21 dek 13:40Yazar

Ay sizi, hoqqabazlar...

“Qəbələ”nin AFFA-nın himayəsi altına keçməyəcəyi, azalmış büdcə ilə olsa da, yoluna müstəqil klub kimi davam edəcəyi haqda dünən yayılan xəbər, daha doğrusu, “Jalə”nin sponsorluğu boynuna götürməsi jurnalistlər arasında və sosial şəbəkələrdə görünməmiş ruh yüksəkliyi doğurub ki, bunun da səbəbləri hamıya bəllidi. Futbolun indisinə biganə olmayan böyük əksəriyyət kimsənin AFFA-dan xeyir tapa bilməyəcəyinə əmindi. Elxan Məmmədovun birbaşa rəhbərliyi ilə futbolun başında hər cür dəlləkliyə əl atan qurum “Qəbələ”ni ələ keçirəcəyi təqdirdə onu da eksperiment meydanına çevirəcək, əli pula-rüşvətə öyrəşmiş adamları klub strukturuna doldurmaqla axırına çıxacaqdı. Yaxşı ki həmin sövdələşmə alınmadı və “qırmızı-qaralar”ın yaşamasını, var olmasını istəyən hər kəs indi dərindən nəfəs ala bilər. Bəlkə də “Qəbələ” “Jalə”nin sponsorluğuna sığınacağı qarşıdakı ilyarımda müəyyən çətinliklərlə üzləşəcək. Amma vacib məqam odu ki, həmin infrastruktur, klub aktivləri AFFA adlı nəhəng yırtıcının əlinə keçməyəcək.
Düzünə qalsa, şəxsən mən bu məsələdə Elxan bəyin səmimi davrandığına inanmıram. Klub sizdən taleyinin İcraiyyə Komitəsində müzakirə olunmasını istəməmişdisə, ortada hansısa sevdalaşmanın detalları yox idisə, nədən AFFA utanıb-çəkinmədən bu məsələni gündəliyə salırdı? Ümumiyyətlə, həmin iclasın gündəliyinin tərtib qaydası komediyalar aləminə səyahətdi. Bircə o qalmışdı ki, İK üzvlərinin iclasa hansı dress-kodla qatılmalı olduğunu da gündəliyə salsınlar. Ay sizi, hoqqabazlar, bu çoxbilmişliklə, görəsən, hara qədər gedəcəksiz...
Hər şeyin məhz belə nəticələnə biləcəyinə dair şübhələrimi İK-nın cümə iclasından dərhal sonra qələmə aldığım köşə yazısında dilə gətirmişdim. Təvazökarlıqdan uzaq olsa da, o yazıdan bir iqtibas gətirmək istəyirəm: “Qəbələ”nin taleyi ilə bağlı məsələyə nöqtə qoyulmaması ən müxtəlif şübhələrə və fərziyələrə yol açır. Güman etmək olar ki, burda dartışma nöqtəsi mülkiyyət hüquqlarıdı”.
Artıq güman etmək olar ki, AFFA müəyyən maliyyələşmə əvəzində klub infrastrukturunu ələ keçirmək, şəxsən bu qurum vasitəsi ilə olmasa da, ARDNŞ adından mülkiyyət hüquqlarına yiyələnmək istəyib. Necə deyərlər, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Qurumun qəbuledilməz şərtləri klubun arxasında duran, illər boyunca onun yaşaması yolunda milyonlar xərcləyən adamlara çatdırılıb, onlar isə bu tonu, sadəcə, münasib saymayıblar. Beləcə AFFA-ya “sən sağ, biz salamat” deyilib. Əminliklə demək olar ki, ölkə futbolu, konkret “Qəbələ” böyük bir biabırçılığın astanasından döndü. AFFA-nın onlarla yarıtmaz, bivec layihəsinin, hər cür ayrı-seçkilik əməllərinin, nəhayət, onlarla kadrının nəfsinə yenik düşməsinin şahidi olan bizlər, heç şübhəsiz, “Qəbələ”nin gələcəyi yönündə böyük xəyal qırıqlığı yaşayacaqdıq. Əlbəttə, klubun indiki durumu istər maliyyələşmə, istərsə də nəticələr planında idealdan çox uzaqdı. Amma ortada olan ən vacib nəticə odu ki, “Qəbələ” AFFA-nın çətirindən kənarda, müstəqil yaşayacaq. Dünyada müstəqillikdən gözəl duyğu isə hələlik tapılmayıb...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar