21 dek 15:10Yazar

Damla-damla gələn xoş xəbər

Aylardı bu həyəcanı yaşayırdıq. Ürəyi Azərbaycan futbolu ilə döyünən hər kəsdə narahatlıq vardı. “Qəbələ”nin dağılacağı ilə bağlı yayılan söz-söhbət əhvalımızı korlayır, futbolumuzun gələcəyinə olan onsuz da kövrək ümidləri lap sarsıdırdı. Futbolumuzun öz acı reallıqları var. Bilirik ki, futbol klubları nə səhmdar cəmiyyətdi, nə də yerli özünüidarəetmə orqanlarının rayon büdcələri hesabına saxladığı idman təşkilatı. 2003-cü ildəki “məxməri inqilab”dan sonra Azərbaycan futboluna dövlətin diqqəti, bu diqqətlə birlikdə gələn neft pullarının həcmi atrıb. Hətta müəyyən zaman kəsiyində həmin pulların sayını-hesabını da itirmişdik. Ölkə prezidentinin imzaladığı Dövlət Proqramının bir parçasına çevrilmək, özünü siyasi rəhbərliyin gözündə yaxşı göstərmək, iqtisadi güzəştlər əldə etmək istəyən iş adamları futbol klublarına sponsorluq etmək üçün növbəyə dayanmışdılar. Futbolçular pula pul demir, xarici valyutanın belə qiymətinin dəyişmədiyi məmləkətdə top dalınca qaçmağı bacaran yüngülvari istedad sahiblərinin qiyməti fantastik sürətlə artırdı. Hər şey sabun köpüyü kimi oldu. Süni, yalançı görünüşlü. Klublar necə sürətlə varlanmışdılarsa, elə o sürətlə də kasıblamağa, sıradan çıxmağa başladılar. Elə həmin iş adamları da gəldikləri yolla geri döndülər.
Bütün bunlar tarixin acı dərsləridi. Görmüşük, acı dərslər almışıq, nəticə çıxarmışıq. Bilirik ki, klublarımızın ömrü onun sponsorunun işlərinin gedişindən, kefinin necə olmasından asılıdı. Bir gecənin içində hər şey dəyişər, iddialı klub iddiasıza çevrilər, hətta dağılar da. İmişlinin “MKt-Araz” klubu avrokuboklarda iştirak etdiyi mövsümdəcə dağıldı. Özü də UEFA kubokunda iştirakından bir neçə gün sonra. Təxminən eyni aqibəti “Səbail” də yaşayır. Düzdü, Bayıl təmsilçisi hələ dağılmayıb, çıxışını davam etdirir. Amma ötən mövsüm nəticələri ilə hamını təəccübləndirən, yayda Avropa Liqasında Azərbaycanı təmsil edən komanda indi can üstədi. Heyətdən qaçanlar qaçıb, qalanlar da qaçmağa hazırlaşır. Mövsümə heç də pis başlamayan “Səbail” qələbəyə həsrətdi, bəzən heç qol da vura bilmir. Proseslərin axarı “Səbail”in “Rəvan”, “Xəzər Lənkəran” və “Bakı”nın getdiyi yolun yolçusu olacağından xəbər verir. Bunu hardasa normal qəbul etmək olar. Bu komandanın nə üçün, hansı məqsədlə yarandığı hər kəsə bəllidi. Daxilində hansı proseslərin getdiyindən, nüfuz mübarizəsinin, büdcəyə nəzarət davasının hansı səviyyəyə çatdığından da məlumatlıyıq. Elə bu səbəblərdən də “Səbail”in düşdüyü duruma görə ciddi narahatlıq yaşanmır. Amma “Qəbələ”ylə bağlı durum fərqlidi. “Qırmızı-qaralar”a görə narahat olanların sırası xeyli genişdi.
Mən “Qəbələ”nin əsas komandasının yaxın keçmişdəki çıxışını, qazandığı uğurları bir kənara qoyuram. “Qırmızı-qaralar” son 5-6 ildə daim çempionluq yarışında olub, elitadakı mübarizəyə rəng qatıb, rəqabət yaradıb. Komandanın ardıcıl iki mövsüm ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsi də həmin uğurların bir parçasıdı. Tutaq ki, bütün bunları unutduq, keçmişdə qoyduq. Amma “Qəbələ”nin Azərbaycan futboluna xidmətləri təkcə əsas komandanın uğurları ilə bitmir. “Qırmızı-qaralar” hazırda Azərbaycan premyer-liqasında faktiki yeganə bölgə təmsilçisidi. “Qarabağ” məlum səbəblərdən Bakıda məskunlaşıb, Sumqayıtla da paytaxtın arası cəmi 30 kilometrdi. “Qəbələ” də olmasa, premyer-liqamız de-fakto da, de-yure də Bakı birinciliyinə çevrilər. “Qəbələ”ni sevmək, onun üçün həyəcan keçirmək üçün başqa bir səbəb bu klubun akademiyası, infrastrukturu, orda yetişən futbolçulardı. AFFA-nın çətinə düşəndə adını çəkdiyi iki futbolçudan biri Bəhlul Mustafazadədi. Qəbələdəki akademiya olmasaydı, indi Bəhlul İmişlidə birgə top qovduğu həmyaşıdları kimi itib-batmışdı. Mən hələ Nəbiyev qardaşlarını, Rövlan Muradovu, Amin Seydiyevi, daha neçə-neçə bu cür yerli gəncləri demirəm. Bu gənclər məhz “Qəbələ” Futbol Akademiyasında püxtələşib. Orda qidalanıblar, orda mütəxəssislərin nəzarəti altında böyüyüblər, orda da məktəbə gediblər. Hamımız bilirik ki, övladını futbolçu etmək istəyən neçə-neçə valideyn məktəblə futbol məşqi arasında yollarda qalıb, seçim etməyə məcbur olur.
“Qəbələ” Avropa standartlarına uyğun gələn futbol akademiyası qurmaqla bütün bu problemlərin həlli yolunu tapmışdı. Elə onun da nəticəsidi ki, son illərdə bu akademiyanın yetirmələri üzə çıxır, klub rəhbərliyinin əkdiyi ağacların meyvəsini dərməyə başlayırıq. Son vaxtlar da “Qəbələ”nin maddi problemlərlə üzləşməsindən sonra yaşadığımız narahatlıqlar bununla bağlı idi. Qorxurduq ki, gördüyümüz şirin yuxu sona çatar, oyanıb bütün infrastrukturun dağıldığını, akademiyanın bağlandığını görərik. Dünən aldığımız xoş xəbərlə bu narahatlıq bitdi. Ən azı növbəti ilyarımda “Qəbələ”nin yaşayacağından əmin olduq. AFFA çətin məqamda sinəsini irəli verib, kluba yardım əlini uzatmasa da, elə “Gilan Holdinq”in daxilindən “Qəbələ”yə sponsor tapıldı. Bu xəbəri eşidən kimi rahatladıq. Ümid edək ki, qara buludlar “Qəbələ”nin başı üzərindən çəkiləcək, komanda yaşamağa, akademiya isə futbolçu yetişdirməyə davam edəcək. Xeyirli olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar