13 dek 19:14Yazar

Sonun başlanğıcı...

...və ya Məmmədovdan Məmmədova Azərbaycan futbolu
3-cü yazı
Cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə gəlişindən sonra Azərbaycan dünya idmanında böyük nüfuz sahibinə çevrildi. Təsadüfi deyil ki, müxtəlif növlərdə ən mötəbər yarışlara evsahibliyi edən ölkəmiz bunun öhdəsindən layiqincə gəlir. İndi AFFA-ya yaxın insanlar nə qədər canfəşanlıq etsə də, AÇ-2020-nin Bakıda keçirilməsinin sırf baş katib Elxan Məmmədovun xidməti kimi təqdim olunması böyük səhvdi. İTV-dəki “3D” verilişində aparıcı Elxan müəllimə bununla bağlı təşəkkür edəndə də o nə bir kəlmə cənab Prezidentin, nə də dünya idmanında ciddi hörmətə sahib, Azərbaycan idmanı üçün çox böyük işlər görən birinci vitse-prezident Mehriban xanım Əliyevanın adını çəkdi. Demədi ki, beynəlxalq idman arenasında onillərdi görülən sistemli işin nəticəsi kimi bu nüfuzu qazanıb dövlətimiz...
Hətta AÇ-2020-nin 4 oyununun Bakıya verilməsi sırf Elxan Məmmədovun xidməti olsa da, bu, baş katibin Azərbaycan futboluna vurduğu zərəri kompensasiya etmir. Kaş Azərbaycanda dünya səviyyəli uşaq futbolu olaydı, dünya səviyyəli futbolçular yetişəydi, yığmalarımızın sədası Avropa və dünya çempionatlarının final mərhələsindən gələydi, klublarımız Çempionlar Liqasının əsas mərhələsinin daimi sakininə çevriləydi və heç AÇ-2020-nin 4 oyunu Bakıya verilməyəydi. Kaş yığma AÇ-2020-nin final mırhələsinə vəsiqə qazanaydı və biz gedib başqa ölkədə millimizə cani-qəlbdən azarkeşlik edəydik.
Bilirsiz, Avropa çempionatlarının tarixi hansı oyunla başlayıb? Bəs həmin oyunun iştirakçılarından birinin Azərbaycan futbolunun yetirməsi olduğunu bilirsizmi? Mən sizə Məmmədovdan danışacam. Amma Elxan Məmmədovla yalnız soyadları eyni olan, AFFA baş katibindən fərqli Azərbaycan futbolunu daim ucaldan Məmmədovdan.
1958-ci il sentyabrın 28-i dünya futbol tarixinə Avropa çempionatlarının ilk oyunu ilə düşdü. SSRİ yığması “Lujniki”də Macarıstanı qəbul edirdi. Rəsmi protokola görə oyunu 100572 azarkeş izləyib, amma faktiki bu rəqəm qat-qat çox idi. SSRİ yığmasının 10 nömrəli futbolçusu Azərbaycan futbolunun yetirməsi Ələkbər Məmmədov idi. Avropa çempionatları tarixi də azərbaycanlı balasının topa vurduğu ilk zərbə ilə başladı. SSRİ yığması bu 1/8 final matçında 3:1 hesabıyla qalib gəldi. Yekunda isə ilk Avropa çempionu adını qazandı. Ələkbər Məmmədov buna görə SSRİ-nin əməkdar idman ustası fəxri adına layiq görüldü və Azərbaycanda 1960-cı ilin idmançısı seçildi.
Təəssüf ki, indi Avropa çempionatına evsahibliyi etsək də, orda azərbaycanlı futbolçu görə bilməyəcəyik. Daha bir acınacaqlı fakt isə odu ki, AÇ-2020-yə evsahibliyi edəcək 12 ölkə arasında final mərhələsində iştirak şansını itirən yeganə ölkə Azərbaycandı.
Artıq ölkəmizdə 60-cı illərdə bütün SSRİ-nin sevimlisinə çevrilmiş, Milanda “Milan”ın qapısına 4 qol vuran Ələkbər Məmmədov və bu oyunda ona məhsuldar ötürmələr verən Yuri Kuznetsov kimi futbolçular yetişmir.
1955-ci ildə “Neftçi”dən dəvət aldığı SSRİ yığmasında debüt oyunundaca Hindistanda bu ölkənin yığmasına qarşı het-trik edən (4:0), 1959-cu ildə zədə səbəbindən cəmi 6 oyunda meydana çıxsa da 5 qol vurmaqla “33 ən yaxçı futbolçu” siyahısında birinci hücumçu seçilməklə unikal uğur qazanan Yuri Kuznetsov, “Milan” kimi “Vasko da Qama” ilə oyunda da komandasının uduzmasına baxmayaraq, qollarını sıralayıb raziliyalılara futbol dərsi keçən azərbaycanlı (1957-ci ilin iyulunda “Dinamo”nun 3:1 hesabıyla qalib gəldiyi oyunda həmyerlimiz het-trik etmişdi), 4 dəfə SSRİ çempionu: fenomenal bombardir Ələkbər Məmmədovun bütün uğurları, qolları haqda yazıya qəzet səhifələri bəs etməz...
2014-cü ildə dünyadan köçən və günlərlə cansız bədəni evdə qalan, ölümündən sonra Rusiya çempionatının mərkəzi oyununda birdəqiqəlik sükutla yad edilən, amma AFFA-nın xatirəsini anmağı belə unutduğu, təklifimə baxmayaraq, həmin ərəfədə Moskvada keçirilən Rusiya - Azərbaycan oyununda xatirəsinin birdəqiqəlik sükutla yad edilməsinə AFFA rəhbərlərinin isti yanaşmadığı Ələkbər Məmmədov, özünün aldığı evdən qovulub “koçeqar”da qalmaq məcburiyyətində qalan xəstə Banişevskini xatırladır indi Azərbaycan futbolu...
Artıq Anatoli Banişevski kimi dünya və Avropa çempionatında medal qazanan bakılı əfsanələr yoxdu. Nəinki Məmmədov, Banişevski, heç cəmi bir dövrə oynamasına baxmayaraq, Rusiya çempionatının bombardiri olan Vəli Qasımov, Rusiya çempionu, “Alaniya”nın əfsanəsi Nazim Süleymanov, “Volın” azarkeşlərinin sevimlisi Samir Əliyev, sürəti ilə dünya şöhrətli müdafiəçiləri mat qoyan Zaur Tağızadə, gənc yaşda futbol intellekti ilə hamının rəğbətini qazanan Rəşad Sadıqov kimi futbolçular yetişmir. Ümumiyyətlə, AFFA rəhbərliyindəki son dəyişiklikdən keçən müddətdə Azərbaycan futboluna əvvəlki illərin cəmində ayrılan vəsaitdən daha artıq pul yatırılsa da, nəticələr tam əksinədi. Bu uğursuzluqlara don geydirmək istəyən futbol məmurlarının ən davamlı söylədiyi fikir, apardığı təbliğat odu ki, Azərbaycanda heç vaxt futbol və futbolçu olmayıb. Azərbaycanla müqayisəedilməz dərəcədə kasıb Moldova və Estoniyada sözün əsl mənasında heç vaxt futbol olmayıb. Amma indi bu ölkələrin futboluna pul ayrılmasa da, Estoniyadan “Liverpul”la Çempionlar Liqasını qazanan Raqnar Klavan, Moldovadan İtaliya A seriyasında illərdi sabit çıxış edən Artur İonitse kimi futbolçular yetişir. Mxitaryan və başqaları haqda danışmağa, yazmağa adam xəcalət çəkir.
“Azərbaycanda futbol və futbolçu olmayıb” sözlərinin, “futbol bizim genimizdə yoxdu” bəhanəsinin müəllifinin kim olduğunu təxmin etmək çətin deyil. Həmin adamın daha yaxşı anladığı dildə 1967-ci ildə SSRİ futbolunda ilin debütantı seçilmiş bakılı, Azərbaycan futbolunun yetirməsi, AFFA nümayəndələrinin 70 illik yubileyində quru zəng edib təbrik etməyi unutduğu Vyaçeslav Lyoqkinin bir müsahibəsində söylədiklərini olduğu kimi təqdim edirəm, orijinalda necə var elə, oxuyun Elxan müəllim: “Когда один из видных футбольных специалистов Советского Союза Борис Андреевич Аркадьев работал в Баку, он говорил: "АЗЕРБАЙДЖАН – ЭТО КЛОНДАЙК ТАЛАНТОВ". Долго работая в России, я полностью поддерживаю его слова. У азербайджанских ребят генетически заложена ловкость, техника, гибкость, смелость – все эти качества и помогут им добиться хороших результатов в футболе. Очень верю в это. Думаю большие успехи азербайджанского футбола не за горами...”
İndi siz deyin, əziz oxucular, əziz futbol azarkeşləri: Azərbaycanda futbol və futbolçu olub, olmayıb? Hörmətli AFFA rəhbərləri və onların təəssübkeşləri, siz də əlinizi ürəyinizin üstünə qoyub səmimi cavab verin bu suala...
Bəli, Azərbaycanda həmişə futbol da olub, futbolçular da, istedadlar da. Yenə olacaq, mütləq olacaq! Elxan Məmmədov AFFA-dan, Azərbaycan futbolundan uzaqlaşandan sonra ölkəmizdə futbolun inkişafını görəcəyik. Hələlik isə bütün futbolsevərlər səbirsizliklə baş katibin Azərbaycan futbolundan gedəcəyi günü gözləyir. Bu istəyi nəzərə alıb, elə bu gün AFFA İcraiyyə komitəsinin iclasında istefa versəydi, nə gözəl olardı!
Легкий Заработок в Интернете от 10 000 - 15 000 рублей в день

<a href="https://free-zarabotok.ru/">Перейти на сайт</a>

[url=]https://free-zarabotok.ru[/url]

https://free-zarabotok.ru

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar