10 dek 16:11Yazar

Günəşin kölgəsində

Bir neçə il əvvəl AFFA tanınmış futbol veteranlarını Bakıya toplamışdı. Məqsəd mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunan oyun keçirmək idi. Yəqin siz də unutmamısız, gələnlər arasında məşhur türkiyəli futbolçu Hakan Şükür də var idi. Düzdü, sonradan Hakan siyasi səbəblərdən Türkiyədən qaçaq düşdü, az qala xalq düşməni elan olundu. Şükür Bakıya gələndə bunlar hələ yaşanmamışdı. AFFA-nın baş katibi Elxan Məmmədov Hakan Şükürlə fotokameraların önünə keçmiş, xatirə şəkli çəkdirmişdi. Elxan Məmmədovun Şükürün əlini həvəslə sıxdığı şəkil mediada sürətlə yayılmış, baş katibi xeyli məmnun etmişdi. Bütün bunlar veteranların meydana çıxmasından bir gün əvvəl baş vermişdi. Elan olunmuşdu ki, Bayıldakı stadionda meydana çıxanlar arasında Hakan Şükür də olacaq. Görüşün start fiti səslənəndə, veteranlar mərkəzə doğru hərəkət etməyə başlayanda məlum olmuşdu ki, Şükür onların arasında yoxdu.
Sabiq “Qalatasaray”lını, Türkiyə millisinin heyətində tarixi qollara imza atan əfsanəvi futbolçunu o vaxtlar “Bayıl Arena” adlanan stadionda görən olmadı. Sonradan araşdırdıq, məlum oldu ki, Hakan Şükür, ümumiyyətlə, Heydər Əliyevin xatırəsinə keçirilən qarşılaşma zamanı Bakıda olmayıb. Oyundan bir gün əvvəl gəlib, baş katiblə şəkil çəkdirib, hətta bütün bu işlər üçün qonorar da alıb. Sonra da vacib işinin çıxdığını deyərək, aradan çıxıb. Bir sözlə, Hakan bəy birvaxtlar bizim çoxbilmiş, uzaqgörən AFFA-ya yaxşıca “atmağı” bacarıb. Sizə elə də asan iş kimi görünməsin. AFFA-da oturan bəylər özləri şeytana papış tikib, kürk yamamağı bacaracaq adamlardı. İndi görün, iş nə yerə gəlib çatmışdı ki, türkiyəli veteran futbolçu bizim çoxbilmiş bəylərimizi aldatmağı bacarmışdı. Amma heç şübhə etmirəm ki, bu hadisə bizim Elxan Məmmədovun kefinə çox da təsir etməyib, önəmli olan Hakan Şükürlə fotokameralar önündə gülümsəmək, türkün məsəli, poz vermək idi. Lap ondan sonra nə olur-olsun. Əsas şəkil çəkdirməkdi.
İlin-günün bu vaxtında Hakan Şükürlə Elxan Məmmədovun həmin şəklini əbəs yerə xatırlamadım. Bugünlərdə cənab baş katib eyni emosiyalarla, eyni həvəslə daha bir türkiyəli qonaqla şəkil çəkdirib. Artıq xəbəriniz var, Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya birgünlük səfərə gəlib. Bizimkilər də onunla şəkil çəkdirmək fürsətini əldən verməyiblər. Elxan Məmmədovun başlatdığı bu kampaniyaya “Neftçi”nin prezidenti Kamran Quliyevlə Elnur Eyvazov da qoşulub. Onlar da Şenol hocaya ağ-qara forma təqdim edib, şəkil çəkdirmək fürsətini əldən qaçırmayıblar. Məlum məsələdi ki, Türkiyə millisiylə yeni tarix yazmağa çalışan Günəş Azərbaycan paytaxtına gəzməyə gəlməyib. Adamın qayğısı başından aşır. Onun çalışdırdığı “ay-ulduzlular”ı yayda xeyli çətin sınaq, uzun yolçuluq gözləyir. Püşk Türkiyə millisini açılış oyununda İtaliya millisinə rəqib etməklə qəddar davrandı. Məlum məsələdi ki, seçmə mərhələni yüzfaizlik nəticəylə tamamlayan italyanlar bu yüksəlişi Avropa çempionatının final mərhələsində də davam etdirməyə çalışacaqlar. Özü də bütün dünyanın gözü həmin dəqiqələrdə Romada, qitə çempionatının açılış oyununda olacaq. Bu isə Türkiyə millisi üçün əlavə məsuliyyət, artıq psixoloji təzyiq deməkdi. Püşk bu “günah”ını artıq yuyub, Türkiyə İtaliyaya uduzsa belə, dünyanın sonu olmayacaq. Qrupdan çıxmaq üçün elə Ankara, İstanbul qədər doğma olan Bakıdakı oyunlarda qalib gəlmək yetərlidi. Sirr deyil ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada minlərlə azərbaycanlı azarkeş Türkiyəni dəstəkləyəcək. Türklərin özü üçün də Bakıya gəlmək, “ay-ulduzlular”ın yanında olmaq çox asandı. Qalır “milli takım”ı bu məsuliyyətli oyunlara yaxşı hazırlamaq, fürsəti dəyərləndirmək. Şenol hoca bu qayğıların hayındadı, hər xırda detala diqqət yetirir. Elə bu səbəbdən də Bakıya səfər edib, 6 ay öncədən otel və baza seçimiylə məşğuldu.
Bizim futbol işbazları da Günəşin bu qayğılarından öz məqsədləri üçün yararlanır, onunla şəkil çəkdirib, özlərini reklam etmək fürsətini dəyərləndirirlər. Deyən lazımdı ki, ay Elxan Məmmədov, axı biz özümüz bu futbol bayramının içində olmalı, AÇ-2020-nin final mərhələsində oynayacaq milli ortaya çıxarmalıydıq. Tarixi fürsət idi, Avropa çempionatı özü öz ayağıyla qapımıza gəlmişdi. AFFA rəhbərliyi də bunu əlində bayraq edib, hər il milyonlarla pulu əcnəbi çalışdırıcıların, “milliləşdirilən” futbolçuların ayağının altına səpirdi. Əvəzində taleyin acı istehzasıyla qarşılaşdıq, milli komandamız Avropa çempionatının seçmə mərhələsində cəmi 1 xal topladı. Onu da xorvatlarla şübhəli oyunda. Bunun hesabatını kim verəcək? Ev sahiblərindən biri olduğumuz Avropa çempionatı ərəfəsində nə üçün belə gülünc duruma düşdük? Hanı Foqtsun, Prosineçkinin, Yurçeviçin, Lippertin və başqalarının bizə verdiyi fayda, Berlindəki futbol məktəbinin millimiz üçün yetişdirdiyi futbolçular? İngilislərlə danışanda pivəsatan olursuz, Şenol Günəşlə danışanda türk sevdalısı. Çıxarın bu maskanı. Siz Türkiyə millisini, türkləri sevən olsaydız, UEFA İcraiyyə Komitəsinə namizədliyinizi verəndə Türkiyəyə səfər edərdiz, Avropanın şərqinə yox. Bu illər ərzində Türkiyə millisini Bakıya gətirib, azarkeşlərə futbol bayramı yaşadardız. İndi Günəşlə şəkil çəkdirib, özünüzü dahi futbol idarəçisi kimi göstərməyin. Onun kölgəsinə sığınmayın, çıxın Günəşin kölgəsindən. Biz sizin kim olduğunuzu yaxşı bilirik!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar