14 dek 11:34Yazar

Yalançı futbolçudan bərk qaçanda...

AFFA-nın baş katibi Elxan Məmmədov çərşənbə axşamı İTV-də yayınlanan “3D” proqramına qatıldı, özünü Dadaşlinski Dadaş Dadaş oğlu adlandıran aparıcının suallarını cavabladı. Bəziləri sevindi, bəziləri məyus oldu. Bəli, verlişdə əks suallar səslənmədi, yalnız əvvəlcədən hazırlanmış suallar baş katibə ünvanlandı. Onsuz da cənab Məmmədov onu Dadaşın hüzurunda nələrin gözlədiyini yaxşı bilirdi, imkanı çatan səviyyədə hazırlaşmışdı. Əminəm ki, yan-yörəsində gəzənlər də bu hazırlıq zamanı ona kömək etməyə çalışmışdılar. Bununla belə, baş katib həyəcanlandı. Heç “İdman TV” ilə “Azərbaycan” radiosunun ortaq yayını zamanı belə həyəcanlanmamışdı. Hələ mən bir müddət əvvəl “CBC Sport”da efirə gedən “Təkbətək söhbət”i demirəm. Elxan bəy həmin proqramlarda özünü yad yerdə hiss etmirdi. Baxmayaraq ki, həm “İdman TV”də, həm də “CBC Sport”da canlı efirə çıxmışdı. “3D” isə canlı yayında efirə getmədi, çəkiliş cümə günü olmuşdu, izləyicilərə bundan üç gün sonra, çərşənbə axşamı təqdim olundu. Deməli, Elxan bəy bir çox gözlənilməzliklərdən əvvəlcədən “sığortalanmışdı”, ağzından çıxacaq hansısa ehtiyatsız cümlənin redaktə olunmaq, “qayçılanmaq” imkanı vardı. Bununla belə, illərin təcrübəsi yenə də həyəcanlanır, xəcalət təri axıdır, özünü narahat hiss edirdi.
Bu faktın özü belə Elxan Məmmədovun ətrafında yaradılan süni mifi dağıdır. Baş katib heç də onun yan-yörəsindəkilərin dediyi, inandığı qədər çoxbilmiş, ağıllı, uzaqgörən, hazırcavab deyil. Cavabını bilmədiyi, yaxud verə bilməyəcəyi istənilən sualın qarşısında əsər, özünü itirər. Dostlarımızdan biri “3D”-dən sonra sosial şəbəkədə belə fikir səsləndirmişdi ki, guya indiyə qədər Elxan Məmmədova bu qədər kəskin suallar verilməyibmiş, Dadaş müəllim bütün çərçivələri darmadağın edib. Belə deyil, əziz dostlar. Çox da uzaq olmayan keçmişdə cənab Məmmədova cəmi 3 sual vermək imkanım olub. Millinin Antalyadakı toplanışı zamanı, Moldova ilə oyundan əvvəl baş katiblə qarşılaşmışıq. İkinci sualımdan sonra narahat olmağa başladı, “məni bunun əlindən qurtarın” deyənlər sayağı özünə dost bildiklərinin üzünə baxdı. Amma 3-cü sualımı da səsləndirdim, hətta əlavə etdim ki, Bakıda onunla görüşmək üçün dəfələrlə AFFA-nın mətbuat xidmətinə müraciət etmişəm. Hər dəfə də müxtəlif bəhanələrlə görüşdən, müsahibədən yayınıb. Sözümü zarafata saldı, “bilirdim burda qarşılaşacağıq” deyərək gülümsəməyə çalışdı.
Elə “CBC Sport”dakı “Təkbətək söhbət”də də eyni mənzərə yaşanmışdı. Həmkarlarım Şəmsəddin Abbasovla Rüstəm Əfsərli mənim ünvanladığım suallara baş katibdən cavab istəyərkən, “bir nəfər verilişi monopoliyaya alıb” deməklə narahatlığını gizlətməmişdi. Adam açıq söhbətlərə, cavabını verməyə çətinlik çəkdiyi suallara hazırlıqsızdı. Ona görə də qələm əhlini ayaqüstü brifinqlərlə yola verməyə çalışır, geniş müsahibələr zamanı AFFA-ya tərəfdaş seçdikləri mətbu orqanlarla görüşürlər. Millinin səfərləri qələm əhlinin vicdanlı, özünə və sözünə hörmət edən, baş katibi gözlənilməz suallarla çətin vəziyyətə salacaq, qaraya ağ deyib, haqsızlıqla çəpik çalmayacaq kəsim üçün əlçatmazdı. Artıq uzun müddətdi ki, belə ürəkbulandıran mənzərə ilə qarşı-qarşıyayıq. Amma sözümüzdən, yolumuzdan dönmək fikrimiz də yoxdu. Təzyiqə də öyrəşmişik, atdıqları badalaqlara, etdikləri hörmətsizliklərə də.
Elxan Məmmədov Berlindəki futbol məktəbindən danışarkən dəqiq rəqəmi xatırlamadığını deyib, işin içindən çıxmağa çalışdı. O deməsə də, “unutsa” da, biz bilirik ki, Azərbaycan futboluna fayda verəcəyini onsuz da gözləmədiyimiz bu mənasız layihəyə ildə 160 min manat ayrılırdı. Düz 6 il ərzində həmin pul sərasər “yuyuldu”. Onu da xatırlayırıq ki, bu məktəbin ətrafında da xeyli müəmmalar yaranmışdı, müəllimlər onlara 3-5 min avro civarında əməkhaqqı verildiyini, qalan pulun hara xərcləndiyini bilmədiklərini demişdilər. Amma 6 il ərzində 1 milyona manata yaxın pul (o vaxtkı məzənnə ilə elə təxminən 1 milyon avro) bu mənasız layihəyə xərcləndi. AFFA prezidenti Rövnəq Abdullayevin 2015-ci ilin martında dediyi sözləri birlikdə xatırlayaq. Bəlkə elə Elxan Məmmədov da yaddaşını təzələdi. Sitat: “Almaniyadakı Futbol Məktəbi layihəsi görürəm ki, effekt vermir. Tapşırıq vermişəm ki, dayandırılsın. Yanvarın 1-dən dayandırılacaq. Başlayanda mənə demişdilər ki, hər il 10 oyunçu ortaya çıxacaq, amma çıxmadı”.
Yazını elə bu sitatla da yekunlaşdırmaq olar. Elxan Məmmədovun “3D”-də səsləndirdiyi digər fikirləri də beləcə incələmək, onların yalan olduğunu isbatlamaq mümkündü. Amma onsuz da illərdi bunu edirik. Hələ ki utanmaq, nəticə çıxarmaq fikrində deyillər. Atalarımız “yalan ayaq tutar, amma yeriməz” deyiblər. Azərbaycan futbolunda elə məharətli yalançılar var ki, onlar nəinki yeriyir, hətta qaçır da. Elə yalançılar özləri də elədi. Onlar futbolçudan da bərk qaçmağı bacarırlar. Bu səbəbdən də millimiz “cırtdanlar”la bir sırada dayanır, qrupda 1 xal toplayır. Hələlik belədi. Heç şübhəsiz, bir gün ədalət günəş kimi parlayacaq. Buna inanıram, siz də inanın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar