10 dek 14:46Yazar

O əjdahadan bizdə niyə yoxdu?

Son iki gündə “Tuzlaspor”un adı dillər əzbərinə çevrilib. Təkcə qardaş Türkiyədə yox, onun hüdudlarından xeyli kənarda da “Tuzlaspor”dan danışılır. Zarafat deyil, Türkiyənin 2-ci liqasının “qırmızı” qrupunda oynayan bir komanda “Qalatasaray”ı səfərdə məğlub edib, özü də iki cavabsız qolla. Bizim məmləkətdə də Türkiyə futbolu ilə maraqlananların, bu ölkənin klublarına azarkeşlik edənlərin sayı yetərincədi. Elə bu səbəbdən də “Tuzlaspor”un “Qalatasaray”a iki cavabsız qol vurması, tarixi qələbə qazanması bizdə də xeyli əks-səda doğurdu. Mənim bu məsələyə diqqət göstərməyim, yazımda həmin hadisəni xatırlamağım isə heç də boşuna deyil.
“Qalatasaray” superliqanın iddialılarındandı, ardıcıl iki mövsümdü qızıl medalları Fatih Terimin çalışdırdığı komanda qazanır. “Cim-Bom”u “Türk Telekom”da məğlub etmək o qədər də asan məsələ deyil. Özü də son vaxtlar “Qalatasaray” “yaralı aslan”dı. Nə daxili çempionatda işlər qaydasındadı, nə də Çempionlar Liqasında. Əvvəlcədən PSJ və “Real”ın kölgəsində qalacağı gözlənilən “sarı-qırmızılar”ın indi yoluna Avropa Liqasında davam edə biləcəyi belə sual altındadı. “Brügge” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə verən 3-cü pilləni əldən buraxmaq fikrində deyil. Gözləmək olardı ki, “Qalatasaray” bütün bunların acığını “Tuzlaspor”dan çıxacaq. Oyundan əvvəl şəksiz favorit sayılan “Qalatasaray”ın 5, ya da 6 top fərqiylə qələbə qazanacağını proqnozlaşdıranların sayı yetərincə idi. Komandalar arasında səviyyə fərqi bundan xəbər verirdi. Tuzla İstanbulun kiçik bir rayonudu. Bu rayonun komandası Türkiyənin futbol elitasında oynamağı, Çempionlar Liqasında mübarizə aparmağı heç ağlının ucundan da keçirə bilməz.
İndi “Tuzlaspor”un futbolçuları göyün yeddinci qatındadılar. Onlar böyük qəhrəmanlıq ediblər, “Qalatasaray”ın qapısına iki cavabsız qol vurublar. Həm də bu qollardan birini meydanda azlıqda qalanda qapıdan keçiriblər. Kimlərsə “Qalatasaray”ın bu oyunu ciddiyə almamasını, yaxud da kənar təsirləri önə çəkə bilər. İnanın ki, bütün bunların mətləbə heç bir dəxli yoxdu. Vacib olan odu ki, “Tuzlaspor” “Qalatasaray” üzərində unudulması heç də asan olmayan qələbə qazanıb. İllər öncə “Pendikspor” “Fənərbaxça”nı məğlub etmişdi. İndiyə qədər də həmin nəticə xatırlanır. İndi həmin nəticənin yanına yazılası daha bir hesab qeydə alındı. “Fənər”lilər də “Qalatasaray” azarkeşlərinə acıq vermək üçün tez-tez bu oyunu xatırladacaqlar. “Tuzlaspor”un futbolçuları da fəxrlə sinələrinə döyəcəklər, gələcəkdə öz övladlarına, sonra da nəvələrinə “biz o vaxt “Qalatasaray”ı udmuşduq” deyəcəklər.
Gəlirəm sözümün canına. Bu həftə ölkə kuboku da start götürdü. Təsəvvür edin ki, bizdə kubok uğrunda mübarizə 1/8 finaldan başlayır. Cəmi iki rəqibini keçməklə yarımfinala yüksələ bilirsən. Məsələnin bu tərəfiylə işim yox. Onsuz da hamı hər şeyi yaxşı bilir. 1/8 finalda birinci divizionun təmsilçilərindən dördü elitada çıxış edən komandalarla qarşılaşırdı. Mən həmin komandaları “şir ürəyi” yediklərinə görə alqışlayıram. Baxmayaraq ki, 1/8 finalda iştirak edən premyer-liqa komandaları heç də güclülər sayılmırdı. “Keşlə”ni müəyyən mənada istisna etmək olar. Amma qalanlarıi aşağı və orta pillələrdə yer alanlardı. Bununla belə, divizion təmsilçiləri “Zirə”yə, “Sabah”a, “Sumqayıt”a heç müqavimət göstərməyi bacarmadılar. Dörd komandadan yalnız biri qol sevinci yaşadı, “Kəpəz” “Keşlə”nin qapısına yol tapdı. Həmin oyunda da Gəncə təmsilçisi 1:3 hesablı məğlubiyyətlə barışmalı oldu. Bu da 1-ci divizionla premyer-liqa arasındakı səviyyə fərqinin necə böyük olduğunu bir daha göstərdi. “Zirə” “Qaradağ Lökbatan”ın qapısına 4 cavabsız top vurdu, “Sabah” isə “Ağsu”nu 5 dəfə meydanın mərkəzinə dəvət etdi. “Sumqayıt” müəyyən qədər insaflı davranıb, “Zaqatala”nı cəmi iki dəfə məyus etsə də, meydan sahiblərinin böyük ərazi üstünlüyünə malik olduğunu, 90 dəqiqə ərzində rəqibə öz oyununu diqtə etdiyi hamımız gördük. Deməli, aradakı fərqə “uçurum” adını qoymaqla heç də səhv etmirik.
Divizion komandaları ölkə kuboku uğrunda yarışa elə iştirak xatirinə, say düzəltmək üçün qatılmışdılar. Elə neçə ildi ki, belədi. Aşağı dəstədə gün keçirən futbolçular elita komandalarıyla qarşılaşır və həmin qarşılaşma onlar üçün vitrin, özünü sübut etmək, yaxşı mənada gözə girmək şansı sayılır. Onlar isə nəinki gözə girməyi bacarmırlar, əksinə, böyük hesabla uduzurlar. Bununla da həm özlərinə, həm də o komandalara könül verən azarkeşlərə ağır psixoloji zərbə vurmuş olurlar. Onlar nə üçün “Tuzlaspor”un futbolçularının etdiyi qəhrəmanlığı təkrarlaya bilmirlər? Çünki Türkiyədə dünyanın bir çox yerlərində olduğu kimi “Tuzlaspor” səviyyəsində olan komandalar futbolçu yetişdirmək üçün fabrik rolunu oynayır, sağlam təməllər üzərində qurulurlar. Bizdə isə normal futbol məktəbi keçməyən, yaxşı futbolçu olmağa istedadı yetməyənlər divizionda toplaşır, limitin imkan verdiyi yaşa qədər orda gün keçirirlər. Sonra da başqa işin qulpundan yapışmağa gedirlər. Elə ona görə də 1-ci divizion qumarxanaya çevrilib, orda baş verən xoşagəlməz hallara son qoymaq mümkün olmur. Sonra da AFFA-nın baş katibi Elxan Məmmədov sinəsinə döyür ki, bizdə bölgə təmsilçiləri var, onlar çempionatda iştirak edirlər, amma aşağı divizionda. Buyurun, bu da sizin divizionun səviyyəsi. Yəqin ki, razı qalmısız, cənab baş katib!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar