26 noy 17:21Yazar

Firuz Abdulla, olmadı ki...

Mikayıl Nərimanoğlunun postunu tərk etməsindən sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə nəzarət Firuz Abdullanın əlinə keçdi. Özü bilir, ya yox – yalan deyərəm, futbol təsərrüfatında xətrini istədiyim insanlardandı. Təkcə böyüklə böyük, kiçiklə kiçik kimi davranmasına, yerini bilməsinə görə yox, həm də savadına, nitq qabiliyyətinə, qələminə görə çoxlarının hörmətini haqq etmiş biridi. Onu yaxından tanımayanlar belə, sosial şəbəkələrdəki paylaşım və şərhlərini oxuyanda daxilən necə insan olduğunu, heç şübhəsiz, hiss edir. Amma nə yazıq ki, bəzən daşıdığın vəzifə səni olduğundan fərqli görünməyə, öz ağlındakıları yox, başqasının fikirlərini subyektiv mövqeyin kimi dilinə gətirməyə məcbur edir. Bu gün Firuz Abdulla həmin duruma düşüb. Yəqin ki, düşdüyü vəziyyətdən özü də xoşbəxt deyil.
AFFA-nın sözçüsünün qəzetimizin ötən sayı üçün hazırlanan yazıda Həsən Quluzadəyə dediklərini oxuyanda onun adına məyusluq hissimi redaksiyadakılardan gizlətmədim. Çünki adam Uelslə oyundan əvvəlki və matç zamanı ortaya çıxan problem və narazılıqlara obyektiv qiymət vermək əvəzinə, bir növ “malalamaqla” məşğul olub.
Rayan Giqqzlə Qaret Beylin iştirak etdiyi mətbuat konfransını gənc tərcüməçi xanım rəsmən iflic vəziyyətə saldı. Yanlış və mənasını yalnız özünün dərk edə biləcəyi cümlələrlə təkcə tərcüməçi adını yox, həm də AFFA-nı, səni, məni, bu ölkədə ingilis dilini bilənləri rüsvay etdi. Qaretə “Qaref” deməsi, Giqqzi əvvəldən axıra qədər “cənab” kimi təqdim etməsi ilə işim yoxdu. Xanımdı, futboldan uzaq biridi, dünya ulduzlarını tanımaması normaldı. Demişdilər, otur masa arxasında, eşitdiklərini tərcümə et, o da üzərinə düşəni etdi. Amma bacarmadı. Çünki britaniyalıların danışdığı sürətli ingilis dilini anlamaqda çətinlik çəkirdi. Əslində bu, mənim də yaralı yerimdi. Amma hara fırladırsan-fırlat, Giqqzin Beyllə Remzi haqda danışdıqlarını Bakının və insanlarımızın ürəkaçan olmasına dəyişməsinə, təhrif etməsinə ad vermək olmur.
Həmkarımın bu mövzu ilə bağlı sualını cavablandıranda, Firuz Abdulla rəsmən qızın müdafiəsinə qalxıb, bərbad tərcüməyə görə Uels yığmasında çalışan həmkarını günahkar çıxarıb. Ki, sinxron tərcüməyə icazə verilmədiyinə görə qız çətin vəziyyətə düşüb. Ay gözünə döndüyüm qardaş, sinxor tərcümə ümumi tərcümədən daha çətindi. O qız ümumi tərcümə zamanı hər dəfə Giqqzdən dediklərini yenidən təkrarlamasını xahiş edirdisə, gör sinxron zamanı hansı vəziyyətə düşəcəkdi. Tərcümə, sinxron bir qırağa, xanım azərbaycanca cümlə qurmaqda belə çətinlik çəkir, fikirlərini çatdıra bilmirdi.
“Yəni sabah qalib olmağa çalışmaq uğrunda olduğunu bildirirlər. Baxmayaraq ki, oyun çətindi, ola bilsin, problemlərlə qarşılaşmaq şansımız ola bilər” – bu və buna bənzər tərcümələrin müəllifi məhz həmin qızdı. AFFA-dakı söz sahibləri arasında bu cür danışanların olduğuna əminəm, amma Firuz Abdullanın belə cümlələrdən istifadə etmədiyini yaxşı bilirəm axı. Nə etməli? Abdulla tərcüməçi seçiminin yanlış olduğunu deməli və buna görə jurnalistlərdən üzr istəməliydi. Yoxsa kiminsə adamı olan qızın müdafiəsinə qalxmaq, biabırçılığa müxtəlif bəhanələr gətirmək, Uels millisinin sözçüsünü suçlamaq – olmadı ki...
Gələk həmin gün stadionda olan qonaq azarkeşlərə, daha doğrusu, onların sayına. Müvafiq qaydalara görə, meydan sahibi komanda qonaqlara stadionun ümumi azarkeş tutumunun maksimum 5 faizi qədərində yer ayrıla bilər. Yəni Britaniyadan gələnlərdən uzağı 500-600 nəfəri tribunada sevimli komandalarını dəstəkləyə bilərdi. Noyabrın 16-da saylarının bundan iki dəfə artıq olacağı günortadan bəlli idi. Uels millisinə azarkeşlik etmələri üçün onlara ayrılan yer də mükəmməl idi. Və bu hal yerli azarkeşlərin haqlı narazılığına səbəb olmuş, millinin çılğın fanatlarından olan Şamil Mustafayev bu qərarı verənləri xain adlandırmışdı. Firuz Abdulla məsələyə münasibət bildirərkən nə edib? Tipik Elxan Məmmədov üslubunda danışıb: “biz bu məsələyə yalnız futbol prizmasından baxmırıq. Bilirsiz ki, ölkədə turizmin inkişafı ilə bağlı çox geniş işlər görülür”.
Canım-ciyərim, dostum-qardaşım, vallah-billah, bizi yaradana and olsun, doğru yanaşma, uyğun cavab deyil. Deyil, ona görə ki, Azərbaycan yığması öz evində qonaqların şərqiləri və dəstəyi altında oynamalı deyildi. Deyil, ona görə ki, “Bakcell Arena” Uels yox, Azərbaycan bayraqlarına bürünməliydi. Deyil, həm də ona görə ki, hər işdə qanun çərçivəsində hərəkət etdiyinizi dediyiniz kimi, bu dəfə də o cür davranmalıydız.
Turizmin inkişafından tutarqa kimi istifadə edib ölkəyə rəhbərlik edənlərin diqqətini çəkmək zamanı deyil. Onların, elə bizim də sizdən istədiyimiz futbolun inkişafı, öz azarkeşlərimizin stadionlara axın etməsidi. Siz nə edirsiz? 11 minlik stadion boş görünməsin deyə, qonaqların əylənməsinə, özlərini rahat hiss etməsinə şərait yaradırsız. Stadionun boş olması yuxarı dairələrin diqqətini çəkər, onlar da sizə “hansı azərbaycanlı azarkeşlər” sualını verər deyə qorxursuz.
Yığışdırın uydurmalarınızı, bəhanələrinizi. Olan-qalan futbolumuzu məhv etdiyinizi boynunuza almırsız. Heç olmasa, Avropa çempionatının final mərhələsinə evsahibliyi edəcək şəhərdə düz-əməlli mətbuat konfransı keçirə bilmədiyinizi etiraf edin, səhv olduğunuzu deyin. Firuz Abdulla, olmadı ki...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar