06 dek 18:11Yazar

Saxta yerlibazlıq, yoxsa irqçilik?

Media sektorunun baş məşqçilərə yaxın olduğu, deməli, həm də onların futbolçulara tapşırıqlarını, tövsiyələrini eşidə, ümumiyyətlə, oyunun başqa iştirakçılarına münasibətdə də davranışlarını rahat izləyə biləcəyimiz stadionlardan biri də Bayılda yerləşir. Dilə heç yatmayan bir ad qoyublar, ingiliscə abbreviaturadı-nədi, o qədər də marağında deyiləm. Bəlkə də bu adı qoyanlar uzun illərdi bu zonada yaşayan britaniyalılara jest etmək fikrinə düşüblər, ya indi də stadionda oyun keçirən “Bayıl Rovers”in könlünü oxşamaq istəyiblər. Özləri bilər, bir də Allahları. Toxunmaq istədiyim məqam başqadı. Son vaxtlar iş elə gətirir ki, bu stadiona yolum tez-tez düşür. Artıq bir neçə baş məşqçinin davranışını müşahidə etmək, hansısa nəticələr çıxarmaq mümkün olub.
Daim davranışına görə tənqid olunan Roberto Bordini isə xüsusi maraqla izlədiyimi gizlətmək istəmirəm. Bunun əsas səbəbi də odu ki, tənqid dalğasında subyektiv çalarlar açıq-aşkar hiss olunur. Nədənsə mənə elə gəlir ki, Bordinin varlığını qəbul etməyən, onu həzm edə bilməyən futbol adamları, jurnalistlər çoxdu. Nəyə görəsə çoxlarına elə gəlir ki, məşqçi 90 dəqiqə lal-dinməz dayanmalı, nə futbolçularının, məşqçi korpusunun üstünə qışqırmalı, nə də hakimin qərarlarına münasibət bildirməlidi. Kəsəsi, robot ki robot... Cəmi bir neçə ay əvvəl Tomas Dollun ifasında baş məşqçinin necə ola biləcəyinə dair “ustad dərsi” alan Azərbaycanın futbol ictimaiyyəti indi və heç vaxt Bordinin davranışını qəbul edə bilmir. Yəqin hər kəsin yadındadı, alman məşqçi APOEL-in hər hücumu zamanı eynən futbolçular kimi az qala irəli atılır, komandası müdafiə olunanda da fitlə, səslə hər kəsi yerinə qaytarırdı. Bir sözlə, tamaşa idi, tamaşa. Və Dollun davranışını, ardından da Bordinə münasibəti görəndən sonra şəxsən məndə belə qənaət formalaşır ki, bizdə futbol ictimaiyyətinin, sadəcə, irqçi damarı tutub. Jelko Sopiç gələnə qədər Bordin ölkəmizdə çalışan yeganə əcnəbi idi. Və biz onun davranışını, hərəkətlərini qəbul edə bilmirdik.
Yaxşı, indi konkret “Səbail”lə oyunun nümunəsində italyanın etdiklərinə baxaq. Ona görə bu oyunu seçmişəm ki, həm baş məşqçini ciddi şəkildə izləmək imkanım olub, həm də məhz həmin gün aldığı 4-cü “sarı”ya görə cəzalı duruma düşüb. Üç “sarı”sı olan, cəzalı duruma düşəcəyini anlayan birisi nədən artıq hərəkət etsin ki? Mən deyim, siz də qulaq asın. Deməli, oyunun 85-ci dəqiqəsində “Neftçi” sağ cinahdan künc zərbəsi qaldırırdı. Bu vaxt “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Eltun Yaqublunu İqor Korotetski ilə əvəzləməyə qərar verdi. Bordin də standart vəziyyətlərdə başla yaxşı oynayan Mamadu Mbocu meydana buraxmaq fikrinə düşdü. Oyunu idarə edən Orxan Məmmədov Korotetskinin meydana çıxmasına icazə versə də, Mboca bu şansı tanımadı. İndi biranlıq özünüzü Bordinin yerinə qoyun. Məgər belədə o, 4-cü hakimə və ya “Neftçi”nin məşqçilər korpusundakı həmkarlarına gileylənməkdə haqsızdı? Haqlıdı, özü də yüzdəyüz! Amma gözünə döndüyüm Orxan Məmmədov meydanboyu qaçıb özünü “Neftçi”nin skamyasına yetirdi, Bordin hər nə qədər “ay spik may timmeyt” desə də, gözünün yaşına baxmadan “sarı”nı göstərib, cəzalı duruma saldı. Bu mənzərəni həmin gün stadionda olan bütün həmkarlarım gördü. Deməli, italyan mütəxəssis haqlı ikən haqsız duruma düşdü. Buyurun, siz deyin: burda Bordinin zərrəcə günahı varmı? Sən Orxan Məmmədov adamın taktiki gedişini əngəlləyirsən, hələ utanmaz-utanmaz sarı vərəqə də göstərirsən... Bunun adı ədalətdisə, lənət olsun belə ədalətə...
Faktiki eyni davranışı Tərlan Əhmədov və başqa yerli məşqçilər də sərgiləyir, amma birinə də “gözün üstə qaşın var” deyən yoxdu. İtalyanın adı gələndə isə sanki hakimlər cin-şeytan görürlər. Belə hoqqabazlığın adı saxta yerlibazlıqdı, yoxsa irqçilik – şəxsən mən bilmirəm, heç bilmək də istəmirəm. Amma futbolda qayda-qanuna görə cavabdehlik daşıyan PFL rəsmiləri, xüsusən də hakimlər toxunduğum məqama diqqət yetirsəydilər, pis olmazdı. İrqçilik çox pis bəladı ha...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar