Yazarlar
Sonun başlanğıcı...

Anar Şabanoğlu


Sonun başlanğıcı...
İstefa!

Huşəng


İstefa!
Sonun başlanğıcı…

Anar Şabanoğlu


Sonun başlanğıcı…

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
Bugünkü qəzet
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
11 noy 10:46Yazar

Bəs sonra?

Cərimə meydançasında heç kimin mane olmadığı Efremin “qayçı” zərbəsindən sonra Yannunun qapıya göndərdiyi topun dığırlana-dığırlana xətti keçdiyi o məşum 88-ci dəqiqəyə qədər bütün kartlar öz əlimizdə idi. Amma məhz o anda bütün kartları pasa atdıq və Qarabağ məsələsi kimi, “Qarabağ”ın da taleyi artıq başqalarının, yəni “Sevilya”, APOEL və “Düdelanj”ın əlindədi. Qarşıdakı dörd oyunla bağlı istənilən qədər variant tapmaq, rəqəmləri çək-çevir etmək, oxucuları-futbolsevərləri ovudası hansısa məqamlar tapmaq olar. Amma düzünü deyəcəm: bütün bunları yazmaq üçün ilk növbədə müəllif özünü nikbin ovqata kökləməlidi ki, oyun bitən andan indiyə qədər nə qədər çalışsam da, bunu bacarmıram.
Əziz oxucular və dostlar! Gəlin bir məqamı bəribaşdan razılaşdıraq ki, öz uğursuzluğumuza, yəni “Qarabağ”ın iki oyunda APOEL-dən cəmi 1 xal almasına görə başqalarında günah axtarmaq, növbəti oyunlarda avropalıları mümkün sövdələşmələr üzündən suçlamaq haqqımız yoxdu. Hər bir komandanın turnir maraqları var və həmin maraqlar çərçivəsində hərəkət edir. “Sevilya” Avroliqada yaza vəsiqəni təmin edibsə, La Liqada isə ən yüksək yerlər uğrunda mübarizə aparırsa, sabah biz necə əndəlüslərə deyə bilərik ki, “Qarabağ”a görə meydanda can qoy və ya vicdanını itirmə? Təbii ki, “Düdelanj”dan da nəsə ummağa dəyməz. Bu gün də şansını itirməyən, “Qarabağ”la Bakıdakı oyuna turnir cədvəlində APOEL-dən və ağdamlılardan öndə çıxmağa çalışacaq lüksemburqlular, yəqin ki, bacardıqlarını edəcəklər. Sadəcə, narahatlıq doğuran məqam budu ki, Kipr yunanları bu gün onlardan obyektiv şəkildə güclüdülər.
Razılaşmalı olduğumuz 2-ci məqam budu ki, “Qarabağ” APOEL-dən zəif təsir bağışlasaydı, qol vəziyyətlərinin sayına və başqa oyun komponentlərinə görə rəqibə uduzmağın nəticəsi kimi meydandan xalsız ayrılsaydı, məğlubiyyəti təbii qəbul edər, hansısa elementlər üzərində daha çox çalışmağın zəruriliyini anlayardıq. İş onadı ki, istər avqustda və oktyabrda Bakıda keçirilən, istərsə srağagünkü oyunda ağdamlılar güclü və meydanda daha çox qol vəziyyəti yaradan tərəf idi. Əlbəttə, futbolda qol vəziyyətlərinin sayına görə komandalara əlavə xal verilmir və indi bu məqamdan yalnız yüngül təsəlli kimi yapışmağa məcburuq.
Üstün olduğumuz oyunlarda hədəfə çata bilmiriksə, deməli, ortada hansısa ciddi səbəblər var. Güman edirəm ki, fikrim kimlərsə önəmlidi. Önəmli sayırsızsa, deyim ki, futbol əslində hər bir fərdin, adamın, şəxsin xarakterinin meydandakı əksidi. Yəni çox nadir nümunələr tapmaq olar ki, xaraktercə ciddi, intizamlı adam meydanda qeyri-ciddi olsun və ya əksinə. Dediyim odu ki, Araz Abdullayev bundan sonra 50 il də futbol oynasa, hər kəsə bəlli qeyri-ciddiliyindən əl çəkməyəcək. Standart vəziyyətlərin komandanın yaralı yeri olduğunu bilə-bilə, normal axarda gedən oyunda heç nədən rəqibə korner qazandıran adamı şəxsən mən ciddi futbolçu kimi qəbul edə bilmərəm. Məni məzur tutun, amma gerçəklik belədi. Və ya qapımıza 2-ci qola səbəb olan epizodu xatırlayaq. Niyə Efrem sərbəst şəkildə cərimə meydançasında “qayçı” zərbəsi vura bilir, niyə həmin anda qapının sağ küncündə kimsə dayanmamışdı, niyə illərin təcrübəsi Almeyda Ayltona elə ehtiyatsız və yersiz ötürmə verməliydi ki? Özüm dünəndən bu qədər “niyə”nin içində boğularam, indi sizin də havanız çatmayacaq.
Mənə və güman edirəm ki, rasional düşünməyi bacaran hər kəsə çatmayan daha bir məqam var. İkinci hissənin əvvəlindən, daha dəqiqi, cavab qolunun vurulduğu 59-cu dəqiqədən etibarən birmənalı şəkildə geri çəkilməyi, rəqibi meydanın özünə aid hissəsində qarşılamağı “Qarabağ”a yaraşdırmadım. APOEL bizdən güclü olsaydı, belə qorxaqlığı qəbul edərdim. Amma ilk yarını tam boşa verən, faktiki bir dəfə də yüzfaizlik qol vəziyyəti yarada bilməyən rəqibi özündən üstün sayırsansa, nəsibin məğlubiyyətin, ümid yerin “Düdelanj” olur.
Bildiyiniz kimi, son vaxtlar qitə futbol qurumu daha çox pul qazanmaq naminə avrokuboklar üzərində hər cür eksperiment aparır. UEFA-nın son islahatlarının ardından Allah bilir bir də nə vaxt Azərbaycan klublarının əlinə avrokuboklarda yaza qalmaq baxımından belə gözəl şans düşəcək. Təəssüf ki, bu gün üçün əlimizdə ümiddən başqa heç nə yoxdu. Bir də hər kəsə “mübarizə hələ bitməyib” deyən Qurban Qurbanovun nikbinliyindən arzulayardım. Bitib, yoxsa bitməyib? “Qarabağ” yalnız bu suala “yox” cavabı verəcəyi halda aradakı pərtliyi unutdura bilər. Yoxsa illər keçəndən sonra da bizə APOEL-in üç ay ərzində ölkəmizin çempionunu iki dəfə cəzalandırmasını unutmaq çətin olacaq. Çox, çox çətin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Bu gün, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Bu gün, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Bu gün, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Bu gün, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Bu gün, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı Dünən, 12:20 Çay və ya qəhvə içmək zamanı Dünən, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Dünən, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Dünən, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Dünən, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Dünən, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib Bütün xəbərlər
Ən çox oxunanlar