30 dek 11:08Yazar

Pivə sevgisi fontan vuranda...

Yeni ilin gəlişinə sayılı günlər qalıb. Cəmi üç gündən sonra 2019-cu ili yola salacaq, böyük ümidlərlə 2020-ni gözləyəcəyik. Azərbaycanlı futbol azarkeşləri üçün 2020 xüsusi il olmalıydı. Bu illə bağlı o qədər şirin vədlər, yalanlar eşitmişdik ki. AFFA-nın boz binasında oturan başbilənlərin sözlərinə inanıb, millimizin 2020-ci ildə keçiriləcək qitə çempionatına vəsiqə qazanacağını gözləyirdik. Deyirdilər ki, budəfəki Avropa çempionatı bizim üçün xüsusi əhəmiyyətlidi, paytaxtımız Bakı final mərhələsini qəbul edən şəhərlər sırasındadı. Ona görə də biz başımızı başlara qoşub, final mərhələsinə vəsiqə qazanan ölkələr sırasında olmalıyıq. AFFA prezidenti dedi, baş katibi təkrarladı, İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri isə ikiəlli alqışladı, Elxan Məmmədovun mirzələri də yazdı... Biz sadə xalqın, futbol azarkeşlərinin də borcu onlara inanmaq idi. Nəkarə idik ki, inanmayaq? Səbr etdik, həsrətlə gözlədik. Roberto Prosineçkini yola salıb, Nikola Yurçeviçi gətirdilər. Neftimizin milyonlarının dadını daha bir xorvatiyalı mütəxəssis gördü, qonaqpərvərliyimizi ona da geninə-boluna göstərdik. Bir də gözümüzü açıb gördük ki, bu Nikola deyilən çalışdırıcı bizi ötən əsrin sonlarına qaytarıb, ilk seçmə mərhələdə olduğu kimi qrupda cəmi bir xal toplayıb, “zirzəmiyə lövbər atmışıq”.
2019-cu il futbolumuz üçün məhz bu fiaskoyla yadda qaldı. İrəli getməyi, başımızı başlara qoşmağı arzulayarkən “cırtdanlar”ın arasına düşdük, lağ-lağı mövzusu olduq. Yola salmağa çalışdığımız il futbolumuzun düşdüyü böhranı təkcə millimizin nəticələri göstərmədi. “Qarabağ”dan savayı digər klublarımız avrokuboklarda kötək yeyən uşağa çevrildilər. “Qəbələ” ilə “Səbail” elə ilk mərhələdəcə “ağ bayraq qaldırdı”. “Neftçi”nin barıtı isə cəmi iki atımlıq oldu, İsrail “Bney Yehuda”sı “xalq komandası”na “qrup mərhələsinə düşəcək qədər böyüməmisiz” dedi. Səkkiz komandanın iştirak etdiyi çempionatın təmsilçilərinin avrokuboklarda elə də uzağa gedə bilməyəcəyi gözlənilən idi. Sadəcə, “Qarabağ” son illərdə boyundan yuxarı tullanır, azərbaycanlı azarkeşlərin iştahını artırır. Amma fədakarlığın da bir həddi var ki, o hədd də “Qarabağ” üçün indiki halda Avropa Liqasının qrup mərhələsi ilə yekunlaşır. 2019-cu ildə Azərbaycan premyer-liqasının sponsorsuz qalması, yeni mövsümün titul sponsoru olmadan başlaması da elə çempionatımızın real qiymətinin göstəricisi sayılmalıdı. Kimə lazımdı belə çempionat? Bir vaxtlar nəinki Azərbaycan premyer-liqasının, hətta ölkə kubokunun da ayrıca sponsoru vardı, onda bizim futbolumuzda milyonlar dövr edirdi. AFFA futbolumuzun başına elə oyun açdı ki, həmin sponsorların hərəsi bir tərəfə qaçdı, meydan elə AFFA-ya, daha doğrusu, onun baş katibi Elxan Məmmədova qaldı. Suyu sovrulmuş dəyirmanı xatırladan Azərbaycan futbolu, onun çempionatı indi heç kimə lazım deyil.
Heç Elxan Məmmədovun özünə də. Onsuz da bizim futbolumuz onun üçün qazanc və özünüreklam vasitəsidi. Top oyunu məmləkətdə can verirsə, versin. Kimin vecinədi? Diqqət yetirirsizmi, Azərbaycan premyer-liqasını bəyənməyən təkcə biznesmenlər, iş adamları, varlı şirkətlər deyil. Elxan Məmmədovun yaxın ətrafı da çempionatımıza ağız büzür, yuxarıdan aşağı baxır. Baş katibin dəstəsinə daxil olan Zaur Hacı-Məhərrəmov, Sərxan Hacıyev, Orxan Hüseynzadə UEFA-dan avrokubok oyunlarına az qala hər ay təyinat alır, qitənin ali futbol qurumunu həmin qarşılaşmalarda nümayəndə kimi təmsil edirlər. Kişilər öz “level”lərini yüksəldiblər. Siz nə vaxtsa adını çəkdiyim şəxslərin Azərbaycan premyer-liqasının oyunlarına AFFA nümayəndəsi kimi getdiyini görmüsüzmü? Görməmisiz, heç görə də bilməzsiz. Onlar parıltılı ayaqqabılarını bizim stadionlarda tozlandırıb, ütülü kostyumlarını kirləndirə bilməzlər. Bizim çempionatın oyunları mənasız, maraqsız “dır-dır”dan başqa bir şey deyil. Maraqlansaydılar, deyərdilər ki, biz də ölkə çempionatının oyunlarının təşkilində iştirak etmək, Avropada qazandığımız təcrübəni burdakılarla bölüşmək istəyirik.
AFFA-nın, daha doğrusu, onun baş katibinin vecinə olmayan futbol, milli çempionat kimin nəyinə lazımdı ki?! “Topaz”ın imtinasından sonra premyer-liqamız sponsorsuz qaldı. AFFA “sponsor yoxdu” deyib, aləmə car çəkir və klubları bir-bir öz nəzarətinin altına alır, onları özündən asılı vəziyyətə salır. İmkan vermirlər ki, bölgə komandaları inkişaf etsin, öz ad-sanlarına, keçmişlərinə layiq səviyyəyə çatsınlar. Azərbaycanda üç böyük mobil operator şirkəti var ki, onlardan biri əvvəllər AFFA-nın tərəfdaşı idi, biri isə hazırda tərəfdaşlıq edir, adına stadion verilib. Aşağı yaş qrupları üzrə çempionatların beşində titul sponsoru var. Bu yaxınlarda bir məsələ də diqqətimi çəkib. Elxan Məmmədovun oyuncaq layihələrindən biri olan MFL-ə sponsor tapıblar, pivə satan şirkətlərdən birinin adı həvəskarların çempionatına verilib. Təqdimat mərasimində cənab Məmmədov da şəxsən iştirak edirmiş. MFL-ə sponsorluq edən şirkətlərin siyahısında isə xeyli tanınmış markanın adı yazılıb. Bu şirkətlərdə hardandı həvəskar futbola bu qədər maraq? Peşəkar klubların yarışı, onlara sponsorluq reklam baxımından daha sərfəli deyilmi? Adamın ağlına min cür dəli suallar gəlir. Ya AFFA-ya sərf edəndə, sponsor tapmaq olur. Ya da ki, həmin o pivə şirkəti Elxan Məmmədovun bu içkiyə olan sevgisinə qarşılıq verib. Axı baş katib hər imkandaca ingilis və alman azarkeşləri Bakıya pivə içməyə çağırırdı. Yəqin ki, bu sponsorluq da baş katibin fontan vuran pivə sevgisinə cavabdı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar