq hadisələr yaşanmışdı. Gözlənilməz, gözlənilməz olduğu qədər də ciddi hadisələr əsl zəlzələ effekti vermişdi. Söhbət “danışılmış oyunlar”la mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlardan, ofislərdə aparılan axtarışlardan, bütün bunların nəticəsində isə tanınmış futbol funksionerlərinin həbsindən gedir. Anadoludan olan qardaşlarımız bu hadisələrə “3 temmuz Türk futbolu şike davası” adını qoyublar. Prokurorluğun hazırladığı iddianaməyə əsasən “danışılmış oyunlar”da iştirakdan dolayı 93 nəfər barədə cinayət işi qaldırılmış, onlardan 31-i barədə həbs qətimkan təbdiri seçilmiş, məhkəmə istintaqı dövründə həmin şəxslər azadlıqdan məhrum edilmişdilər.
Həmin o 93 nəfərin arasında kimlər yox idi?! Hamısı tanınmış, adlı-sanlı futbol adamları, top ustaları, məşhur klubların və milli komandanın üzvləri. Başda “Fənərbaxça”nın o zamankı prezidenti Əziz Yıldırım olmaqla Əmrə Belözoğlu, İbrahim Akın, Ümit Karan ittiham olunanlar, həbsə düşənlər arasında idi. İstintaq və məhkəmə prosesi xeyli davam etdi. Məhkəmədən ilk qərar 2012-ci il avqustun 10-da çıxdı. Sonrakı proseslərdə də əksər şübhəlilərin günahları, yəni “danışılmış oyunlar”da iştirakı təsdiqləndi, onlara müxtəlif cəzalar verildi. Bütün bu proses ictimaiyyətin diqqətini cəlb edir, hər gün telekanallarda və qəzetlərdə “danışılmış oyunlar” mövzusu müzakirəyə çıxarılır, yeni açıqlamalar verilirdi. Konkret faktlar ortaya qoyulur, kimdən hansı oyuna görə şübhələndiklərini deyirdilər. Hətta şübhə doğuran oyunların görüntüləri, ayrı-ayrı epizodlar telekanallarda nümayiş etdirilirdi. Bütün bunları ona görə edirdilər ki, xalqda məhkəmədən, istintaqı aparanlardan hansısa şübhə qalmasın, günahkarların əməllərini təkcə bu məhkəmə sistemi yox, xalqın özü də isbatlaya bilsin.
Sözsüz ki, “şike operasyonu” Türkiyə futboluna həm maddi, həm də mənəvi mənada böyük zərbə vurdu. “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım ahıl yaşında həbsxana və məhkəmə yollarında qaldı, “Beşitktaş”la “Qalatasaray” da daxil olmaqla böyük klubların nüfuzu zədələndi, UEFA da məsələ ilə bağlı məlumatlandığından müəyyən cəzalar, qadağalar tətbiq etdi. Düzdü, “Trabzonspor” azarkeşləri indiyə qədər çempionluq kubokunun həsrətindədi, qaradənizlilərin alın təriylə qazandıqları haqqı tanınmır. Bununla belə, “danışılmış oyunlar”ın vurduğu ləkə həmin mövsümlərin çempionluq kuboklarında da, mükafatlarında da ömürlük qalacaq. Üstündən 10 ilə yaxın keçib, amma heç kim və heç nə unudulmayıb. Yaşananlar çoxları üçün acı dərsə çevrilib, heç kim Əziz Yıldırımın gününə düşmək, adını el-aləmə rəzil edib, həbsxanada cəza çəkmək istəmir. Yenidən bu cür çirkli işlərə əl qoyan tapılsa, həmin adamın ağlına şübhə etməyə dəyər.
Sözümü bizim futbola gətirmək istəyirəm. Azərbaycan futbolu da “danışılmış oyunlar” adlı bəlaya mübtəla olub. Bizim çempionatla maraqlanan, klubların maliyyə qaynaqları, idarəçilik sistemiylə az-çox tanış olanların hamısı bütün bunları gözəl bilir. Mətbuat da öz növbəsində zaman-zaman bu cür hoqqalardan yazıb, şübhə doğuran məqamlardan geniş bəhs olunub. İşin pis tərəfi odu ki, mətbuat yazanda, diqqətləri həmin şübhəli qarşılaşmalara çəkməyə çalışanda, AFFA yaxasını ələ verməyib. Açıq-aşkar deyiblər ki, bizim çempionatda “danışılmış oyun” yoxdu, hər şeyə AFFA-nın nəzarətindəki xüsusi komissiya nəzarət edir. Biz yazanda ki, UEFA-dan siqnallar gəlir, xüsusilə də birinci divizionla bağlı yetərincə ciddi şübhələr var, yenə də özlərini heç nə olmamış kimi aparırdılar. Çünki işlərinə gəlmirdi, “danışılmış oyunlar” adlı bəlaya bulaşanları ifşa etmək onların işlərinə yaramırdı. Uzağı seminar keçirir, UEFA-nın tövsiyələrini tərcümə edib, qarşılarında mürgü döyənlərə mühazirə oxuyurdular. Səbəbini özləri daha yaxşı bilir.
Sükut dekabrın 13-də pozuldu. AFFA-nın rəsmi saytında İcraiyyə Komitəsinin iclasından sonra geniş məlumat paylaşıldı. Elan olundu ki, 28 nəfər “danışılmış oyunlar”da iştiraka görə cəzalandırılır, onların futbolla bağlı fəaliyyət göstərmələrinə ömürlük qadağa qoyulur. Məsələ bununla bitmədi. Dörd gün sonra növbəti dalğa gəldi. Budəfəki “dalğa” özüylə məşqçiləri, birvaxtlar “Binə”nin prezidenti olmuş Teymur Həsənlini də apardı. Dekabrın 27-də açıqlanan qərarla daha 10 nəfərin cəzalandırıldığı bildirildi. Yanvarın 10-da növbəti üç nəfərin adı açıqlandı ki, siyahıda Namiq Yusifovun da adı vardı. Di gəl ki, bütün bu qərarlara rəğmən, işin bir “əmma”sı da var. AFFA cəzaları açıqlayır, “topu” hüquq-mühafizə orqanlarına ötürür. Nə polisdən, nə də prokurorluqdan səs çıxır. Biz indiyə qədər əslində nəyin baş verdiyini bilmirik. Belə olan halda “danışılmış oyunlar”a görə AFFA tərəfindən cəzalananların, polisin sorğuya çəkdiyi adamların günahkar olub-olmadığını bilmirik.
Konkret hansı oyunların nəticələri əvvəlcədən razılaşdırılıb? Hansı futbolçu, yaxud da klub rəsmisi bu işdə necə rol oynayıb? Oyunlar kimə satılıb, arada kim vasitəçilik edib? Kimin günahı sübut olunub və bunu necə ediblər? Heç nə bilmirik. Bizə heç nə demirlər, heç nə göstərmirlər. AFFA “danışılmış oyunlar”ın üzərinə qalın bir pərdə çəkib, sirli pərdə. Pərdənin arxasında nə var? Özlərindən başqa heç kim bilmir. Çox qəribədi, deyilmi?!
Əslində bu məsələdə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı da hansısa şübhələrimi dilə gətirmək istəyirdim. Ancaq hələ qoy qalsın…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar