10 dek 14:41Yazar

Futboldan kim getməlidi: Rəşad Sadıqov, yoxsa Elxan Məmmədov?

Dünən gündəmin adamı yenə Rəşad Sadıqov idi. Əlbəttə, gündəmin budəfəki “seçiminin” “Sevilya” ilə oyuna, ümumiyyətlə, “Qarabağ”ın Avroliqadakı son uğursuzluğuna qətiyyən dəxli yoxdu. Sadəcə, “instaqram” istifadəçilərindən biri futbolçuya mesaj yazaraq, karyerasını başa vurmağı məsləhət görüb. Əvvəlcə naməlum bəyin mesajına baxaq: “Salam, Rəşad müəllim. Futbolu nə zaman buraxacaqsız? Yaşlısız artıq. Sizdən çox xahiş edirəm, futbolu buraxın. Evdə ailənizə vaxt ayırın. Azarkeşliyə keçin. Vallah, sizin yaxşılığınız üçün deyirəm”.
Təbii ki, hər bir vətəndaşın-azarkeşin sosial şəbəkələrdə futbolçular, istənilən peşə sahibləri ilə dialoqa girmək imkanı-hüququ var. Sadəcə, həyatda bircə dəfə də canlı ünsiyyətdə olmadığın, Azərbaycan futbolunun son illərdəki bütün böyük uğurlarında imzası olan, bundan başqa, şəxsiyyəti və xarizması ilə də seçilən birisinə ünsiyyətə başlayan kimi belə ərkyana məsləhət vermək, “yaşlısız artıq”ın ardından rəngləri bir qədər də tündləşdirərək, “evdə ailənizə vaxt ayırın” demək heç bir etik-mənəvi çərçivəyə sığmır. Rəşadı az-çox tanıyan, bir neçə dəfə ünsiyyətdə olan adam kimi yüzdəyüz əminəm ki, onu özündən çıxaran əsas məqam da “evdə ailənizə vaxt ayırın” ifadəsi olub. Rəşadın cavabı ilə də tanış olaq, sonra bəzi mülahizələrimi bölüşəcəm: “Ayə, eşidirsən, salam. Sənin başın gedib, qaqaş?! Bu nə sözdü, deyirsən?! Başa düşmürəm, bu nə məsləhətdi, görürsən mənə?! Neynəyim, neynəməyim, kimə vaxt ayırım, kimə ayırmayım? Başın gedib sənin?”.
Bu azarkeş kimdisə, doğrudan da, hansısa psixoloji problemləri var. Heç şübhəsiz, Rəşadı yaxından tanımır, ailə məsələsinin nəinki onun, ümumiyyətlə, hər bir azərbaycanlı kişi üçün həssas məqam olduğunu bilmir. Bilirsə də, sadəcə, özü də fərqinə varmadan kobudluğa əl atır. Qayıdıb adama deyərlər ki, əvvəla, sən mənim ailəmə vaxt ayırıb-ayırmadığımı hardan bilirsən, özəl həyatıma niyə burnunu soxursan? İkincisi, vaxtımı kimə ayırıb-ayırmamağın sənə nə dəxli? Üçüncüsü, məni nə dərəcədə aşağı səviyyəli sayırsan ki, futbolu buraxıb birbaşa azarkeşliyə başlamağı məsləhət görürsən?
...Artıq heç kimə sirr deyil ki, təxminən ayda bir dəfə Rəşad Sadıqov mövzusu yerli-yersiz aktuallaşdırılır, ölkə siyasəti ilə bağlı ən vacib məsələlələr belə münasibət bildirməkdən çəkinən hər kəs onun səhvlərini araşdırır, sözarası karyerasını bitirməyi də məsləhət görür. Özü də bu ölkənin futbolunda məhz Rəşad kimi xarizmatik, komandanı, oyundaşlarını arxasınca aparmağa qadir kapitana ciddi ehtiyacın olduğunu bilə-bilə. Mən bu gün də belə düşünürəm ki, Rəşadın yığmadan getməklə bağlı qərarı erkən verilmişdi, yersiz idi, onu yalançı təmtəraqla yola salmağa dəyməzdi. Qurban Qurbanovun Millətlər Liqasında yardımına ehtiyac duyduğu ilk adam məhz Rəşad idi. Amma o qərarını vermiş və getmişdi, özünün dönməyə üzü olmasa da, Qurban bəy israr etsəydi, kapitanı komandaya qaytara bilərdi.
İndi də ölkə futbolunu rəzil gülə salan, seçmə mərhələdə cəmi 1 xal yığmaqla Azərbaycanı rüsvayi-cahan edən AFFA-nın rəhbərləri, konkret Rövnəq Abdullayevlə Elxan Məmmədov, Nikola Yurçeviç, İcraiyyə Komitəsinin bivec üzvləri qalıb bir kənarda, hansısa danışığını-sözünü bilməyən birisi Rəşada getməyi təklif edir... Belə sosial şəbəkə, klaviatura qəhrəmanları üçün çox maraqlı təklifim var. Kreativ, radikal düşüncə sahibisizsə, buyurun AFFA-nın binası önünə, cəsarətiniz çatırsa, o boz binada oturanların istefasını tələb edin. Bəlkə də “istefa” qışqırmaq çətindi, çünki bu ölkədə “istefa” qışqıranların az qala qulağını kəsirlər. Onda ən azı 2003-cü il dekabrın 29-dan bəri AFFA-nın xərclədiyi yarım milyarda yaxın pulun hesabatını tələb edin. Əcnəbi baş məşqçilərin ayağının altına səpilən, Berlində Azərbaycan futbol məktəbi kimi mənasız layihələrə xərclənən, nəhayət, Elxan Məmmədovun Firuz Abdulla ilə məsləhətləşmədən sonra tərtib etdiyi siyahı əsasında yandaş medianın cibinə dürtülən pulun. Həmin milyonların hesabatını əldə edəndən sonra həqiqətə varsaz, əminəm ki, Rəşad Sadıqovdan kobud şəkildə futbolu buraxmağı tələb etmək yadınızdan çıxacaq. Lap çıxmasa da, ünsiyyətin hamı tərəfindən qəbul olunan formaları var. Kişi hər addımda, hər məsələdə başqa kişinin ailəsinin adını çəkməz. Burnunu hər yerə soxmağı özünə rəva görən adam isə məhz elə bu cür cavab almalıydı...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar