08 yan 21:51Yazar

AFFA-nın konfransı, yoxsa general Qasım Süleymanini öldürmək planı?

Heç şübhəsiz, ötən həftənin ən böyük hadisəsi ABŞ hərbçilərinin Bağdad hava limanında iranlı general Qasım Süleymanini öldürməsi oldu. Yaxın Şərqdə geosiyasi partlayış effekti verən, uzun müddət gündəmdən düşməyəcək və ABŞ – İran münasibətlərini daha da gərginləşdirəcək bu hadisə ölkəmizin ictimai fikrində də kəskin ikitirəlik yaratdı, sosial şəbəkələr fikir, münasibət burulğanında dolub-daşdı. İran zahirən özünü Azərbaycana dost ölkə kimi göstərsə də, həm Qarabağ savaşının həlledici məqamlarında, həm də sonralar dəfələrlə əl altından Ermənistana dəstək verdiyindən, mən bu məsələyə istisnasız şiə təəssübkeşliyi prizmasından, şəhidlik kimi ali zirvəyə yalnız din, əqidə postulatları çərçivəsində yanaşmağın əleyhinəyəm. “Futbol+” ictimai-siyasi məzmunlu qəzet olsaydı, fikirlərimi daha da inkişaf etdirər, hansısa qənaətə gəlməyinizə yardımçı olardım. Amma indi məni düşündürən məqam başqadı...
AFFA İcraiyyə Komitəsinin dekabrın 13-də keçirilən iclasında bir çox başqa qərarlarla yanaşı, yanvarın 8-də növbədənkənar Konfransın çağırılmasına da səs verdilər. Yəni artıq sabah Azərbaycan futbol ailəsinin seçilmiş nümayəndələri, yəni konfrans iştirakçıları bir araya gəlib bəlkə də hansısa önəmli, inkişafa yol aça biləsi qərarları ictimaiyyətə açıqlayacaqlar. Burası ilə də işim yoxdu, xeyirli-uğurlu olsun, necə deyərlər, Konfrans iştirakçılarına atəşin salamlar! İşin əcaib tərəfi odu ki, bu gün yanvarın 7-si olsa da, həmin Konfransın harda keçiriləcəyi, saat neçədə başlayacağı, gündəliyi ilə bağlı zərrəcə informasiya yoxdu. AFFA-nın saytı ötən ilin son günündə “bayramınız mübarək”, - deyə istirahətə çəkilib. Dünən axşam saatlarında mən bu yazıya görə klaviaturanı döyəcləyəndə hələ də qurumun saytında hansısa bələdçi informasiyaya rast gəlmədim. Güman edirəm ki, AFFA-da çalışan həmkarlar, nəhayət, bu gün uzunmüddətli bayram tətilindən bezib işə çıxacaq, sabah hara getməli olacağı üzərində düşünən onlarla jurnalistin gözünü yolda qoymayacaqlar.
Təbii ki, AFFA və PFL rəhbərliyində, konfrans iştirakçılarında harda, saat neçədə yığışacaqlarına dair dolğun informasiya var. Bəs onda qarınlarının ağrısı nədi? Bunu adi bir texniki problem sayıb, xəbər şəklində qurumun saytında yerləşdirməyə əngəl olan nədi? Guya xəbəri yanvarın 6-sı və ya 7-si qoymaq arasında hansısa prinsipial fərq var? Buna da Donald Tramp, Pentaqon əncam çəkməlidi? Yoxsa Konfransın gündəliyi general Qasım Süleymanini öldürmək planı qədər önəmlidi, birdən futbol ictimaiyyətinin narazı kəsimi hansısa önləyici tədbirlər alar? Oyunuz olsun, dostlar, oyunuz! Hər nə qədər öz maraqlarınızın, dincəlmək lüksünüzün qayğısına qalırsızsa, bir o qədər də biz jurnalistləri, rəiyyəti, cahanşümul fəaliyyətinizi ictimaiyyətə çatdırmaqda həvəsli olan həmkarlarınızı düşünün.
...Görəsən, Qasım Süleymaniyə rəhmət düşürmü?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar