20 dek 13:15Yazar

Klublar göydən zənbillə düşüb?

Azərbaycan futbolunun ötən cüməsi ilk növbədə Nikola Yurçeviç ad-soyadlı binəva xorvatın yığmamızdan qovulmasıyla əlamətdar oldu. Bir daha onun əmək kitabçasına hansısa yığmanın adı düşməyəcək deyə, qoy 10 aylıq Bakı mühacirətini da taleyin lütfü, bəxtin cilvəsi, nə bilim, Elxan Məmmədovun faydası kimi qəbul edib, könül xoşluğu ilə yaşasın. Öz aramızdı, bu xorvatlar da özünü başqaları ilə müqayisə etməkdə, adamı “baqaja qomaqda” lap bizimkilərə bənzəyib. Gethagetdə “mənim qrupumda San Marino yox idi”, - deyə həmvətəni Robert Prosineçkiyə söz atmasaydı, bağrı çatlayardı...
Əsas məqam odu ki, Elxan Məmmədov həzrətləri və yan-yörəsində fırlananlar, ARDNŞ-nin pulunu dədəsindən qalan miras kimi xərcləyənlər nəfəs dərmək üçün əməlli-başlı vaxt qazandı. Elə 28 nəfərin futboldan uzaqlaşdırılması da müzakirə dalğasının axarını dəyişmək, diqqəti yığmanın fiaskosundan yayındırmaq üçün atılan addıma bənzədi. Təbii, mən də o fikirdəyəm ki, ləyaqətli, vicdanlı, namuslu futbolçu, klub rəsmisi oyun satmaz və belə əclaflığa əl atanlar qanunun bütün sərtliyini öz üzərində hiss etməlidi. Bəzilərinin çox həvəslə dövriyyəyə buraxdığı “əşşi, 150-200 manat qazanan futbolçu elə oyun satmalıdı” tezisi də heç bir tənqidə dözmür. Bu nə məntiq, bu nə əxlaqdı? Onda belə çıxır ki, bütün az pul qazanan soydaşlarımız cinayətkarlıq yolunu tutmalı, küçənin ortasında istənilən zəngini soymalıdılar?
Sadəcə, məni düşündürən başqa məqam var. “Turan Tovuz”un 7 futbolçusu, “Ağsu”nun futbolçulu, klub rəsmili 17 adamı cəzalanandan sonra növbəti addım bu klubların da ən sərt cəzaya məruz qalması, daha doğrusu, futboldan silinməsi olmalıydı. Bir klubda 17 şəxs alverə, fırıldağa, çirkaba bulaşıbsa, o klub hansı mənəvi haqla ölkə futbol ailəsinin üzvü kimi qala, sponsorlarından pul tələb edə bilər? 17 adamın cəzalandırılması faktiki o deməkdi ki, ucdantutma hamı saxtakardı. Deməli, belə çıxır ki, bu 17 saxtakar futboldan uzaqlaşacaq, onların əməllərindən ziyan görən qalan divizion klublarının isə haqqı tapdalanacaq. Burda məntiq varmı? Heç bir məntiq yoxdu. Amma Azərbaycan futbolunda çoxdan məntiq postulatları işləmədiyindən hansısa klubun cəzalanacağına, tarixə məhz fırıldaq üzündən qovuşacağına inanmıram.
Artıq illərdi futbolumuzda alverin getdiyinə dair söz-söhbət gəzsə də, demək olar ki, hər il kimlərsə buna görə uzaqlaşdırılsa da, “bazar əməliyyatları” kiçilmir, əksinə, get-gedə rövnəqlənir, şişir, daha çox adamı əhatə edir. Bunun tendensiya halını alması bir çox fəsad doğuracaq ki, sadəcə, bəziləri üzərində dayanmaq istəyirəm. İlk növbədə futbola gələn çox az adam da yavaş-yavaş tribunalardan soyuyacaq, haqlı olaraq, “alver gedən yerdə nə işim var” düşünəcək. İkincisi, onsuz da nəticələr baxımında qitə miqyasında düz-əməlli imicimiz yoxdu. Bu söz-söhbət Avropaya yayılandan sonra “alverçi xalq”ın xəyali portretinə yeni cizgilər əlavə olunacaq. Üçüncüsü, Azərbaycan transfer təklifi alan istənilən normal futbolçu burda nəticələrin heç də təmiz mübarizədə bilinmədiyini düşünüb, qərar verərkən əməllicə götür-qoy edəcək. Dördüncünü, beşincini deməyə dəyməz. Demək istədiyim odu ki, belə saxtakarlığa əl atan futbol adamlarıyla yanaşı, klublar da cəzalanmalı, ya buraxılmalı, ya da ən azı Region Liqasına, Həvəskarlar Liqasına göndərilməlidi. Həmin “Ağsu” və “Turan Tovuz” birinci dəstədə mübarizə bərpa olunandan sonra hansı haqq və üz ilə azarkeşlərinin önünə çıxacaqlar? Doğrudanmı bizim futbolda hər şey, daha doğrusu, saxtakarlıq və cinayətkarlıq bu qədər adiləşib? Öz oyununa pul qoyursan, onminlər, yüzminlər qazanırsan və günün birində sakitcə futboldan rədd olub gedirsən? Bu yolla futbol qumarının kökünü kəsəcəyimizi, adamları fırıldaq yolundan çəkindirəcəyimizi düşünürüksə, yüzdəyüz yanılırıq! Yüzdəyüz yanılırsan, AFFA! Daha təsirli tədbirlər görmək, Azərbaycan futbolunun ayaqlar altına atılan imicinin qayğısına qalmaq lazımdı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar