27 dek 12:33Yazar

Kim edəcək, Səməd müəllim?

Tərlan Əhmədov “CBC Sport”da efirə gedən tok-şouda fəryad edirdi. Onun dedikləri bir neçə gün idman mətbuatında trendə çevrildi, müzakirə olundu. İş o yerə gəlib çatdı ki, aparıcı klubların uşaq komandalarının məşqçiləri efirə çıxdı, ona cavab verməyə çalışdı. Amma necə deyərlər, ox yaydan çıxmışdı. İllərdi gördüyümüz, eşitdiyimiz problemlər, uşaq futbolundakı nöqsanlar məşhur futbol mütəxəssisinin dilindən səslənmiş, böyük əksəriyyətin diqqətini çəkmişdi. Kimlərinsə ona cavab verməyə cəhd göstərməsi, təkzib etməyə çalışması təfərrüat, daldan atılan daş effektli hərəkətlər idi. Bu mənada Tərlan bəyə hər birimizin təşəkkür borcu var. Ümid edirəm ki, “CBC Sport” da, futbol mütəxəssisləri də bu ənəni qorumağa çalışacaqlar. Bundan sonra da Azərbaycan futbolunun problemləri yüksək tribunadan aşkar şəkildə səsləndirilsin, geniş müzakirələr aparılsın. Ta o zamana kimi ki, günahkarlar utansın, öz əməllərindən əl çəksinlər. Bunu edə bilməyənləri isə yarıxoş, yarızor futbolumuzdan uzaqlaşdırmalıyıq. Riyakarlara, yalançılara, öz şəxsi mənafelərini güdənlərə Azərbaycan futbolunda yer olmamalıdı. Elə onların varlığının, əl-qol açmasının nəticəsidi ki, bu gün futbolumuz yerlərdə sürünür, illərlə xərclənən milyonların qarşılığını ala bilməmişik. Əvəzində ya AFFA-da oturan bir qrup işbaz varlanıb, ya da onların xaricdə dartıb gətirdikləri.
Elə həmin verlişdə Tərlan bəyin dediyi başqa bir açıqlama da diqqətimi çəkdi. Həmkarımız Gündüz Abbaszadə ondan sabiq klubu “Neftçi”nin rəhbərliyindən küskün olub-olmadığını soruşdu. Gündüzün sualına cavab verərkən “Neftçi”dən haqsızlıqla uzaqlaşdırıldığını, əziyyətinin bəhrəsi olan Avropa Liqasında iştiraka imkan verilmədiyini deyən Əhmədovun həmin sözləri ürək parçalayırdı: “Mayın 23-də müqaviləmin müddəti bitdi. Ayın sonuna kimi işə gəlib-getdim, kimsə mənə bir söz demədi. Mayın 31-də bildirdilər ki, Müşahidə Şurası məni istefaya göndərir. Halbuki hər qələbədən sonra Müşahidə Şurasının sədri Çingiz Abdullayev mənə mesaj göndərirdi. Həmin mesajları indiyə qədər telefonumda saxlayıram”. Sözün bitdiyi yer idi. Keçmişə geniş səyahət edib, Tərlan bəyin “Neftçi”dən uzaqlaşdırılması zamanı nələrin baş verdiyini yenidən yazmayım. Onsuz da hamımız hər şeyi bilirik. Əlahəzrət zamanın cavabı özünü çox gözlətməyib, bu gün Tərlan Əhmədovun çalışdırdığı “Keşlə” “Neftçi”nin ən yaxın izləyicisidi. İlk iki dövrənin gedişində “Keşlə” dəfələrlə “Neftçi”ni qabaqlayıb da. Ən əsası, iki oyunun heç birində “Neftçi” “Keşlə”yə bata bilməyib, cəmi 1 xal qazanıb. Özü də bütün bunları Tərlan bəy “Neftçi”dən qat-qat az büdcəylə, zəif heyətlə bacarır. Az-çox futboldan başı çıxanlar görür ki, qəsəbə təmsilçisinin oyununda məşqçi işinin cizgiləri, Əhmədovun dəst-xətti var. İş o yerə gəlib çatıb ki, milliyə namizəd göstərilən mütəxəssislər arasında Tərlan Əhmədovun da adı çəkilir, azarkeşlər və qələm əhli ona inandıqlarını gizlətmirlər.
Bəs Roberto Bordin nə edir? İtalyan mütəxəssis Azərbaycan çempionatının ən yüksəködənişli məşqçilərindən biridi. Nazı-hikkəsi yerə-göyə sığmır. Dava salmadığı, kiminləsə münaqişəyə girmədiyi oyun yoxdu. Əlinin altında əla heyət var, legionerlərin sayını biz də itirmişik. Özü də onların arasında baş çıxarmağı bacarmır. Bilmir hansını oynatsın, hansını yanında oturtsun. Azarkeşlər Bordini sevmir, mövsümün əvvəlindən bəri “istefa” şüarları tribunaları bürüyüb. “Neftçi”nin nəticələri də zəifdi. Qış fasiləsinə ikinci pillədə yollanan “xalq komandası” özündən əvvəlki “Qarabağ”ı da, özündən sonrakı “Keşlə”ni də məğlub edə bilməyib. 4-cü yerdəki “Sumqayıt” isə “Neftçi”ni ölkə kubokundan kənarlaşdırdı, iki oyunda da rəqibinə uduzmadı. Özü də yerli məşqçi Ayxan Abbasovun çalışdırdığı “Sumqayıt” bunu ardıcıl ikinci mövsümdə bacardı. Bu həmin “Sumqayıt”dı ki, ötən mövsümün sonlarında “Neftçi”ni “Bakcell Arena”da xalsız qoymaqla “ağ-qaralar”ın çempionluq iddialarının üzərindən qalın və qara xətt çəkdi. Deməli, Ayxan Abbasovun Roberto Bordini üstələməsi heç də təsadüf əsəri deyil.
İtalyan mütəxəssis “Neftçi”nin “altıncı barmağı”na çevrilib. Qova bilmirlər, qalması da komandanın ad-sanına, iddialarına zərbə vurur. Onunla müqavilə imzalanarkən italyana o qədər imtiyazlar verilib ki, indi həmin imtiyazların altında “Neftçi” boyda xalq komandası, onun minlərlə azarkeşi əzilir. Rəhbərlik isə susur. Çox müəmmalı şəkildi. “Sabah”la oyundan sonra “əhvalımız yaxşıdı” deyən klub prezidenti Kamran Quliyevin səsi “Sumqayıt”la qarşılaşmaların ardından eşidilmədi. Belə yerdə klubun Müşahidə Şurası yada düşür. Çingiz Abdullayev hardadı? Tərlan Əhmədova hər qələbədən sonra təbrik mesajı yazan xalq yazıçısı öz şurasını toplamalı, “Neftçi”yə sahib çıxmalıdı. Kubok əldən gedib, çempionluq da getmək üzrədi. Müşahidə Şurasının üzvü Səməd Qurbanovun qəzetimizə müsahibəsindən belə başa düşdüm ki, o da Bordindən, “Neftçi”nin nəticələrindən narazıdı. Amma futbol veteranı da gözləyir ki, kimsə iclasın gününü təyin edəcək, onları da məlumatlandıracaq. Şəxsən mənim üçün çox maraqlıdı. Bütün bunları kim etməlidi, Səməd müəllim?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar