03 yan 16:31Yazar

Riad elə danışdı ki...

Son günlər “Sumqayıt”ın prezidenti Riad Rəfiyev gündəmdən düşmür. Əvvəlcə “Azərbaycan” radiosunun qonağı olan Rəfiyev daha sonra Klublar Komitəsinin iclasından sonra mikrofonların önünə keçib. Hər açıqlamasında da xeyli mübahisəli və ziddiyyətli ifadələr işlədib, özünü gülüş hədəfinə çevirib. Qəhrəmanımız böyüyəndə Elxan Məmmədov olmaq istəyir. Danışığı, davranışları, intonasiyası belə AFFA-nın baş katibini xatırladır. Soyadları eyni olsaydı, qohum olmalarından şübhələnərdim, deyərdim ki, əmioğludular. Amma hər ikisini yaxşı tanıyırıq, reallıqdan xəbərdarıq. Bilirik ki, bu iki cavan oğlanı qohumluq əlaqələri bağlamır. Di gəl ki, gənc Rəfiyev Elxan Məmmədovu özünə ideal seçib, ona oxşamağa çalışır. Kim bilir, bəlkə böyüyəndə o da AFFA-nın baş katibi olmağı arzulayır. Hələliksə işləri pis getmir. AFFA-nın meneceri kimi özünü təsdiqləyib, ad-san qazanıb. Təsadüfi deyil ki, mənim kimi çoxları bu gün Riadı klub prezidentindən daha çox futbolçu meneceri kimi tanıyır. Adam bu sahədə özünü o qədər rahat hiss edir ki, açdığı menecer şirkətinin də adını “3R” qoyub. Yəni ki, siz deyinməyinizdə olun, biz öz işimizdəyik.
Cənab Rəfiyevin Elxan Məmmədovun yoluyla getməsini əbəs yerə xatırlatmadım. AFFA-nın baş katibi də bu yaxınlarda dövlət radiosunda peyda olmuş və onu tənqid edən qələm sahiblərinə böhtan atmışdı. Guya ki, qələm əhlinin vicdanlı kəsimi “danışılmış oyunlar”ı idarə edən hansısa naməlum şəbəkəylə eyni ələ oynayır və buna görə də bizim aydan arı, sudan duru baş katibimizi tənqid edir, futbolumuzdakı inkişafı görmək istəmirlər. Onda da demişdim, indi də deyirəm. Buyursunlar, meydan burda, biz də burda. Elxan Məmmədov onu tənqid edən jurnalistlərin birinin hansısa çirkin işlərə qarışdığını isbatlasın. Mənim, ya başqasının bu əməllərdə iştirak etdiyini, hansısa “qumarbazın” sifarişiylə ona tənqid yağdırdığını isbatlaya bilsə, qələmimi ömürlük yerə qoyuram. Gedib özümə başqa sənət tapacam, qoy Azərbaycan futbolu Elxan Məmmədova və onun mirzələrinə qalsın. Ürəkləri nə istəyirsə, onu da etsinlər.
Eyni müraciəti çox hörmətli Riad Rəfiyevə də ünvanlayıram. Gənc və perspektivli futbol meneceri, klub prezidenti Riad bəy belə bir iddiada bulunub. Guya ki, onu tənqid edənlər milliyə öz dost-tanışlarını baş məşqçi gətirmək istəyirlər, hədəflərinə çata bilmədiklərinə görə Rəfiyevi “topa tuturlar”. Deyir, oğru elə bağırır ki, doğrunun bağrı param-parça olur. Elxan Məmmədovla onun sevimli kadrı Riad Rəfiyev son aylarda məhz bu işlə məşğuldular. Beş klubu bir əldə saxlayan, öz kadrlarını, dost-aşnasını həmin klublara yerləşdirən Elxan Məmmədov. Amma başqalarını “danışılmış oyunlar”ı idarə etməkdə, mətbuatı da həmin adamlara dəstək verməkdə günahlandırır. Eynisini də onun açdığı cığırla yürüməyi özünə şərəf bilən Riad Rəfiyev edir. Adamın klub prezidenti ola-ola, onlarla futbolçuya menecerlik etməsi, milliyə məşqçi və oyunçu seçməsi hamıya əyan olan işdi. Hansı jurnalist onun bazarına girib, milliyə məşqçi təyin edib? Adını çəksin, nişan versin, biz də onunla birlikdə lənət oxuyaq, həmin adamı sıralarımızdan uzaqlaşdıraq. Qoy idman mətbuatının da sıraları təmizlənsin də.
Emin Mahmudovun dili açılaydı, danışaydı ki, “Neftçi”yə keçəndən sonra Riad Rəfiyev ondan necə üz döndərib. Rəfiyev “Neftçi”yə gətirdiyi “müştəri”sindən bərk inciyib və Eminin Kamran Quliyevlə işbirliyinə qol qoymasından sonra menecerindən imtina etməsi, ona faiz vermək istəməməsi cavabsız qala bilməzdi. Elə qalmadı da. Təsəvvür edin, milli Bəhreynlə (Elxan Məmmədov demişkən, Baxreynlə) yoxlama oyununa çıxır və qələbə qazanır. Bu o deməkdi ki, Nikola Yurçeviçin yoxladığı futbolçular sınaqdan uğurla keçib, özlərini doğruldublar. Həmin futbolçuların arasında xorvatiyalının oyun sisteminə guya uyğun gəlməyən Emin Mahmudov da var. Amma növbəti rəsmi görüşdə Eminə heyətdə yer tapılmır, Nikola ona şans vermir, “Keşlə”nin futbolçusu Vüsal İsgəndərlinin debüt etdiyi qarşılaşmada Mahmudov oynamır. Onda Bəhreynlə yoxlama oyunu kimə lazım idi, nəyə xidmət edirdi? Bəli, əminliklə demək olar ki, Eminin yolunu bağlayan səbəb məhz yuxarıda qeyd etdiyimdi. Nikola Yurçeviçin sistem dediyi uydurma isə Riadla Elxanın çaldığı musiqidi. Oyuncaq məşqçinin də borcu qol götürüb, süzmək idi. Missiyasını başa vurdu, evinə getdi.
Bəlkə Riad bu yazdıqlarımı oxuyacaq, “yalandı” deyəcək. Yalan bu yazdıqlarım deyil, cənab Rəfiyev. Yalan danışan, başqalarına böhtan atanlar hamımıza məlumdu. Mən hələ Rəfiyevin Cənubi Azərbaycan sevgisindən, ordan gələnlərlə yerlilər arasında fərq qoymadığı haqda dediklərindən danışmaq istəmirəm. Əvvəllər dağıstanlılar, ukraynalılar şirin idi, indi də gözlərini Arazın o tərəfinə dikiblər. Qaz vurub, qazan doldurursansa, qazanda bişən qazın hardan uçub gəlməsi qazanın başında əlində çömçə dayananları narahat etmir. Rəfiyevin Cənubi Azərbaycan sevgisinin saxta olması da məlum məsələdi. Danışırlar, danışdıqca da gülüş hədəfinə çevrilirlər. Atalarımızın bu yerdə yaxşı bir məsəli var. “Filankəs elə danışdı ki, bişmiş toyuğun gülməyi gəldi” deyirlər. Rəfiyevin danışdıqları da həmin qəbildəndi, bişmiş toyuğu güldürənlərdən.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar