17 dek 15:32Yazar

Ən yaxşı qərar: özünüzü buraxın!

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti, amma mediadan gizlədilən və guya önəmli qərarların verildiyi iclası tarixə qovuşdu. Şəxsən mən belə hesab edirəm ki, Milli Məclis buraxılandan sonra günün tələblərinə cavab verməyən, indiki halda futbol ictimaiyyəti ilə ona rəhbərlik edənlər arasında körpü rolunu oynaya bilməyən İcraiyyə Komitəsinin də dövranı keçib. Bitmiş bir qurumdu, məntiqlə bu adamlar da özünü buraxmalıydı, çünki yalnız işgüzar mühitin hökm sürdüyü, normal polemikaların yaşandığı qurum ölkə futbolunun çoxsaylı problemlərini həll edə, bu prosesdə lokomotiv rolunu oynaya bilər. Çox təəssüf ki, indiki İK-ya şəxsi fikri olmayan, istənilən mənasız təklifə heç düşünmədən “hə” deməyə razı adamlar toplaşıb. Bu adamları qayğılandıran əsas məqam şəxsi maraqları, mənfəətləri, daha doğrusu, hər təqvim ilini daha böyük qazancla başa vurmaq istəyidi. Belə olmasaydı, müxtəlif yerlərdən gəlirləri olan Səməd Qurbanovla İsgəndər Cavadova yox, pulsuzluqdan əziyyət çəkən onlarla başqa veterana təqaüd ayırardılar.
İK-nın dünənki qərarlarından bəziləri (“klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunsun”, “AFFA-nın “feyr-pley” mükafatı təsis olunsun və Əsasnaməsinin hazırlanması Baş katibliyə həvalə olunsun”, “Azərbaycan futbolunun Etik Kodeksi"nin hazırlanması Baş katibliyə həvalə olunsun”, “AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar Konfransına təqdim olunsun”) ciddi ictimai maraq kəsb etmədiyinə görə bunların üzərində xüsusi dayanmağa dəyməz. Amma elə məqamlar da var ki, müzakirəyə açıqdı, adamı münasibət bildirməyə məcbur edir. Rövnəq Abdullayevlə Elxan Məmmədovun kefi istəsəydi, jurnalistlər üçün brifinq təşkil olunar və tutaq ki, cəmi 26 gün sonraya növbədənkənar konfransın çağırılmasını zəruri edən səbəbləri öyrənərdik. Axı konfrans, adətən, martda keçirilərdi. Görəsən, İK üzvlərini tələsdirən səbəb nədi? Könül istərdi ki, yeni seçki təyin olunsun və indikilər şələ-şüləsini yığışdırıb, üzüsulu getsinlər. Amma harda idi onlarda belə abır-həya?!
“Qəbələ”nin taleyi ilə bağlı məsələyə nöqtə qoyulmaması ən müxtəlif şübhələrə və fərziyələrə yol açır. Güman etmək olar ki, burda dartışma nöqtəsi mülkiyyət hüquqlarıdı. Yəni AFFA ARDNŞ vasitəsi ilə klubun maliyyələşməsini boynuna götürərsə, heç şübhəsiz, aktivlərdən pay ummaqda haqlıdı. Heç bilmirəm şərtləri razılaşdıra bilmirlər, yoxsa “Qəbələ”nin arxasında duran şəxsin siyasi perspektivinin müəyyənləşməsini gözləyirlər – istənilən halda meydanda əvvəlki iddialı komandanın olmayacağına əminəm.
Danışılmış oyunlarla bağlı məsələyə, cəzalananların kimliyinə başqa yazıda toxunulduğundan üstündən yüngülcə keçəcəm. Amma nədənsə mənə elə gəlir ki, belə çirkin işlərə bulaşanlara daha yuxarı səviyyədə - məsələn, klub rəhbərləri, hakimlər və s. – dəstək olmasa, məqsədlərinə asanlıqla çata bilməzlər. Bu başqa məsələ ki, ölkə qanunvericiliyi ilə praktiki həyat bir-birini tamamlamır. Azərbaycanda mərc oyunlarının təşkili qanuni şəkildə “Topaz”a tapşırılsa da, əcnəbi bukmeker kontorlarının reklamı mediada geniş vüsət alıb. Adı çəkilən şirkət isə çıxış yolunu ya Mətbuat Şurasına şikayət etməkdə görür, ya da sadəcə, futboldan dəstəyini çəkir. Bax, ölkədə leqal və qeyri-leqal mərc oyunları ilə bağlı belə əcaib durum yaranıb.
Nəhayət, gəlib çıxdıq əsas müzakirə mövzularından birinə. Gözlənildiyi kimi, Vüqar Məmmədlə Nikola Yurçeviçin müqaviləsinə xitam verildi. Düz 10 ay əvvəl – fevralın 11-də Elxan Məmmədovun rəhbərlik etdiyi katibliyin namizədlər arasından sevib-seçdiyi, İK-nın isə xeyir-dua verdiyi xorvat mütəxəssis yola salındı. Rövnəq bəyin ona həvəslə geyindirdiyi, arxasında 2020 yazılan milli formanı qaytarıb-qaytarmayacağını bilmirəm, bildiyim isə odu ki, baş katib yenə də sudan quru çıxdı. Yüzdəyüz əminəm ki, İK üzvlərindən kimsə ona “bəs 10 ay əvvəl bu adamın qabiliyyətini, ölkə futbolunun potensialını bilmirdinmi” sualını ünvanlamayıb. Ünvanlasaydılar, nə olacaqdı? Qırmızı-qırmızı deyəcəkdi ki, zato, “Baxreyn” üzərində qələbəmiz var. Amma gerçəklik budu ki, 10 ay sürən Yurçeviç dönəmindən geriyə 1 xal və ...futbolçuları paltardəyişmə otağında bir-birinin üzərinə yeriyən, oyunu ilə gələcək adına heç bir ümid verməyən yığma qaldı. Bəs günahkar kimdi? Nə mən, nə də Yurçeviç, balığı başdan iyləndirən Elxan Məmmədov!
Dünənki iclasdan çəkilən şəkillərə baxanda bir məqam da diqqətimi cəlb etdi. Son illərdə ilk dəfə gülən, hırıldayan, qəşş edən simalar görmədim. Görünür, adamlar, nəhayət, Azərbaycan futbolunu hansı miskin duruma saldıqlarının fərqinə varıblar. Düşünürlər-daşınırlar, vəziyyətdən çıxmağa çalışırlar, amma tunelin sonunda işıq görünmür. Görünə də bilməz! Nə tərkib o tərkibdi, nə də intellekt o intellekt! Bu İK özünü çoxdan futbol ictimaiyyətindən, futbolun durumuna görə ürəyi və hər yanı ağrıyan adamlardan uzaq salıb. Nə qədər gec deyil, paklanın, təmizlənin, günahlarınızın bağışlanılmasını xahiş edin. Elə dərin çirkaba batıbsız ki, sizi ordan çıxarmaq üçün fövqəltəbii qüvvə lazımdı. Resept istəyirsizsə, vallah, hazıram!
It ogles to the calciferol of the many from Buy discount viagra verbal kalpak and menopause

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar