Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
02 dek 16:23Yazar

Xəyallar, reallıqlar və “qulbeçələr”

Xəyallarla yaşamaq mənlik deyil. Realistəm, reallıq hissini itirmirəm. Ən pis halda buna çalışıram. Bununla yanaşı, xəyallarla yaşayanları da qınamıram. Arzusuz insan bir növ qanadsız quşdu. Amma real durumu gözardına vurub, xəyalların arxasınca qaçmaq... Bax, bunu qəbul edə bilmirəm.
Bəylər, bu sevda “Ramon Sançes Pisxuan”da bitmədi. Noyabrın 28-də Sevilyada, sadəcə, yağlı nöqtə qoyuldu, rəsmiləşdi. Əslində isə “Qarabağ”ın taleyi APOEL ilə Bakıda və Nikosiyada keçirilən qarşılaşmalarda həllini tapdı. Sən üstün olduğun hər iki oyunu boşa verirsənsə, aqibətin, görəcəyin budu. Özü yıxılan ağlamaz. “Qarabağ” məhz özü-özünü yıxdı. Çiyninə qonan xoşbəxtlik quşuna “kış” deyib özündən uzaqlaşdırdı. Halbuki onu sevmək, əzizləmək, böyütmək lazım idi. Hadisələrin xoş axarı da xoşbəxt sonluqdan xəbər verirdi. Amma Qurban Qurbanov və komandası bacarmadı, tarix yazmaq üçün lazım olan addımı ata bilmədi. Özü də çox şey tələb olunmurdu ağdamlılardan. Pley-off yolunda əsas rəqib sayılan APOEL-i üstələ və iş tamamdı.
Tarixi şansı əldən verdi “Qarabağ”. “Qaymaq” kimi bir qrupdan pley-offa adlaya bilmədi “Qarabağ”. Yenə yaza çıxmağı bacarmadı “Qarabağ”. 7-dən 77-yə hər kəsi üzdü “Qarabağ”. Klub adına böyük bir uğursuzluğa imza atdı “Qarabağ”. Təbii ki, acınacaqlı sonluğu şərtləndirən səbəblər var. Heyətin lazımi qədər yenilənməməsi, normal hücumçunun transfer olunmaması, bəzi oyunların gedişində riskli addımların atılmaması, “Neftçi” ilə çempionat görüşünün boşa verilməməsi (Mahir Əmrəli bu oyunun güdazına getdi), zədəlilərin çoxluğu və s. Bütün bunlar aydındı. Amma mənə görə ən böyük səbəb qol vəziyyətlərinin acımasızcasına, peşəkar futbolçulara yaraşmayan səviyyədə boşa verilməsidi. Sən hesabı aç, ardınca fərqi 2, 3, hətta 4 topa çatdırmaq üçün imkanlar yaxala və ...sonda məğlubiyyətlə barış. Bax, “Qarabağ”ın problemi, faciəsi budu!
Bu qeydləri kompüterin yaddaşına köçürməmişdən öncə sosial şəbəkələrdə yazılanlara göz atdım. Təəssüf hissini gizlətməyənlərlə yanaşı, sevinənlərə də rast gəldim. Aralarında jurnalist həmkarlarım da var. Ciddi təhlillə, uğursuzluğu şərtləndirən səbəbləri sadalamaqla gündəmə gəlməkdənsə, lağlağını, aşağılamağı üstün tuturlar. Və ən dəhşətlisi... Bu adamlar ”Qarabağ”la milli komanda, AFFA rəhbərliyi ilə “Qarabağ” rəhbərliyi arasında paralellər aparırlar. Ağdam klubunun və onun rəhbərliyinin ölkə futbolunun anasını ağladan, diziüstə qoyan Elxan Məmmədov və ətrafından fərqlənmədiyini iddia edirlər. Fiaskodu, faciədi, rəzalətdi, qəbahətdi! Adamlar dərk etmirlər ki, ölkə futbolunda “Qarabağ”dan başqa parlaq nöqtə, “sabitlik adası” yoxdu. Ağalarının çaldığı havaya oynayanların gözü tutulub, abır-həyanı, reallıq hissini rəsmən itiriblər. Bax, həm də Elxan Məmmədovun “qulbeçələr”inə meydan verdiyin üçün günahkarsan, “Qarabağ”. Ümumiyyətlə, günahın, həllini gözləyən problemlərin çoxdu, “Qarabağ”. Yəqin ki, yenilənəcəksən, çatışmazlıqları aradan qaldıracaqsan, yenə də qruplarda boy göstərəcəksən, “Qarabağ”. Amma çətin ki, bir də nə vaxtsa belə tarixi şans qazanacaqsan, “qaymaq” deyə biləcəyimiz bir qrupda yer alacaqsan. Çətin, “Qarabağ”, çətin...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar