29 noy 12:31Yazar

Taylandın arxasından boylananda...

Taylandın arxasından boylananda...
FİFA-nın reytinq cədvəlinin noyabrın 28-də dərc olunacağı gözlənilir. Yeni cədvəl hələ dərc olunmasa da, artıq ənənəvi hesablamalar aparmaq mümkündü. Ona görə ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsində son iki oyunu keçirib və hər iki qarşılaşmada məğlub olmuşuq. Yəni xalımızın üzərinə xal gəlməyib. Sosial şəbəkələrdə məşhurlaşan fotoda deyildiyi kimi, Azərbaycan millisi tanınmış aktirisaya bənzəyir, hərəsinin bir xalı var. Həmin o xalı isə biz sentyabrda qazanmışıq. Oktyabrı və noyabrı xalsız yola salmışıq. Oktyabrda macarlar, noyabrda isə uelslilərlə slovaklar bizə qarşı amansız davrandı. Hamı Yurçeviçin yerliləri olan xorvatlar kimi deyil ki, bizə rəhm edib xal bağışlayalar. Deməli, reytinq cədvəlindəki xal ehtiyatımız da 1189-dan 1177-yə enəcək. İndi yer aldığımız 111-ci pillədən də aşağı sürüşəcəyik. Təxmini hesablamalara görə, yeni yerimiz 114-cü olacaq.
114-cü pilləyə düşsək, Tayland və Kosovo ilə “can” deyib, “can” eşidəcəyik. Çünki məhz 113-cü sıradakı Tayland bizi qabaqlayacaq. Vaxtilə ağız büzdüyümüz, bəyənmədəyimiz Kosovo isə 115-ci pillədə bizi təqib edəcək. Heç şübhə yoxdu ki, tezlilə Kosovoya da aşağıdan yuxarı baxacağıq. Avropanın futbol ailəsinə yeni daxil olan Kosovo sürətlə irəliləyir, çox keçməz ki, reytinq cədvəlinin ilk “yüzlüy”ündə özünə yer də edər. Adamlar İngiltərə və Çexiya kimi rəqiblərin yer aldığı qrupda uzun müddət məğlubiyyətsiz irəlilədilər. Hətta son turlara qədər qrupdan çıxmaq şansını da saxlayırdılar. İlk məğlubiyyətlərini İngiltərədən aldılar. İngilislərin daha sonra Çexiyaya uduzması vəziyyəti dəyişdi, Kosovo psixoloji təzyiq altına düşdü. Elə bunun da sayəsində çexlərlə qarşılaşmadakı üstünlüyü əldən verdi və qrupdan çıxmaq şanslarını heçə endirdi. Bununla da bizə də göstərmiş oldu ki, Azərbaycanı Millətlər Liqasında qabaqlamaları təsadüf deyilmiş. Onlar bu diviziona təsadüfən gəlib düşmüşdülər.
Məqsədim heç də sizi keçmişə qaytarmaq, Millətlər Liqasındakı uğursuzluğumuza səbəb axtarmaq deyil. Nə də Kosovonu tərifləyib, göyün yeddinci qatına qaldıracam. Adamlar onsuz da qrupda da, reytinq cədvəlində də öz layiqli yerlərini tutublar. Elə biz də, dünyaya 114-cü pillədə boylanmaqla öz yerimizdə olduğumuzu göstəririk. Sağ olsunlar xorvatlar. Öz yerlilərinə hörmət qoydular. Kim bilir, baş məşqçi Nikola Yurçeviçə görə bizə rəhmləri gəlməsəydi, yaxud da deyildiyi kimi, aparıcı futbolçular həqiqətən Bakıda zəhərlənməsəydilər, bizi nə gözləyirdi?! Belə çıxır ki, qrupu 1 yox, 0 xalla başa vuracaqdıq. Bəli, bəli, məhz o qədər. Onda gərək Azərbaycanda futbolunu yerli-dibli ləğv edib, AFFA-nın boz binasını körpələr evinə çevirəydik. Yalnız belə olanda həmin o yaraşıqlı binanın ölkəmizə nəsə bir xeyri dəyərdi. AFFA-dakı işbilməzlər isti otaqlarda oturana qədər yetim-yesirin balası xoş gün görərdi. Onsuz da Elxan Məmmədovdan və dəstəsindən heç bir xeyir görmürük. Biz müharibə şəraitində, müstəqil ölkə kimi ilk addımlarımızı atanda qrupda 1 xal qazanırdıq. Özü də bütün oyunlarımızı səfərdə keçirə-keçirə. AFFA-nın uğurlu siyasəti bizi həmin illərə qədər geri apardı.
İndi biz dünya futboluna Taylandın arxasında boylana-boylana baxırıq. Həvəsi olan araşdırsın, görək bizdən öndə yer alan 113 ölkənin neçəsində futbol federasiyasının büdcəsi AFFA-nın büdcəsindən çoxdu? Əminəm ki, 50-ci pillədən sonrakıların mütləq əksəriyyətini qabaqlayırıq. Hətta ilk “50-lik”də olanlarla da yarışa bilərik. Onların bizim kimi əcnbilərə verməyə milyonları ola bilməz. Biz baş məşqçini də xaricdən gətiririk, həkimi də. Hələ ürəyimiz soyumur, xaricdə futbolçu axtarışına da çıxırıq. İlişməyə bircə qarmaq, ad və soyadında bir az uyğunluq tapan kimi belələrini Azərbaycan millisinə çağırırıq, pasport veririk. Bütün bunlar belə qrupda 1-dən artıq xal toplamağımıza yetərli olmur, Taylandın arxasında qalmağa məhkum oluruq.
Yaşanan biabırçılıqdan sonra AFFA-dan üzrxahlıq, istefa gözləyənlərin sayı yetərincə idi. Amma adamlar nəinki üzrxahlıq edib, istefa verdilər, heç doğru-düzgün açıqlama, izahat da eşitmədik. AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərlə açıq ünsiyyətdən qaçdı, əvəzində dövlət radiosuna köhnə nəğmələrini oxumağa yollandı. Özü də bu dəfə daha biabırçı formada. Sən demə, AFFA-nı tənqid edənlər hamısı məqsədli, sifarişli, dırnaq arasında qalanlar imiş. Kişinin oğlu özündən elə əminliklə danışır ki, sanki Foqtsu, Prosineçkini, Yurçeviçi, Obradoviçi, nə bilim daha hansı “viçi”ni Azərbaycana gətirib, yağ-bal içində bəsləyən, Berlində futbol məktəbi açan bizik. Əvəzində də millimiz qrupda 1 xal yığıb, U-21 Lixtenşteynə uduzub, U-19 Yunanıstanda qapazaltına çevrilib. Olmaya üzrxahlığı da biz edib, başımızı aşağı salmalıyıq? Taylandın arxasından boylanırıq, ay baş katib. Boyumuzu yerə soxmusuz. Yenə danışmağa diliniz var?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar