14 dek 14:01Yazar

Nəhs gündə nəhs gündəlik və ya Tuayevə verilən əziyyət

İlin ən müəmmalı və sirli günlərindən biri ayın 13-nə düşən cümə sayılır. 13 rəqəmi onsuz da çoxlarında xof yaradır, hələ üstəlik ayın 13-ü cümə gününə düşürsə, inanclara görə uğursuzluqlara düçar olmamaq üçün mühüm qərarları bu gündə qəbul etməmək, bəbdəxt hadisələrdən qorunmaq lazımdı. Tarixdə bu günlə bağlı çoxlu xoşagəlməz hadisə yaşanıb.
Bu günün uğursuz olmasını bir neçə versiya ilə əsaslandırırlar. Məsələn, əfsanələrə inansaq, dünyadakı bütün insanların babası və nənəsi hesab olunan Adəm və Həvva məhz belə gündə cənnətdən qovulublar. Əlbəttə, bu bir əfsanə, heç bir elmi əsası olmayan nümunədi. Ancaq elmlə dərindən məşğul olan alimlər də hansısa ayın 13-nün cümə gününə təsadüf etməsini “qara cümə” kimi qəbul edirlər. Meteoroloqlar uzun illər apardıqları araşdırmalardan sonra bildiriblər ki, məhz bu gündə daha çox təbii kataklizmlər - zəlzələlər, sellər və dumanlı hava şəraiti baş verir. Təyyarə qəzası və avtomobil qəzaları kimi bədbəxt hadisələrin sayı cümə günü, ayın 13-də təxminən 60 faiz artır. Bu statistikanı isə sığorta şirkətləri açıqlayıblar. Hazırda 21-ci əsrin 19-cu ilinin son günlərini yaşamağımıza baxmayaraq, bu gün də britaniyalı həkimlər belə gündə riskli əməliyyatlardan çəkinirlər.
Ancaq görünür, bütün statistik göstəricilər, tarixi əfsanələr AFFA-nın baş katibi Elxan Məmmədovun vecinə deyil. Baş katib məhz bu tarixdə İcraiyyə Komitəsinin (İK) üzvlərini bir araya gətirməyi lazım bilib. Bu azmış kimi, gündəliyə də müzakirə üçün 13 məsələ çıxarıb. Diplomatiyanı sevən baş katib, görəsən, bu addımı ilə nəyə işarə vurur? Əslində heç Məmmədovu qınamağa da dəyməz. Qaradan tünd rəng olmadığı kimi, Azərbaycan futbolunun da indikindən ağır durumu ola bilməz. Əsas milli AÇ-2020-nin seçmə mərhələsində fiaskoya uğradı, müxtəlif yaş qrupu üzrə yığmalarımız qatıldıqları yarışlardan əlləri ətəyindən uzun geri qayıtdılar. Qadın futbolu yox səviyyəsində, uşaq futboluna ağlamaq üçün yaşı 90-ı keçmiş və yaxşı, ürəkdağlayan bayatılar bilən qoca nənələr lazımdı. “İslanmışın yağışdan nə qorxusu” deyimini nəzərə alsaq, böyük ehtimalla Elxan bəy və İK üzvləri üçün toplantının 3-ü, 13-ü və ya 23-ü keçirilməsinin, həftənin hansı gününə təsadüf etməsinin heç bir fərqi yoxdu. Sadəcə, diqqətimi çəkən bir məqam var ki, xüsusi qabartmaq istəyirəm. Baş katib nəyə görə cümə günü, ayın 13-nə təsadüf edən toplantıda məhz 13 məsələnin müzakirə olunmasını istəyib? Onsuz da Məmmədovun 12 illik hakimiyyəti dönəmində İK-nın toplantılarının gündəliyi çox vaxt əvvəlcədən ya açıqlanmayıb, ya da ən yaxşı halda 3-4 məsələnin müzakirə olunacağı bildirilərək, qalanları “digər məsələlər” qrifi altında gizli saxlanılıb. İndi nə oldu, pişik nəyi apardı ki, iclasdan 3 gün əvvəl futbolumuzun başbilənlərinin nəyə əl qaldıracağı ictimaiyyətə deyilir.
Əslində gündəliyə çıxarılan məsələlərin sayını da “Kəpəz”in çörək puluna ayırdığı vəsait kimi şişirdilmiş hesab etmək olar. Məsələn, birinci bənddə Gəncədə yeni salınmış süni örtüklü meydan haqda məlumat verilməsi göstərilib. Futbolla az-çox maraqlanan sıravi azarkeş belə bilir ki, həmin örtük artıq bir aydan çoxdu istifadəyə verilib və orda artıq məşqlər də keçirilir. Bununla bağlı əlavə nə məlumat veriləcək? Bəlkə Elxan bəy ictimaiyyətə göstərmək istəyir ki, İK-da oturanların heç də hamısı ölkə futbolu ilə maraqlanmır, onlar üçün futbol yalnız “Real” – “Barselona”, “Qalatasaray” – “Fənərbaxça” və yaxud da “Zenit” – “Spartak” qarşılaşmalarından ibarətdi. Bu üzdən “Dalğa Arena”dan sökülmüş süni qazonun Gəncəyə “etap” olunmasını onların diqqətinə çatdırmaq istəyir. Və yaxud Nikola Yurçeviçin hesabatı kimə maraqlıdı? Ataların gözəl bir sözü var: görünən dağa nə bələdçi? Xorvat məşqçinin rəhbərliyi altında yığma seçmə mərhələnin sonunda “köhnə qitə”nin ən zəif üç komandası arasında yer aldı. Onun hesabatı nəyi dəyişəcək? Tutaq ki, Nikola qardaşım dedi ki, Renat Dadaşov, Eddi İsrafilov ölkənin əsas komandasında ürəklə oynamır, özünü klub üçün qoruyur. Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər”inin qəhrəmanı demişkən, hə, nosun? Kim onlara “gözün üstə qaşın var” deyəcək? AFFA-nın “feyr-pley” mükafatı təsis etməsinin və bunun Əsasnaməsinin İK üzvlərinə nə aidiyyatı var? Adama deyərlər, hazırla gətir, biz də əlimizi qaldıraq. Yalandan belə geydirmə məsələləri gündəliyə salmaqla Kazbek Tuayevin ürəyinə niyə xal salırsız. Götürək elə gündəliyin10-cu bəndində yer alan “Elit məşq” kitabı ilə bağlı məlumatı. Hələ də başa düşmürəm, Vaqif Sadıqov naşirdi, yoxsa Mahir Məmmədov yazıçıdı, bəlkə İsgəndər Cavadov yazı-pozu adamıdı ki, hansısa kitab barədə dinləmələrdə iştirak etsin. Onlara “Elit məşq” layihəsi maraqlı olsaydı, hələ bir neçə ay öncə heç nədən çəkinmədən baş katibə bu layihənin bir neçə il öncə Azərbaycanda tətbiq olunduğunu və effekt vermədiyinə görə dayandırıldığını deyər, 2019-cu ildə bunu yenidən başlatmağa nə ehtiyac olduğunu soruşardılar. 12-ci bəndə də toxunmaq istəyirəm. Sözügedən bənddə “Qəbələ”nin məsələsinin müzakirəyə çıxarılacağı qeyd olunub. Nəyi müzakirə edəcəklər? Klubun baş meneceri Zaur Əzizov hələ ötən həftə dövlət radiosunun qonağı olarkən Fariz Nəcəfovla baş katibin görüşdüyünü açıqladı. Onun sözündən belə çıxdı ki, artıq bütün məsələlərdə anlaşma əldə olunub. 2020-ci ilin yanvarından AFFA-nın, daha dəqiq desək, Məmmədovun “çətir”i altında olan klubların biri də artacaq. Obrazlı desək, elçilik olub, qızın əlinə üzük də taxılıb. Hətta toyun tarixi də müəyyənləşib. Belə olan halda yenidən ağsaqqallarla məsləhətləşməyin nə adı var? Uzun sözün qısası, nəhs gündə keçiriləcək ilin son toplantısının gündəliyinə salınan məsələlərin çoxu formallıq xatirinə atılmış addımdı. Arada İK üzvlərinə əziyyət düşəcək. Niyə? Ona görə ki, əvvəlki toplantılarda 3-4, uzağı 5 məsələyə görə əl qaldırırdılarsa, bu gün 13 dəfə bu hərəkəti etməlidilər ki, “baş üstə” ləqəbi ilə tanınan Tuayev kimi ağsaqqala da bir növ hörmətsizlikdi. Gələn il 80 yaşını qeyd edəcək təqaüdçü baba bu gün saat 10-12 aralığında məcburdu ki, nəvəsi yaşda Məmmədovun könlünü xoş etmək üçün 13 dəfə əlini hamıdan hündürə qaldırsın?!
azave
upiększenie, azaliż przedkładacie jedni prześcigać kliknij rzeczony wehikuł? Przejażdżki przyjacielskim autobusem, odkurzenie, zatankowanie. Audi A8. Czyżby nie używając zamierza utwardzona, przyozdobienie, toż pewnie lurowaty pomysł. Pojazdem miejscowym.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar