30 dek 21:18Yazar

Ramil Şeydayev, Bəhlul Mustafazadə, Emil Balayev...

Bəli, Azərbaycan futbolunun gələcəyi deyəndə ağlımıza gələn isimlərin içində bu üçü mütləq var. Siyahıya Mahir Əmrəlini də əlavə etmək mümkündü. “Qarabağ”ın hücumçusu yetərincə istedadlıdı, buna şübhəm yoxdu. Bir vaxtlar Hafiz Məmmədovun “Bakı”nın akademiyasında yaratdığı şəraitdən bizə qalanlar içində Mahir də var. Özü də “Bakı”nın yetirmələri arasında elə ən parlağı Mahirdi. Şıltaqlığı var, xarakterində çatışmazlıqlar da. Amma bəxti onda gətirdi ki, tam zamanında “Qarabağ”a transfer edildi, Qurban Qurbanovun əlinin altına düşdü. Bunun Mahirə nə qədər faydalı olduğunu hamımız gördük. Həm xarakterinə düzən verdi, həm də futbolçuluğuna. Ölkə çempionatı bir kənara, “Qarabağ”ın heyətində neçə-neçə beynəlxalq statuslu oyuna çıxdı. Avropa Liqasının, Çempionlar Liqasının qrupunda oynamaq, böyük futbolun həyəcanını yaşamaq şansı qazandı. “Kopenhagen”in qapısına vurduğu həmin tarixi qolu da unutmamışıq. Elə milli komanda da Qurban Qurbanovdan yetərincə dəstək gördü. Çalışdırıcı bəzən Əmrəliyə görə tənqidlərə də tuş gəldi, tərəfkeşlik etməkdə günahlandırıldı. Bütün bunlara sinə gərdi, düz bildiyini etdi, qərarının arxasında dayandı.
Sadəcə, bir məsələ var ki, onu Mahirlə bağlı mütləq qeyd etməliyəm. Gənc futbolçu geridə qoyduğumuz yayda legioner həyatı yaşamağa risk etmədi. Hamımız bilirik ki, ona real təkliflər var idi, özü də yaxşı forma yığmışdı. Öz sözlərinə inansaq, “Qarabağ”ı çətin vəziyyətdə qoymaq istəmədi, Qurban Qurbanovla məsləhətləşdikdən sonra qalmağa qərar verdi. Həmin ərəfələrdə mövzuyla bağlı yazım da olmuşdu. Müəyyən mənada Qurban bəyi də, Mahiri də başa düşməyə çalışmışdım. Mahirin iştirak etmədiyi oyunlarda “Qarabağ”ın nə qədər çətinlik çəkdiyini çox görümüşük. Tam əminliklə söyləmək olar ki, APOEL-lə Nikosiyadakı ikinci oyunda Mahirin yeri boş qalmışdı. “Qarabağ”ın yaxaladığı saysız-hesabsız qol imkanlarından azı birini Mahir reallaşdırar, komandamız vacib oyunda uduzmazdı. Düzdü, indi yazımın mövzusu bu deyil. Demək istəyirəm ki, Əmrəli “Qarabağ” üçün çox vacib fiqurdu və Qurban Qurbanov onu əldən buraxmağa məhz bu səbəbdən asanlıqla razı olmadı. Mahirin gedişindən “Qarabağ” maddi baxımdan irəli düşə bilər, Azərbaycan futbolu da qazanar, amma onun boşaltdığı yeri doldurmaq komanda üçün çox çətin olar. Elə bunu nəzərə alan çalışdırıcı da yayda Mahirin gedişinə izin vermədi. Şəxsi qənaətimdi ki, bundan sonra da onun “Qarabağ”ı tərk edəcəyi elə də inandırıcı deyil. Real fürsət əldən buraxılıb.
Azərbaycan premyer-liqasında oynaya-oynaya Mahirin bundan artığına nail olması isə qeyri-mümkündü. Elə beləcə başını girləyəcək, uzaqbaşı “Qarabağ”la qrup mərhələsində yüksəlib, il ərzində 5-6 dəfə yüksək səviyyəli oyunun iştirakçısı olacaq. Bununla isə futbolçu artırmaz. İndi yaşının elə vaxtıdı ki, çox da sürətlə geriləmir, Qurban Qurbanovun da dəmir intizamı sayəsində formasını qoruyur. Mahir zədəsi olmayanda meydanda varlıq göstərməyi bacaran futbolçulardandı. Azərbaycan çempionatı səviyyəsində futbolçunun milli komandaya nə verə biləcəyini də çox görmüşük. Mahirin bizim çempionatla birlikdə inkişaf etməsi üçünsə o qədər şərtlər var ki. Hamısı da bir-birindən mürəkkəb. Komanda sayı artmalı, rəqabət yüksəlməlidi. Azərbaycan futbolunda 8-10 il bundan əvvəlki canlanma yaşanmalı, səviyyəli legionerlər bizim premyer-liqada çıxış etməlidi ki, yerli futbolçular da onlarla birlikdə “artırsınlar”. İndiki halda bu o qədər də real deyil. Deməli, biz də, elə Mahirin özü də bu aqibətlə barışmalıyıq. Başqa çarə yoxdu.
Elə bu səbəndən də yazımın başlığına üç futbolçunun adını yazmışam. Legioner həyatı yaşayaraq səviyyələrini yüksəldəcəyinə, bizi sevindirib milliyə daha çox fayda verəcəyinə inandığımız futbolçular onlardı. Bəhlul Mustafazadənin son vaxtlar enişli-yoxuşlu qrafiklə oynaması da elə Mahirlə bağlı dediyim məqamla bağlıdı. Azərbaycan çempionatında oynayan futbolçunun bundan artığını etməsi çətin məsələdi. Diqqət yetirin, millinin oyunları olanda, Bəhlul da yaxşı formada, yüksəlişdə idi. Meydanda daha diri görünür, az səhv edir, xilaskara çevrilməyi bacarırdı. Qısa müddətdə xeyli irəliləyən, nüfuzunu da yüksəldən müdafiəçi hazırda yumşaq desəm, durğunluq içindədi. Azərbaycanı tərk etməyin, xoşbəxtliyi Avropanın ortabab, oyun üslubuna uyğun gələn komandalarda axtarmağın zamanıdı. Yoxsa çox tezliklə elə Bəhlul da bu bataqlıqda itib-batacaq, Həbibin ötən sayımızdakı yazısının qəhrəmanlarından birinə çevriləcək. Ramil Şeydayev üçün də dəyişiklik qaçılmazdı. “Dinamo”da onunku gətirmədi. Bunun da çeşidli səbəbləri var. “Krılya Sovetov”u tələsik tərk edən hücumçu səhvə yol vermişdi. Nəticəsə yarım mövsüm itirdi, özü də gerilədi. Özünə daha çox oynayacağı, qollar vurub konsentrasiyasını bərpa edəcəyi klub tapmalıdı. Vaxt itirmədən, zamanı boşa vermədən. Hücumçunun işi qol vurmaqdı, bunu etmədikcə gərginliyə, depresiyyaya düşür. Ramil üçün bu ciddi problemdi.
Çox güman ki, Emil Balayev də dəyişiklik astanasındadı. Düzdü, onun “Tobol”la müqaviləsi davam edir, Kostanay klubunda ondan çox razıdılar. Amma erməni məşqçinin gəlişi vəziyyəti qəlizləşdirib. Bundan sonrasının necə olacağını proqnozlaşdırmaq çətindi. Yaxşı olardı ki, tezliklə Emil daha səviyyəli kluba keçsin, bununla da narahatçılığa son qoysun. İstənilən halda, nə Emil, nə də Ramil Azərbaycana qayıtmaq haqqında düşünməməlidilər. Bəhlul da onlara qoşulub, burdan uzaqlaşmalıdılar, üzü Avropaya!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar