18 yan 11:01Yazar

Mini-Futbol Assosiasiyası və ...Elxan Məmmədovun böyük planı

Ölkəmizdə "Azfar Group" adlı bir şirkət var, 12 il əvvəl yaradılıb, “həvəskar futbola peşəkar yanaşma” kimi cəlbedici şüar da seçiblər, bu müddətdə 18 ünvanda 33 stadion salıblar, bildiyim qədəri ilə stadionlarında futbol oynamaq istəyənlər üçün rahat şərait yaradırlar, puluna minnət, ödəyirsən, oynayırsan, şad-xürrəm gedirsən. Bu şirkətin yiyələri 2017-nin sonunda belə xırda-xuruş işlərdən (Səyavuş Aslanın filmdə dediyi məşhur ifadə yadıma düşdü...) bezib, Azərbaycan Mini-Futbol Assosiasiyası (AMFA) təsis etdilər. Planları o qədər çoxşaxəli və böyük idi ki, şəxsən mən tanış olanda az qala şoka düşəcəkdim. Deməli, mini-futbol üzrə daha mükəmməl infrastruktur yaratmaqla Avropa və dünyanın uyğun qurumlarına üzv olmaq, ölkədaxili yarışlar keçirib onların əsasında yığma formalaşdırmaq, ən nəhayət, qitə və dünya çempionatlarına qatılmaq istəyirdilər. Aradan iki ildən artıq vaxt keçib. Bəs kimsə bu assosiasiyanın gördüyü işlərdən xəbərdardımı, yığma hansı böyük turnirlərə qatılıb və nəticələri necə olub?
Bəli, ötən ilin oktyabrında Azərbaycan mini-futbol yığmasının varlığından xəbər tutdu. Ancaq xəbər xoş deyildi. Elşad Quliyevin çalışdırdığı yığma Beynəlxalq Sokka Federasiyasının Yunanıstanda keçirdiyi dünya çempionatına bir neçə ay ərzində hazırlaşsa da, bu ölkənin səfirliyinin komanda üzvlərinə viza verməməsi səbəbindən yola çıxa bilmədi. Nəticədə təşkilatçılar A qrupunda Azərbaycanı Çili ilə əvəzlədi. Açığı, "Azfar Group"un və bu qurumun təsis etdiyi Assosiasiyanın kimlərə yaxın olduğunu (bu haqda az sonra) bildiyimdən yığmanın Yunanıstana viza problemi kimi primitiv səbəb üzündən yollana bilməməsinə inanmadım. Bugünlərdə öyrəndim ki, yığmanın səfərinin alınmamasına vizadan daha çox “ötür-ötür” oyunu səbəb olub. Assosiasiyanın himayədarları səfər xərclərini Gənclər və İdman Nazirliyinin boynuna qoymaq istəyib, bu qurum imtina edincə isə ortaya viza söhbəti atılıb.
Hə, “Azfar”ın və Assosiasiyanın kimlərə yaxın olması haqda da danışa bilərik. Sirr deyil ki, həm şirkətin, həm də AMFA-nın idarəçiliyi hakim ailələrdən birinə, yəni Paşayevlərə yaxınlığı ilə seçilən adamların əlindədi. Nəinki bu iki qurum, hətta “Zirə” futbol klubu da. Altay Həsənov, Orxan Məmmədov çapında adamlar üçün daha böyük zirvələri fəth etmək əslində problem olmamalıdı. Pul varsa, uğuru nə əngəlləyə bilər ki?! Burda məsələ bir qədər fərqlidi. Paşayevlər ailənin ağsaqqallarından olan mərhum Aqil Paşayevin “Neftçi”yə prezidentlik etdiyi dörd ildə (1997-2001) yaşadıqları çətinlikləri, problemləri unutmayıblar. Məlum olduğu kimi, onda AFFA-nın da müdaxiləsi ilə “Neftçi” ətrafında ən müxtəlif oyunlar quruldu, komanda ikiyə parçalandı, narazılıqlar geniş vüsət aldı. Bütün bunlardan bezən Aqil bəy 2001-in iyulundə sevimli klubunun idarəçiliyini Ramiz Mirzəyevə buraxdı.
Bütün bu olayların üzərindən az qala 20 il ötəndən sonra Paşayevlər böyük futbolla yaxından maraqlanmaq, iddialı komanda qurmaq ideyasına heç də isti yanaşmır. Bugünkü ortabab “Zirə” əslində dediyim yanaşmanın, münasibətin təzahürdü. Amma quzu kəsim Elxan Məmmədova, çoxbilmişliyini bu məsələdə də göstərmək fikrinə düşüb. Baş katib yanvarın 28-nə nəzərdə tutduğu AFFA İcraiyyə Komitəsinin (İK) üzvlərinin sayını 11-dən 13-ə çatdırmaqla bağlı planında “Zirə”nin fəxri prezidenti Orxan Məmmədova da yer ayırıb. Versiyalar belədi ki, bir güllə ilə iki dovşan vurmaq istəyir. Birincisi, Orxan Məmmədovun əvvəlcə İK üzvü, ardından icraçı vitse-prezident seçilməsinə nail olmaqla Rövnəq Abdullayevdən sonrakı dövrə hazırlaşır. İkincisi, məhz Orxan Məmmədovu önə çıxarmaqla özünün yuxarılara çox yaxın olduğunu ictimaiyyətə göstərmək istəyir. Baxmayaraq ki, hansısa yaxınlıqdan-qohumluqdan söhbət belə gedə bilməz.
Beləliklə, Elxan Məmmədov həmsoyadı ilə bağlı böyük planlar cızmaqda olsun, biz də gözləməkdə. Yanvarın 28-nə lap az qalır...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar