12 apr 13:09Yazar

Ya bizi sevin, ya da erməniləri

Bu yaxınlarda 73 yaşlı erməninin Bakıya səfəri ilə bağlı xəbərləri oxuyub xeyli məyus olduq. Yuri Sarkisov anasının məzarını ziyarət etməyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən göndərilməsindən fəxrlə danışmışdı. İndiyə qədər nə Moskvadakı səfirliyimiz, nə də şəxsən Polad bəyin özü tərəfindən erməninin dedikləriylə bağlı açıqlama yayılmayıb. Deməli, Sarkisovun Bakıya səfirliyin xəttiylə gəlməsi, xüsusi mühafizə altında olması, qəbrin tapılmasına polislərin belə qoşulması haqda məlumatlar doğrudu. Ürəyimiz parçalanır, yumruqlarımız düyünlənir, qəzəblənirik. Amma əlimizdən heç nə gəlmir. Bu işə ölkəmizin diplomatlarının vasitəçilik etməsi isə ikiqat ağır gəlir. Məgər Dilqəm Əsgərovla Şahbaz Quliyev eyni məqsədlə, dünyasını dəyişmiş doğmalarının məzarlarını ziyarət etmək üçün dədə-baba yurdlarına getməmişdilər? Onlarla birlikdə yola çıxan Həsən Həsənov amansızcasına öldürüldü. Dilqəmlə Şahbaz isə ermənilərin zindanında uzunmüddətli həbsə atılıb. Ordan sağ çıxıb-çıxmayacaqları belə qeyri-müəyyəndi. Nədi Dilqəmlə Yurinin fərqi? Əlbəttə, fərq var. Bu fərq təkcə onların ikisinin arasında deyil, ümumilikdə bütün ermənilərlə azərbaycanlıların arasındadı. Biz mənfur qonşularımızın torpaqlarına iddia irəli sürməmişik, onlara müharibə elan etməmişik. Xocalıda, Əsgəranda, Kərkicahanda törədilən vəhşiliklərin səbəbkarları azərbaycanlılar, qurbanları isə ermənilər deyil. Əksinə, əsrlər boyunca biz ermənilərin zülmündən, işğalından əziyyət çəkmişik. İtirən bizik. Torpaqlarımızı, neçə-neçə mərd oğlumuzu, körpəmizi, yaşlımızı itirmişik. Hələ də torpaqlarımızın 20 faizi, tarixi Zəngəzurumuz, İrəvanımız ermənilərin tapdağı altındadı. Bütün bunları Moskvadakı səfirimiz, əslən şuşalı olan Polad Bülbüloğlu da gözəl bilir. Amma nə üçün belə davrandığını biz başa düşmürük. Axtarsa, bəhanə tapar. Xalq diplomatiyasından, bir səfir kimi özünün də bu diplomatiyaya töhfə verməsinin vacibliyindən danışar. Amma Çingiz Abdullayevin qarşısında belə bir missiya yoxdu axı. Ona nə olub? Xalq yazıçısı, ziyalı dediyimiz Abdullayev nə üçün ermənilərin vəhşiliklərini unudur? Çingiz bəy Xocalıda öldürülən körpələrimizi, ermənilərin xaraba qoyduğu yurdlarımızı nə üçün yaddan çıxarıb? Erməniyə haqq qazandırarkən, onları tərifləyərkən gözünün önünə Mübariz İbrahimov, Çingiz Qurbanov və neçə-neçə cavan yaşında şəhid olan qəhrəmanımız gəlmədi?
Eyni zamanda “Neftçi”nin Müşahidə Şurasının sədri olan yazıçı bu yaxınlarda “Moskva – Bakı” portalında çalışan həmkarlarımızın suallarını cavablayıb. Yəqin ki, portalın əməkdaşları da “Neftçi”nin bu yaxınlarda keçirilən, erməni futbolçu Eduard Markarovun şəninə badələrin qaldırıldığı, təriflər söylənildiyi ziyafətdən xəbərdar olublar. Məhz bu səbəbdən də Çingiz Abdullayevdən Markarov barədə soruşublar. Bu da bizim xalq yazıçımızın cavabı: “Markarov hələ də “Neftçi”yə azarkeşlik edir. Son illər baş verən heç bir faciəvi hadisə onun sevimli komandasına sevgisini öldürə bilməyib”. Mənim ağsaqqal yazıçıya məsləhət verməyim düzgün çıxmaz. Hər halda, özü danışdığı sözlərin mənasını, izahatını yaxşı bilməlidi. Abdullayevin sözlərindən belə çıxır ki, biz Markarovu incitmişik, ermənilərə zülm vermişik, onların başına faciələr gətirmişik. Amma bütün bunlara baxmayaraq, Markarovun “Neftçi”yə sevgisi hələ də davam edir, heç bir hadisə onun bu sevgisini öldürə bilməyib. Ayıb deyilmi? Günah deyilmi? Minlərlə şəhidimizin ruhunu, yurd-yuvasından didərgin düşmüş milyonlarla insanın ləyaqətini bu cür ehtiyatsız fikirlərlə incitdiyinizin fərqində deyilsizmi, cənab Abdullayev? Budu sizin ziyalılığınız, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağınz, xalqın ağrı-acısını paylaşmağınız? Bu xalqın 80 yaşlı dəyəri olun “Neftçi”nin başına açılan oyunlara laqeydliyiniz, ağzınıza su alıb susmağınız bəs etməzmiş kimi, indi də Markarova və onun kimi mənfur ermənilərə haqq qazandırırsız.
Bir müddət əvvəl “Neftçi”nin əfsanəvi veteranlarından biri olan Çingiz İsmayılovun müsahibəsini oxumuşdum. Həmin müsahibəsində İsmayılov vurğulayır ki, Markarovdan başqa daha dörd Bakı ermənisi bizim futbol məktəbində yetişib, bərkiyiblər, ad-san qazanıblar. Sonra isə ən vacib məqamda “Neftçi”ni qoyaraq Ermənistana qaçıblar. Abdullayevin xəbəri yoxdu, olsaydı, Markarovla yanaşı Mirzoyan, Babayan, Baqdasarov və Andreasyan üçün də göz yaşı axıdar, onların da “Neftçi”yə sevgisindən, sadiqliyindən danışardı. Mən sizin yerinizə çox təəssüflənir və utanıram, cənab Abdullayev. Bir ürəkdə həm erməniləri, həm də azərbaycanlıları sevmək olmaz. İkisindən biri saxta və yalançıdı. Qərarınızı verin. Ya bizi sevin, ya da erməniləri!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar