30 dek 12:36Yazar

Hardasan, Elxan ağa, il bitir, çıx qabağa!

“Qarabağ”ın növbəti dəfə qrupa düşməsindən başqa “dişə vurulası” hansısa nəticənin olmadığı daha bir təqvim ili sona yaxınlaşır. Hər gün hansısa idman tədbiri keçirilir, hər gün kimsə ilə yekun vurur, ad, rütbə, mənzil, medal yağır – fərdi həvəsləndirmə tədbirləri bütün gücü ilə işə düşüb. Digər tərəfdən də 1300-dən artıq adam millət vəkilliyinə namizədliyini irəli sürüb, sosial şəbəkələrdə səs-küydən qulaq tutulur. Bircə yazıq futbol yetim kimi hansısa küncə sıxılıb, nə xatırlayan var, nə də adını çəkən. Cənab Prezident də MOK-dakı çıxışında futbol mənasında yalnız təşkilatçılıqdakı uğurları qabartdı, dolayısı ilə Elxan Məmmədova çatdırdı ki, bunları öz adına yazma. Bəlkə də baş katib o görüşdə olsaydı, İTV-nin efirində olduğu kimi, yenə sinəsini irəli verər, dövlət başçısına “mənə də bir medal ver” deyərdi. Yaxşı ki orda deyildi...
İTV sınağından uğursuzluqla ayrılandan və “Qəbələ” ilə bağlı məlum hoqqası alınmayandan sonra Elxan bəy sanki bir qədər kölgəyə çəkilib. Yox, heç də bütün yaş qrupu yığmalarının total uğursuzluqlarına, Nikola Yurçeviçin adı ətrafında naşı eksperimentə görə məyusluğa qərq olmayıb. Açığı, mən bu qardaşın nəyə görəsə məyus ola biləcəyinə də inanmıram. Özünü mələk, bütün başqalarını isə şeytan cildində görən adam niyə də məyus olsun ki?! Lap tutaq ki, ciddi futbol yarışlarında uğursuzluqla üzləşmişik. Nə olsun? Əvəzində Elxan bəyin çoxlu dostları, dostlarının da guya kütləviliyə xidmət edən BFL, MFL kimi liqaları, nə bilim nələri var. Baş katibi bezdirsək, küsüb gedər, həmin liqalarda futbol inqilabı edər.
Bir maraqlı ideyam da var və güman edirəm ki, kimsə bunu süngü ilə qarşılamaz. Məndə olan bilgiyə görə, AFFA-nın 2019-cu il üçün büdcəsində yüngülvari artıq pul qalıb. Bəlkə hörmətli baş katib uzağı iki əlin barmaqlarına sığacaq mediadakı dostları, daha doğrusu, “mirzələri” üçün müsabiqə elan etsin? İstiqamət “baş katibin Azərbaycan futbolu qarşısında cahanşümul xidmətləri” olsun, epitet tapmağa nə var! Məsələn, “dünya futbol kəhkəşanında parlayan yeni ulduz”, “futbola diplomatiya etiketləri gətirən perspektivli kadr”, “Azərbaycana Avroliqanın finalını və Avropa çempionatını bəxş edən ilahi güc”, “kadrların rüşvətxor olub-olmadığını praktikada sübut edən yeni növ idarəçi” və s. və i.a. O qədər mənalı ifadələr taparam ki, baş katib gözünə inanmaz, “ilahi, məni necə gözəl vəsf edirlər”, - deyə bayılar.
Amma bayılmasın, güman edirəm ki, birtəhər dözsə, cənab Prezident onu yayda, Avropa çempionatının final mərhələsindən sonra bayıldacaq. Vallah, pis mənada demirəm. Sadəcə, baş katib çoxdan arzuladığı, yatanda yuxuda da gördüyü medalı sinəsinə taxacaq, sözarası dövlət başçısından futboldan kənar olan bir vəzifə umacaq, bununla da həm Məmmədovun Azərbaycan futbolundan, həm də Azərbaycan futbolunun ondan canı qurtaracaq. Baş katib indiyəqədərki əməllərinə görə hansısa ödülü haqq etməsə də, şəxsən mən onun futboldan getməsi naminə buna da razıyam. Nəinki medal, qoy orden versinlər, lap “Elxan xan” adlı 4-cü süni peykimizi kosmosa buraxsınlar (yeri gəlmişkən, içinə baş katibi də əyləşdirmək olar), amma Azərbaycan futbolu bu adamın əsarətindən-inhisarından qurtulsun. Çox ciddi şəkildə ümid edirəm ki, 2020-nin sonunda buna oxşar sərlövhə ilə yazmalı olmayacam. Yazacamsa, deməli, futbolumuz bundan da betər günə düşəcək, bundan da dərin çoxtirəlik yaşanacaq, Elxan bəy artıq futbol ictimaiyyətinin bütün təbəqələrini indikindən də rüsvayçı şəkildə bir-birinə qarşı qoymuş olacaq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar