26 noy 17:01Yazar

“Qarabağ” uduzan gün...

“Qarabağ”ın “Səbail”i 1:0 hesabıyla məğlub etdiyi oyunun reportajını “Futbol+” oxucusu üçün mən yazırdım. Samir Abasovun sözü olmasın, izlədiyin, amma başqaları üçün təhlil etməli olduğun oyunlara daha diqqətlə baxmaq məcburiyyətindəsən. Özün üçün bəzi epizodları gözdən qaçıra bilərsən. Sonradan videoicmala baxarsan, nəyi qaçırmısansa, onu bir daha incələyərsən. Amma hansısa oyun haqda azarkeşlərə, səndən hesabat gözləyənlərə nəyisə danışmalısansa (indiki halda yazmalısansa), o zaman gözdə-qulaqda olursan, bütün diqqətini cəmləyirsən. Mən də “Qarabağ”ın “Səbail”lə oyununda eyni vəziyyətdə idim. Sadiq oxucularımız bilir, baş redaktorumuz Mahir Rüstəmlinin qəzet reportajları üçün tələbləri xeyli yüksəkdi, nəyisə gözdən qaçırmaq haqqın yoxdu. Üstəlik, oyuna təkcə reportyor gözüylə yox, həm futbol mütəxəssisi, həm də azarkeş gözüylə baxmalısan. Nəyisə gözdən qaçırmaq haqqın yoxdu. Mən də Respublika stadionundakı qarşılaşmanı o cür məsuliyyətlə izləyirdim. Həm reportyor, həm mütəxəssis, həm də azarkeş gözüylə.
Özündən demək olmasın, biz də xeyli zamandı Azərbaycan futbolunu izləyirik. Məşqçilərin, futbolçuların, ümumi götürəndə komandaların nəyə qadir olduğunu bilirik. Hansısa komandanın oyunu alınmayanda onu ilk dəqiqələrdən hiss etməyi də bacarırıq. “Səbail”lə görüşdə də “Qarabağ”ın oyunun alınmadığını hiss etmək mənim üçün çətin deyildi. “Köhlən atlar” oyunun da, meydanın da hakimi idi. Amma nə olsun? Nazim Süleymanov demişkən, futbolun meyvəsi qoldu, sən o meyvəni yeməlisən. Yeyə bilmədinsə, 90 dəqiqə çəkdiyin əziyyət də boşa gedir. Düzdü, həmin qarşılaşmada Qara Qarayev komandasının xilaskarına çevrildi. Qaranın çətin məqamda səhnəyə çıxıb, vurduğu qol “Qarabağ” üçün yeganə oldu və Qurban Qurbanovun komandası 3 xalı bayram etdi. Amma nələrinsə qaydasında olmadığı hələ həmin matçda hiss edilirdi. Ağabala Ramazanovun azca fəallığı kifayət edirdi ki, Beqoviçin qoruduğu qapının önündə təhlükə yaransın, “Qarabağ” azarkeşlərinin ürəyi ağzına gəlsin. “Səbail”in düşdüyü acınacaqlı durum hər kəsə bəllidi. Motivasiyası, sabaha ümidi olmayan futbolçular adlı-sanlı rəqib qarşısında varlıq göstərməkdə çətinlik çəkirdilər. Bir qədər Ağabala ilə Rahidin oyunu başqalarından fərqlənirdi ki, onların da özünə görə stimulları var idi.
APOEL-lə Bakıdakı oyundan elə də uzun müddət keçmirdi. Belədə “Qarabağ”ın futbolçuları üçün növbəti qələbəni qazanmaq, özgüvəni bərpa etmək ciddi tapşırıq sayılırdı. Qaranın 87-ci dəqiqədə gələn fantastik qolu lap yerinə düşdü. Komanda bununla da Cənubi Kiprdən gələn qonaqların korladığı əhval-ruhiyyəni də bərpa etmiş oldu. Qalırdı “Neftçi”ylə oyunda uduzmamaq və Nikosiyadakı ölüm-qalım savaşına yaxşı hazırlaşmaq. İnsafən, “Qarabağ” “Neftçi”yə qarşı görüşdə yetərincə təmkinli və güclü görünürdü. “Köhlən atlar” rəqibə doğma olan meydanda uduzmadı və xal fərqi qorundu. Nikosiyadakı görüşün hansı ssenaridə keçdiyini isə hamınız yaxşı xatırlayırsız. Azərbaycan çempionu hesabı açdı, amma nə yazıq ki, bu üstünlüyü qoruya bilmədi. Ardıcıl zədələr, Miçelin hədəfə gedən, amma qapıçı əngəlinə rast gələn zərbələri qələbə arzusunu gözümüzdə qoydu. Bununla həm də avrokuboklardakı iddialarımız yetərincə sarsıldı. Həmin oyununun ertəsi futbolla maraqlanan-maraqlanmayan hər kəs “Qarabağ”dan, əldən qaçırılan tarixi şansdan danışırdı. Bu yenilgi xalq olaraq hər birimizə çox pis təsir etmişdi. Biz bu cür sarsılmışdıqsa, futbolçuların daha betər vəziyyətdə olmasına şübhə etməyə dəyməzdi. Və bu psixoloji gərginlik sonrakı oyunlarda özünü göstərdi.
“Qarabağ”ın “Zirə”ylə qarşılaşmasında başverənlər yadınızdadımı? “Köhlən atlar” Maqaye Geyenin 5-ci dəqiqədə vurduğu qolla hesabı açmış, fasiləyə üstün yollanmışdı. Üstünlük 70-ci dəqiqədə əldən verildi, Riçard Qadze hesabı bərabərləşdirdi. “Qarabağ”a “Səbail”lə oyunun 87-ci dəqiqəsində Qara Qarayev qələbə qazandırmışdısa, “Zirə”ylə qarşılaşmada bu qəhrəmanlığı edən tapılmadı. “Sumqayıt”la görüşdə də belə oldu. Yenə də “Qarabağ” fasiləyə qədər üstün oynadı, hesabı açdı, amma davamı gəlmədi. Sanki “Qarabağ”ın futbolçuları turnir cədvəlindəki acınacaqlı vəziyyəti, digər rəqiblərin rəqabətədavamlı olmamasını göz önünə gətirir və onların əlləri-qolları boşalır. Başqa izah vermək çətindi. Asmir Beqoviç Sumqayıtda ilk 45 dəqiqəni az qala əsnəyə-əsnəyə keçirdi. Amma fasilədən sonra cəmi 4 dəqiqə bəs etdi ki, Peyman Babayi onun qoruduğu qapıya iki qol vursun. Sanki ilk yarıdakı rahatlıq təkcə Beqoviçi yox, müdafiəçi yoldaşlarını da şirin yuxuya vermişdi. Yoxsa illərin təcrübəsi saydığımız müdafiəçilər eyni futbolçunu iki oxşar epizodda qapıçıyla duelə göndərməzdilər.
“Qarabağ” üçün həyəcan təbili Sumqayıtda çalındı. Premyer-liqada vəziyyət elə də təhlükəli deyil. “Neftçi” “Qəbələ”yə qalib gəlsə, “Qarabağ”dan 6 xal geridə olacaq, “Keşlə” isə “Zirə” səfərindən qələbə ilə qayıtsa, xal fərqi 5-ə enəcək. Vacib olan bu səhvlərin “Sevilya” ilə görüşdə təkrarlanmamasıdı. Premyer-liqadakı səhvlərin həm bəraəti var, həm də səhvi düzəltmək şansı. Avropa Liqası isə fərqlidi. “Qarabağ”ın uduzduğu gün Azərbaycan çempionatında həm də canlanma günüdü. Hamı ətalətdən xilas olur. Çempionatımıza xeyirli, çempionumuza keçmiş olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar