Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
11 noy 10:53Yazar

Sissi Raytı tanıyırsızmı?

Almaniyalı bir qadın futbol məşqçisi vardı, əminəm ki, bir çoxunuz beləsindən xəbərsizsiz. Xəbəri olanlar da Rayt xalanı (yaxud da nənəni) çoxdan unudublar. Bilməyənlərə deyim, unudanlara da xatırladım ki, Berti Foqts AFFA-nın milyonlarını yeyib, şellənən vaxtlarda frau Sissi də yolunu Bakıdan salmışdı. 2010-cu ildə, onun 50 yaşı tamam olan il AFFA ilə bu frau arasında sözləşmə imzalandı, əl sıxdılar. Qərara gəlindi ki, Sissi Rayt Azərbaycanın 17 yaşadək futbolçu qızlardan ibarət milli komandasının baş məşqçisi olsun. Ayağına çarıq geyinsin, rayonları gəzsin. Həm bizim gözəl təbiətimizlə tanış olub, mətbəximizdən dadsın, qonaqpərvərliyimizi gösrün, həm də bölgələrdən istedadlı qızları seçsin, U-17 yığmasını formalaşdırsın. Mən əminəm ki, frau Sissi özü də bu işin perspektivinə inanmayıbmış. Amma Berti Foqtsla Bernard Lippert and-aman eləyiblər ki, bu dünyada azərbaycanlılar kimi sadəlövh və zəngin insanlar var olduqca, onların pullarını basıb yemək lazımdı. Foqtsla Lippertin şirin dilinə, gətirdiyi misallara, göstərdiyi sübutlara inanan Rayt Bakıya gəlməyə, AFFA-nın “şirəsindən çəkməyə” razılaşmışdı.
Əminəm ki, bu izdivacdan qazanan təkcə Sissi Raytın özü olmayıb. Milyonların havaya sovrulması layihəsi çərçivəsində alman qadının Bakıya gəlməsindən sonra həm onun həmyerliləri Foqts və Lippert, həm də işbaz-menecerlər qrupu öz paylarını götürüblər. 2010-cu ilin mayında Azərbaycandakı fəaliyyətinə başlayan Sissi Raytın səbri Berti Foqts qədər olmadı. Cəmi iki il burda çalışdı, 2012-də ölkəmizin evsahibliyi etdiyi dünya çempionatının final mərhələsini yola verdi. Özü də başa düşdü ki, azərbaycanlı qızlarla gördüyü işin heç bir perspektivi yoxdu. İlin sonunda müddəti bitən müqaviləsini yeniləmədi, Almaniyaya geri döndü. Onsuz da iki il ərzində burda yığdıqları uzun müddət bəs edəcəkdi. Millimiz isə onun rəhbərliyi altında evdə keçirilən dünya çempionatında hər üç oyunu uduzdu, qrup sonuncusu oldu. Frau Sissini vətəninə yola salandan sonra kədərlənmək üçün elə də çox vaxtımız olmadı. Çünki onun yerini daha gənc və yaraşıqlı bir xanım tutdu, özü də ispaniyalı. Söhbət Patrisiya Qonsalesdən gedir.
Qonsales Bakıya gələndə cəmi 25 yaşı vardı. Elə də böyük təcrübəyə malik olmayan ispaniyalı xanım ölkəsinin mətbuatına verdiyi müsahibələrdə etiraf edirdi ki, Azərbaycandan aldığı təklif xeyli cəlbedici olduğuna görə çətin yolu seçib. İlk vaxtlar Bakıdakı yaşayışına öyrəşmək üçün xeyli çətinlik çəkdiyini, uyğunlaşandan sonra onun üçün asan olmadığını da Patrisiya ispaniyalı jurnalistlərlə söhbətində deyirdi. “İlk il çətin oldu. Çünki çox çətin işə başlayırdım. Ancaq İspaniyada karyeramı davam etdirməyin də heç bir mənası yox idi” – bu cümləni onun məşhur “AS” qəzetinə verdiyi müsahibədən seçmişəm. Heç şübhəsiz, gənc yaşında bir ispan xanım uzaq Azərbaycanda heç də aşağı məbləğdə pula gününü keçirməzdi. Hesab-kitab işini yaxşı aparmışdı, müvəqqəti çətinliyə dözəcəkdi, sonra da burda qazandıqlarını vətənində kapitala çevirəcəkdi. Pis ideya deyildi. Onun başçılıq etdiyi millidə isə əsasən elə İspaniyadan dəvət olunan, “milliləşdirilmiş” qızlar oyanırdı. Bəs necə, öz həmvətənlərinə də xeyir verməliydi, ya yox?!
2013-cü ilin yanvarından 2016-nın yayına kimi Azərbaycanda çalışan Patrisiya Qonsalesin burdan xoş təəssüratla ayrıldığına heç şübhəm yoxdu. 3,5 il bizim üçün boşa getsə də, ispaniyalı xanım üçün sözün bütün mənalarında çox faydalı olmuşdu. Artıq buralarda çox da yubanmağın mənası yox idi. Həm də ki, AFFA da devalvasiyadan sonra kəmərləri bir qədər sıxmış, izafi xərcləri azaltmağa məcbur olmuşdu. Yəqin ki, həmin ərəfələrdə Azərbaycan futbolunda hansı proseslərin getdiyini hamınız yaxşı xatırlayırsız. Çox güman, Azərbaycanda qadın futbolunun perspektivinin olmadığını, bu sahəyə ayrılan pulların boşa və müəyyən adamların ciblərinə getdiyini də başa düşən olmuşdu. 2010-cu ildən bəri, hətta bir qədər də əvvəldən qadın futboluna yetərincə böyük pullar xərclənib. Amma nəticə yoxdu. Əslində nəticə var. Nəticə odu ki, qadın futbolunun vəziyyəti kişilərdən daha acınacaqlı, utandırıcıdı. Bu acı həqiqət Sissinin vaxtında da beləydi, Patrisiyanın da. Görənlər, bilənlər, ürəyi yananlar üçün.
Şübhəsi olanlar AFFA-nın rəsmi saytına baxsınlar: “Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2021-in seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. “ASCO Arena”da Çexiya yığması ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:4”. Maraqlıdı ki, ispanlara da eyni hesabla uduzmuşduq. Kimin günahıdı? Sissinin, yoxsa Patrisiyanın? Bəlkə AFFA-nın? Bilirəm ki, bu sual heç kimi maraqlandırmır. Hamının başı “Qarabağ”la haqq-hesab çəkməyə qarışıb. “Qarabağ” da sağ olsun, Avropa Liqasının qrup mərhələsindəki oyunlarıyla azarkeşlərin başını qatmağı bacarır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar