Yazarlar
Anar Şabanoğlu
Sonun başlanğıcı...Huşəng
İstefa!Anar Şabanoğlu
Sonun başlanğıcı…Anar
Sonun başlanğıcı...Amal
Günəşin kölgəsində
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

AFFA ağacəkmə kampaniyasını saymadı

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi
15 noy 12:27Yazar
Eddi nağılı, yoxsa biabırçılığı?
Bəribaşdan deyim ki, şəxsən mən Eddi İsrafilovu güclü futbolçu saymıram. Və seçmə mərhələdə cəmi 1 xal yığan komandanın baş məşqçisinin onu heyətdə görmək istəyini, AFFA-nın qarışıq qanlı qardaşı Bakıya gətirmək üçün hansısa şirnikləndirici vədlər verməsini də anlamıram. Yəni bir Eddiyə görə bu qədər dilə-dişə düşməyə dəyməzdi.
Amma bu yazıda Eddinin futbolçu keyfiyyətləri müzakirəyə çıxarılmayacaq. Ümumiyyətlə, qitədə ən zəiflər sırasında son “5-lik”də olan bir komandanın üzvlərinin özlərinə futbolçu deməyə haqqının çatıb-çatmaması, belələrinin 1 xala görə neft pulundan külli miqdarda mükafat umması başqa və daha düşündürücü yazının mövzusudu. Məni maraqlandıran əsas məqam isə AFFA-nın saytında yer alan, Eddi İsrafilovun Uelslə oyunda iştirak edə bilməyəcəyinə, əvəzində “Zirə”dən Elvin Camalovun çağırılmasına aid xəbərin yaratdığı suallardı. Xəbər yaxşı yazılıb-yazılmayıb – bu məsələ mənlik deyil, AFFA-da oturan həmkarlar hərəsi bir neçə vəzifəni yerinə yetirir deyə, bəzi səhvləri, qəliz ifadələri onlara bağışlamaq olar. Necə deyərlər, kəklinizə peşkəş!
Bu olayın pərdəarxası məqamları çox, lap çox maraqlıdı. Ortada ciddi təzad var və həmin təzadı üzə çıxarmaq yolunda çabalayırıq. AFFA-nın sözçüsü Firuz Abdulla “Albasete”ni “lap tutaq ki, məktub 1 sutka, yaxud da 2 saat gec çatıb” deyə “kargüzarlıq cığallığında” suçlayırsa, bu klubun mətbuat katibi də açıq-aydın deyir ki, “bu klub və federasiya arasında bir razılaşmadı. Bu barədə ətraflı məlumat vermək istəmirik. Bizim növbəti matçda ona ehtiyacımız var. Çünki Eddinin mövqeyində oynayacaq başqa futbolçumuz yoxdu”.
Açığı, bu məsələdə Firuz Abdullanı müdafiə etmək üçün “həmvətənizimdi, həmkarımızdı”dan başqa dəlil yoxdu. Prensanın dediklərinə həm də “Albasete”nin qarşıdakı oyunlarının təqvimi müstəvisində baxsaq, ona inanmaqdan başqa çarə qalmır. Deməli, mövsümə yetərincə uğurlu başlasa da, son turlarda çoxlu xal itirən “Albasete”ni noyabrın 17-də özü kimi La Liqaya vəsiqə uğrunda oynayan “Saraqosa” ilə çətin səfər oyunu gözləyir. Sequndada hətta 6-cı yeri tutan da elitaya yüksəlmək uğrunda mübarizə apara biləcəyindən, komandalar üçün hər xalın dəyəri böyükdü. Əslində mən hansısa mənada “Albasete”yə haqq da qazandırıram. Eddi heç bir turnir hədəfi olmayan, 1 xala malik komandanın düşərgəsində gün keçirmək əvəzinə hansısa şəkildə komandasına fayda verəcəksə, niyə də bura gəlməlidi? Sakitcə “Saraqosa”ya qarşı oynayacaq, ordan da Slovakiyaya adlayıb, yığmanın düşərgəsinə qoşulacaq. Və mən bu ssenariyə razılıq verən AFFA rəhbərliyini də nədəsə qınamıram. Sadəcə, adamlar, yəni bu qurumun informasiya siyasətini müəyyənləşdirənlər ictimaiyyətə vaxtında, zəruri və lazım olan şəkildə xəbər çatdırmayıblar deyə, indi parterdə olan güləşçiyə oxşayırlar. Dostlar, bizim ölkədə ciddi və qeyri-ciddi məsələlər arasında sərhəd qoymaq bəzən nə qədər çətin olsa da, məsuliyyətinizi anlayın, yazdığınız, dediyiniz sözlərin altında qalmayın. “Albasate”, “Malbasete”, nə bilim, başqa hansısa klub ilə razılığa gəlibsizsə, klubun xahişinə hansısa mülahizələrə əsaslanmaqla müsbət cavab veribsizsə, daha bu “texniki problem”, “prosedura uyğun qaydada” ifadələri, daha doğrusu, nağılları kimə və nəyə lazımdı?
Doğrudan da, futbol bəzi məqamlarda adama incəsənət kimi görünür. Məsələn, mən Messinin oyunlarına baxanda özümü VİP-lojadan hansısa parlaq tamaşanı izləyən seyrçi kimi hiss edirəm. Amma futbolun incəsənət yönlərinin varlığı əsla və qətiyyən bir ölkənin futbol qurumuna hansısa məsələ ətrafında komediya açmaq səlahiyyəti vermir. Sizlər yəqin futbolun teatral yönləri haqda çox oxumusuz. Amma hər oxuduğunuzu da real həyatda tətbiq etməyin. Eddi futbolunu oynasın, siz isə futbol ətrafında oyunbazlıq etməyin. Edənlərin sonunu görə-görə gəlmişik!

Şərh yaz