29 noy 12:18Yazar

Elxan Məmmədov 26 xəyanətkar tapıb!

Görəsən, Azərbaycanda Elxan Məmmədovdan başqa daha kim var ki, danışması da fiaskodu, susması da. Yığma AÇ-2020-nin seçmə mərhələsini biabırçı nəticə ilə bitirən gündən bu ölkədə ürəyi futbolla döyünən hər kəs baş katibdən düz-əməlli izahat, məntiqli cavab gözləyir. Gerçəkləri görmək, eşitmək istəyən hər kəsdən qaçdı, qaçdı və ötən cümə özünü “Azərbaycan” radiosunun və “İdman” TV-nin efirinə verdi. Artıq neçə gündü yığmanın 1 xalı ilə yanaşı, Məmmədovun futbolun indiki durumuna görə özündən başqa hamını suçlaması da müzakirə olunur. Elə “Futbol+” də bu mövzuya dəfələrlə toxunub. O gen-geniş müsahibədə bir məqam da oldu ki, nədənsə ictimaiyyətin diqqətini elə də çəkmədi. Söhbət baş katibin milli forma geyən futbolçuları birbaşa xəyanətdə suçlamasından gedir. İnanmırsızsa, oxuyun: “Eyni zamanda futbolçulara da suallarımız çoxdu. Çünki hamısı gücünün 100 faizini ortaya qoymur”. Elxan bəy dərhal da “bu qəsdən olmur” deməklə sanki ağzından çıxan ifadənin məsuliyyəti altında əzilir. Amma ox yaydan çıxıb, baş katib. İndi baxaq görək nə demək istəyirdiz...
Son bir həftədə yığmanın düşərgəsində yaşanan qanqaraldıcı hadisələr, münaqişələrlə bağlı mediaya sıçrayan xəbərlər artıq ikitirəlik, hətta bəlkə üçtirəlik yarandığını göstərir. Bəzi futbolçuların az qala zorla, bəzilərinin şirnikləndirici təkliflərlə “milliləşdirildiyini” nəzərə alsaq, uğursuzluq halında onların münasibətləri aydınlaşdırmağa çalışması təbiidi. Digər tərəfdən liberal,
ürəyiyumşaq, xarizma sarıdan kasad Yurçeviç son iki oyunda futbolçuları vahid məqsəd ətrafında birləşdirə bilməyib ki, bu da hər kəsə aydındı. Amma “futbolçuların hamısı gücünün 100 faizini ortaya qoymur” açıqlaması bütün bu məqamların fövqünə qalxan fikirdi, incisələr də deyəcəm, inciməsələr də, son seçmə mərhələdə milli forma geyən 26 futbolçunun hər birinin üzünə tüpürməkdi. Özündən başqa hamını – jurnalistləri, menecerləri, mütəxəssisləri suçlayan baş katib futbolçulara faktiki xain deməklə lap zilə qalxdı.
Mən klub futbolunda kimlərinsə qəsdən yaxşı oynamaması, zədə üzündən və nə vaxtsa indi oynadığı komandanın formasını geymək istəyinə görə özünü qoruması kimi faktlar ilə dəfələrlə rastlaşmışam. Amma milli forma geymək artıq sənin seçilmiş olmağının sübutudu, formanda Azərbaycanın dövlət atributlarını daşıyırsan, şərəf və ləyaqətin, kişiliyin müzakirə obyektidi, vətənin maraqları əsla fərdin maraqlarına qurban verilməz. Sən bu ölkəni, bu xalqı zərrəcə sevirsənsə, imkanlarından artığını ortaya qoymalısan, ustalıq səviyyən yetməyəndə də dişin-dırnağın, iradən, xarakterin, kişiliyin ilə mübarizə aparmalısan. Bəlkə də gerçək gücün elə 1 xal qazanmağa yetir. Amma kişiliyinə, qeyrətinə nə gəlib, futbolçu dostum? Doğrudanmı, sən bütün gücünü meydandan qoymursan? Baş katib doğru deyirsə, niyə ölüb yerə girmirsən? Yalan deyirsə, niyə onun gözünün içinə baxıb, “məni rüsvayi-cahan etmək haqqını sənə kim verib” demirsən?
Təbii, mən onu da yaxşı bilirəm ki, Elxan Məmmədov milli fiaskonu unutdurmaq üçün ən müxtəlif ssenarilər fikirləşir. İndi onun və ətrafının daim qabartmağa çalışdığı iki əsas bəhanə var: qrupumuz güclü idi, baş məşqçinin səviyyəsi aşağıdı. Həmişəki kimi uzaqbaşı baş məşqçini qurban verəcəklər. Çox güman, AFFA İcraiyyə Komitəsinin iclasında baş katibə güldən ağır söz deyən olmayacaq. Bəs nə bilmişdiz? Adam nə az, nə çox – 26 xain tapıb. Zəhrimara qalsın bu rəqəmi, dərhal adamın yadına Bakı Komissarlarını salır...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar