18 yan 11:23Yazar

O dediyiniz Avropa Zirə idi?

Qış fasiləsində ən çox diqqəti çəkən məqam transfer çalışmalarıdı. Çünki klublar məhz bu fasilədən istifadə edib, axsayan mövqelərə əl gəzdirir. Düzdü, bəzən bu dönəm çox riskli olur. Vaxt azdı deyə, dəfələrlə premyer-liqaya əlacsızlıq üzündən gətirilən oyunçuların şahidi olmuşuq. Təsadüfü deyil ki, bu günə qədər ölkəmizdə yalnız maaş almaqla kifayətlənən yüzlərlə oyunçu olub. Bu üzdən də yanvarda transfer olunanları komandaya cəlb edərkən yüz ölçüb, bir biçmək lazımdı. Ancaq mövzu klublarımızın hansı oyunçuları alması deyil. Toxunmaq istədiyim məsələ daha dərindi, daha doğrusu, futbolumuzun ən yaralı yeridi.
Təəssüf ki, transfer dönəmi bizim üçün yalnız gələn oyunçulardan ibarətdi. Biz ancaq bütün gün oturub klublarımızın hansı ölkədən neçə futbolçu gətirəcəyini gözləyirik. Üstəlik, bəzi ölkələri bizə məhz klublarımız tanıdır. Hərdən varlığından heç kimin xəbəri olmayan elə ölkənin oyunçuları ölkəmizə gəlir ki, adam təəccüblənir. Yox, “pis şeydi” demirəm. Olsun. Futbolun dili, dini və vətəni yoxdu. Kim oynamağı bacarırsa, gəlsin, oynasın. Məsələn, ötən günlərdə “Zirə” yeni transferini açıqladı. “Arsenal”ın yetirməsi olan futbolçu artıq qəsəbə təmsliçisinin şərəfini qoruyacaq. Özü də, bilirsiz, hardandı? Syerra-Leonedən. Yox, bu futbolçunun adı deyil. Təmsil etdiyi ölkənin adıdı. Bilirəm, bir çoxumuz bəlkə də bu ölkənin adını ilk dəfə eşidirik. Ancaq məsələ bu deyil. Bilmiriksə, öyrənməmişik deməkdi. Daha doğrusu, öyrənmiş olduq. Məhz bu oyunçunun vasitəsi ilə bəziləri dünyada Syerra-Leone adlı ölkənin olduğunu bildi. Deməli, futbolçu başqa bir ölkəyə transfer olmaqla yalnız öz karyerası üçün çalışmır, həm də ölkəsini tanıdır. Yüzlərlə, minlərlə adam həmin ölkənin varlığından xəbərdar olur.
Yaxşı, bu gəlişli-gedişli transfer dönəmində bizim yerli oyunçulardan nə xəbər var? Ağabala Ramazanov “Şerif”lə razılaşdı? Yoxsa Bəhlul Mustafazadə “Sauthempton”a keçdi? Bəlkə “Seltik”lə razılaşıb? Amin Seydiyevə görə də bir ara qırğın gedirdi. Nə oldu axırı? Açığı, “Fənərbaxça”nın üç gün öncəki kubok qarşılaşmasında Mahir Əmrəlinin də adı gözümüzə dəymədi. Zədəli idi? Hara getdi yerli ulduzlarımız? Heç yerə getməyiblər! Çox şükür, hamısı gözümüzün qabağındadı. Heç adlarını çəkən də yoxdu. Belə baxanda, kim və niyə istəsin bizimkiləri? Hansı səbəbdən maraqlansınlar bunlarla? Seçmə mərhələdə onun-bunun qol sayını artıran millinin oyunçuları kimə lazım olacaq ki? Darıxdığı üçün ölkəsini tərk edə bilməyən düşüncədəki bu peşəkarlar hara keçəcək? Gedib oralarda komandasına hansı faydanı verəcək? Gedəcəyimiz yer maksimum Gürcüstandı. İki aydı Avropada oynamaq üçün ürəyi gedən dediyimiz Ağabala Ramazanov hərlənib-fırlanıb “Zirə”yə gəlmədimi? Hələ qardaşı Zaur Ramazanov da döşünə döyə-döyə “Ağabalaya bir neçə Avropa klubundan təklif var, Ağa karyerasını xaricdə davam etdirmək istəyir”deyirdi. Nə oldu bəs? Bəlkə də Ramazanov xaricdə oynamaq istəyir, ancaq heç kim onu komandasında görmək istəmir. Yoxsa qiymət artırırsız? O dediyiniz Avropa Zirə idi?
Əslində hər şey yetərincə normaldı. Biz hər zaman deyirik ki, milli komanda ölkə futbolunun güzgüsüdü. Düzdü, elədi. Ancaq transfer dönəmləri də oyunçularımızın hansı səviyyədə olduğunu göstərir. Ağızdolusu “millimizin üzvü” dediyimiz oyunçuların heç üzünə belə baxan yoxdu. Və olmayacaq da. Nə qədər ki, o limit ordadı, bir nəfər belə harasa gedən deyil. Hamısı beləcə gözümüzün qabağında olacaqlar. Çünki bizim oyunçular evdən çıxmadan xaricdə oynamaq istəyirlər. Çünki onların ataları, ailələri və övladları var. Onlar üçün darıxırlar. Heç nə demirik, Allah hamısının canını sağ eləsin. Azərbaycan futboluna isə səbr versin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar