20 dek 12:27Yazar

Azərbaycan idman ölkəsidi?

Pafoslu danışmağı sevirik. Gözümüzü yumur, xoş xəyallara dalırıq. “Tarqovı”nın parıldayan mərmərləri, fışqırıq vuran fontanları, bərli-bəzkli xanım və bəyləri gözlərimizin qabağından keçir. Qayğılar da, problemlər də yadımızdan çıxır. Cibləri pulla dolu olan əcnəbilər Bakıya gələndə necə bura heyran olub, özlərini dünyanın xoşbəxti sayırsa, biz də həmin o xoşbəxtliyin zirvəsinə ucalırıq. Başlayırıq özümüzlə fəxr etməyə, lovğalanmağa. Təsəvvürünüzə gətirirsizmi? Bəli, biz belə olanda reallıq hissini unuduruq, acı həqiqətlərə arxa çeviririk. Vacib olan pafos, yalançı təbəssüm, özünü aldatmaq hissidi. Qalan şeyləri boş vermək, unutmaq olar. Gözünü açanda ağır məişət şəraitindən, bank kreditlərindən, borclardan əziyyət çəkdiyini, yalançıların, riyakarların arasında yaşadığını hiss edəcəksən, göydən sürətlə yerə çırpılacaqsan...
“Azərbaycan idman ölkəsidi, bizim idmanımız inkişaf edir” deyəndə, biz eyni cür eyforiyanın təsiri altında oluruq, özümüzü aldatmağa çalışırıq. Bəlkə də bizə elə gəlir ki, bu cür pafosla əcnəbiləri də aldadırıq, onlar bizə heyrətlə yanaşırlar. Yox, əzizlərim. Onlar nəyin necə olduğunu çox gözəl bilir, ürəklərində bizi ələ salır, avam adamlar kimi baxırlar. Buna şübhəniz olmasın. Futbol yığmamız “milliləşdirilənlər” ilə doludu. Neçə illərdi güləşçilərlə, boksçularla, cüdoçularla öyünürdük. İndi onların da sıralarında azərbaycanlı balalarının sayı azalır, yavaş-yavaş gəlmələr söz sahibinə çevrilir. Ramil Quliyev, Nicat Rəhimov kimi atletləri ovcumuzun içindən türklərə, qazaxlara qapdırmışıq. Sonra gedənlərin arxasınca baxır, acı təəssüf hissi keçiririk. Neçə-neçə gənc və yeniyetmə futbolçu kövrək addımlar atdıqdan sonra gördükləri haqsızlıqlardan bezib, şəraitsizlikdən yorulub və karyerasına nöqtə qoyub. Belələrinin adlarını zaman-zaman yazımızda çəkmişik, yetərincə nümunələr var. Rayonlardakı idman zallarının qapısına qıfıl vurulub, Olimpiya Kompleksləri otel kimi fəaliyyət göstərir, futbol meydanlarının yeri satılır, qalanları da mal-qara otlağına çevrilir.
Bu yaxınlarda qarşıma 9 yaşlı tennisçi Ayşən Kərimlinin atasının müraciəti çıxdı. Tennis elə bir idman növüdü ki, Azərbaycanda heç də hər adamda bu oyunu oynamaq həvəsi və bacarığı olmur. İndi Ayşən balamızda həm istedad var, həm də həvəs. Onu Tennis Federasiyasıyla Gənclər və İdman Nazirliyi ovcunun içində qorumalı, əllərinin üstündə gəzdirməlidi. Ata Kərimovun sözlərindən belə anlaşılır ki, qızcığaca heç məşq etməyə kort vermirlər, onlardan pul tələb edirlər. Adam alışıb-yanır, mübarizə aparır. Cəzasızlıq mühidi o həddə gəlib çatıb ki, ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əməl olunmayıb, ataya kortlarda ödənişsiz tennislə məşğul olmağın mümkünsüzlüyünü deyiblər. Biçarə ata da Rusiyadan təklif alıb, qızını da götürüb ölkəni tərk etməyə hazırlaşır. Eynilə Nicat Rəhimovla Ramil Quliyev kimi. Öz balalarımızın qiymətini bilmirik, amma əcnəbiləri Azərbaycan bayrağının altında çıxış etməsi üçün dilə tuturuq, ayaqlarının altına milyonlar səpirik. Gün gələcək, Ayşən balanın da Rusiya üçün qazandığı uğurlara baxıb, kösk ötürəcəyik. Fərasətsiz və laqeyd federasiya başbilənlərinin, yaxasını kənara çəkən nazirliyin sayəsində belə aqibət qaçılmazdı.
Biz kimi aldadırıq? Heç belə idman ölkəsi olar? Artıq iki ilə yaxındı ki, böyük oğlumu hovuza yazdırmışam. Üzgüçülük bəyəndiyim idman növüdü. Həm də üzmək sağlamlığa çox müsbət təsir göstərir. İdman qurğusu şəxsi obyekt olduğu üçün pul da ödəyirik, bu öz yerində. Təsəvvür edin, hovuzun rəhbərliyi kommersiya maraqlarına görə günün ən münasib vaxtını böyüklər üçün ayırıb, 12 yaşdan aşağı uşaqlar özlərini 9.30-a qədər hovuza çatdırmalıdılar. Əks halda günorta saat 2-dən sonrakı növbəni gözləmək lazımdı. Əksər orta məktəblərdə ibtidai siniflər ikinci növbə olduğuna görə iş günləri uşaqları idman məşğələsinə aparmaq mümkün deyil, ümid qalır şənbə və bazara. Qışın ayazında azyaşlıları 9.30-da hovuza aparıb çatdırmaq müşküldü və bir az da qəddarlıq tələb edir. Onlar da şirin yuxunun ləzzətini çıxarmaq, ailə üzvləri ilə birlikdə rahat səhər yeməyinə oturmaq hüququna sahibdilər. Hovuza getməyi günortadan sonraya saxlayanda isə bütün günü itirirsən, həftəsonuna saxladığın işlər, ev qayğıları bir-birinə qarışır. Bəlkə də xırda məsələ kimi görünür, amma yaşayanlar bilir ki, bu xırda məsələlər sonradan necə böyük problemə çevirilir, əlavə əsəb gərginliyinə səbəb olur. Öz təcrübəmdən yaxşı bilirəm.
Sözümün canı öz şəxsi problemimi gündəmə gətirmək, qloballaşdırmaq deyil. Deməyim odu ki, Azərbaycanda azyaşlıların idmanla məşğul olması üçün xeyli maneə mövcuddu, onları aşmaq üçün əzab-əziyyətə qatlaşmalı olursan. Mən hələ məsələnin maddi tərəfini, idman məşğələləri üçün ödəniləsi vəsaitin ailə büdcəsində necə əhəmiyyətli yer tutduğunu bir kənara qoyuram. Bütün bunları gözə almaq, əzab-əziyyətə qatlaşmaq isə heç də hər valideynə müyəssər olmur. Həmkarım Rəşadın Siyəzən stadionunda gördükləriylə də qəzetimizin ötən saylarından tanışsız. 14 yaşına çatmamış uşaqlar həkimin olmadığı, xarab təcili yardım maşını ilə imitasiya olunan Azərbaycana çempionatında futbol oynayırlar, səhhətlərini təhlükəyə atırlarlar. Xəsarət alanda da haraylarına çatan, yaralarını sarıyan olmur. Kim bu şərtlər altında övladını idmanla məşğul olmağa yollayar? Bu sualı bir də özünüzə verin: “Azərbaycan idman ölkəsidi?”
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar