08 yan 11:04Yazar

Azərbaycan futbolunun erməni problemi

2011-ci ilin elə bu günləri idi. Daha dəqiq desəm, yanvarın 5-də hamımızı sevindirən xoş xəbər aldıq. Azərbaycanlı məşqçi Ramiz Məmmədov nəinki Biləcəridən o tərəfə keçmişdi, hətta Xəzər dənizinin də qarşı sahilinə adlamışdı. Həmyerlimiz Qazaxıstan çempionatın elitasında mübarizə aparan “Atırau” komandasına baş məşqçi təyin olunmuşdu. Məmmədovun köməkçiləri də Bakıdan gedəcəkdi, Elxan Abdullayevlə Mehman Baxışov “Atırau”da məşqçi kimi çalışacaqdı. Sevincimiz yerə-göyə sığmırdı. İllərdi təkcə futbolçularımızın yox, məşqçilərimizin də xaricdə çalışmasını, Azərbaycan futbolunu layiqincə təmsil etməsini arzulayırdıq. Bizimkilərin “Atırau”dakı macəraları heç də pis başlamamışdı. PRO kateqoriyalı Məmmədov komandasını Türkiyəyə təlim-məşq toplanışına apardı, ilk yoxlama oyununda da elə bizim “Xəzər Lənkəran” üzərində qələbə qazandı. Tezliklə azərbaycanlı futbolçuların da “Atırau”nun düşərgəsinə yollanacağını, Qazaxıstandakı təmsilçilərimizin sayının artacağını gözləyirdik. Tez-tez bizim idman mətbuatına açıqlama verən Ramiz bəy gələcək planlarından danışır, böyük hədəflərin olduğunu deyirdi. Bir anda hər şey dəyişdi, özü də bizimkilərin əleyhinə.
Məlum oldu ki, “Atırau”nun heyətində erməni futbolçu var. Həmin vaxt 27 yaşı olan hücumçu Tiqran Karabaxtsyan “Atırau” nun düşərgəsinə “Kilikiya”dan gəlmişdi. 2009/10 mövsümündə “Kilikiya”nın heyətində 40 oyun keçirən Tiqran 6 qolun müəllifi idi. 2011-ci ilin elə ilk günlərində “Kilikiya” maddi sıxıntılar üzündən dağıldığını elan edəndən sonra Karabaxtsyan “Atırau”nun düşərgəsində peyda olmuş, azad agent statusuyla müqavilə imzalamışdı. “Kilikiya”nın niyə dağılması, erməni futbolçunun “Atırau”ya necə gəlib çıxması bizim üçün elə də maraqlı deyil. Bizim üçün maraqlı məqam Ramiz bəyin Tiqranın keçidinə göstərdiyi münasibət idi. Elə həmin o kəskin münasibət, “isti başla” verilən açıqlama azərbaycanlı məşqçilər üçün Qazaxıstanda sonun başlanğıcı oldu. Ramiz bəy erməni futbolçuyla bağlı təxminən belə bir fikrə müəlliflik etmişdi: “Bildiyim qədər Tiqran Karabaxtsyan artıq “Atırau”nun futbolçusu deyil. Hətta olsa belə, mənim klub rəhbərliyi ilə ciddi söhbətim olacaq. Mən burda baş məşqçiyəmsə, komandamda erməni futbolçu oynaya bilməz”. Daha sonra Ramiz bəy sözlərinin düzgün anlaşılmadığını, “Atırau” rəhbərliyi baş məşqçinin belə müsahibə vermədiyini desə də, ox artıq yaydan çıxmışdı. Çoxmillətli Qazaxıstanda azərbaycanlı məşqçinin erməniyə bu cür “meydan oxumasına” yol verilə bilməzdi.
Qazaxıstan mətbuatının, eləcə də futbol ictimaiyyətinin yekdil mövqeyi belə idi ki, azərbaycanlılarla ermənilər öz aralarındakı problemi kənarda həll etməli, onların vətənindəki birlik və bərabərliyi pozmağa yol verilməməlidi. Çünki belə çağırışlar sonradan böyük problemlərə səbəb olar, millətlərarası iğtişaşlar yarada bilərdi. Zaman-zaman oxşar problemlərə şahidlik etmişik. Bu cür çağırışlar böyük qalmaqalla müşayiət olunur, təxribat kimi qiymətləndirilir. Sözsüz ki, Xocalı faciəsinin, erməni vəhşiliyinin dəhşətlərini görən, ağrı-acını ürəyində daşıyan azərbaycanlının, yəni Ramiz Məmmədovun sözləri hansısa təxribat yükü daşımırdı. Ramiz bəy hisslərini gizlətməmiş, erməniylə işləmək istəmədiyini dilə gətirmişdi. Amma səhvi o idi ki, bunu klub rəhbərliyinə yox, mətbuata demişdi, Qazaxıstanın reallıqlarını nəzərə almamışdı. Bununla da azərbaycanlı məşqçilərə münasibət dəyişdi. Düzdü, erməni hücumçu “Atırau”da duruş gətirmədi, heç bir rəsmi oyuna çıxmadı. Lakin Ramiz Məmmədovla “Atırau” rəhbərliyinin münasibətləri sərinləşdi, onların arasında fikir ayrılıqları yarandı. Elə bunun da nəticəsiydi ki, komandanın işləri yolunda getmədi, azərbaycanlı məşqçilər korpusu daim böyük təzyiqlə üz-üzə qaldı. Klub rəhbərliyi Xəzərin o tayından gələn mütəxəssisləri yola salmaq üçün çox da gözləmədi, cəmi 5 ay sonra Ramiz Məmmədov və köməkçiləri “Atırau”dan ayrıldılar. Bəhanə də o oldu ki, komanda mükafatlar üğrunda mübarizə aparacaq ilk 6 kollektiv sırasına düşə bilməmişdi.
Yaddaşı yaxşı olan oxucularımızın yadında olar, oxşar problemlə 2011-ci ilin yayında Şahin Diniyev də üzləşdi. Diniyev milli komandamızdan ayrıldıqdan sonra uzun müddət işsiz qalmışdı. Azərbaycandakı bütün qapılar üzünə tapşırıqla bağlanan Diniyev Rusiyada qısa müddət çalışmışdı, yenə xoşbəxtliyi xaricdə axtarırdı. Belə yerdə İrandan gələn təklif göydəndüşmə idi. Tehranın “Rah Ahan” klubu azərbaycanlı mütəxəssislə bütün şərtləri razılaşdırmış, Şahin bəyin Arazı adlayacağı tarix belə dəqiqləşmişdi. Özü də deyirdi ki, onun şərəfinə farslar iki dəfə qonaqlıq verib, köməkçilərini belə razılaşdırıb. Amma Diniyevin qarşısına erməni əngəli çıxdı. “Rah Ahan”ın qapıçılarla işləyən məşqçisi Ermənistan yığmasının sabiq qapıçısı Arutyun Abramyan idi. Diniyev isə arxı keçməmiş “hop” dedi, Ramiz Məmmədovun səhvini təkrarladı. “Mən onunla birgə işləməyəcəm. Axı yeni baş məşqçi mənəm və hər bir mütəxəssisin də öz məşqçi korpusu olur” – Şahin bəyin bu sözləri əvvəl mətbuatda yazıldı, sonra efirdə səsləndirildi. İrana hansı formada çatdırıldığını dəqiq bilməsək də, görünən o oldu ki, bu sözlər Şahin bəyin Arazın o tayına gedən yolunda keçilməz səddə çevrildi. Gözü yolda, qulağı səsdə qalan Diniyevi İrana çağırmadılar.
Bu hadisələri xatırlamağım səbəbsiz deyil. Emil Balayevin “Tobol”dakı işləri əla gedirdi. Qəfildən Kostanay klubu erməni məşqçi Qriqori Babayana tapşırıldı. Emilin “Tobol”dan ayrılacağı ilə bağlı xəbərləri hər gün eşidirik. Ümid edək ki, bu ayrılıq millimizin “1 nömrə"sinin karyerasına mənfi təsir göstərməyəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar