06 noy 12:23Yazar

Emil Balayev üçün “fors-major”

Qazaxıstan premyer-liqası mənim üçün son 15 ildə həmişə xüsusi maraq kəsb edib. Zarafat deyil, 2004-cü ilin sonlarından ömrümün düz 50 ayını Almatıda keçirmişəm. Oranın futbolunda olub-bitənlərlə maraqlanır, başverənlərdən xəbər tutmağa çalışırdım. O vaxtdan bəri Qazaxıstan futbolunda çox şeylər dəyişib. XXI əsrin ilk onilliyində ordakı dəbi “Astana” ilə “Kayrat” müəyyənləşdirmirdi. Hətta “Astana” adlı klub yox idi. “Kayrat” isə xeyli zəifləmiş və kasıblamışdı. Əvəzində “Aktöbe”, Karaqanda “Şaxtyor”u, Kostanay “Tobol”u, Pavlodar “İrtış”ı hamıya meydan oxuyurdu. Xüsusən də Dmitri Oqayın çalışdırdığı “Tobol” və Aleksandr Mukanovun baş məşqçisi olduğu “Aktöbe” məğlubedilməz sayılır, çempionluq mübarizəsi bu iki komanda arasında gedirdi. Taleyin istehzasıdı ki, indi “Aktöbe” yaşamaq uğrunda mübarizə aparır və elitanı tərk etməyə çox yaxındı. Karaqanda şəhərinin təmsilçisi “Şaxtyor”un da yaxşı günləri çoxdan geridə qalıb. “Şaxtaçılar”ın sorağı bir aralar Avropa Liqasının qrup mərhələsindən gəlirdisə, indi avrokuboklara vəsiqə belə onlar üçün şirin yuxu kimidi. Əvəzində ölkənin hazırkı paytaxtı Astananın eyniadlı klubu xeyli güclənib. Qazaxıstanın “cənub paytaxtı” sayılan Almatının qüruru “Kayrat” da artıq özünə gəlib, xüsusilə də bu il çempionluğa xeyli yaxın oldu.
Bu mövsüm yaşananlardan, yəqin ki, əksəriyyətiniz xəbərdardı. Çünki Qazaxıstan premyer-liqası azərbaycanlı azarkeşlər üçün il xeyli doğmalaşdı, Xəzərin o tayında gedən çempionluq mübarizəsi burdan da maraqla izlənməyə başladı. Heç də təsadüfi deyildi. Həmyerlimiz Emil Balayev qışda Kostanayın “Tobol” klubu ilə müqavilə imzaladı. Etiraf edək ki, həmin vaxt Emilin Qazaxıstandakı perspektivinə heç də böyük ümidlər bəsləmirdik. Bizimkilər Avropanın inkişaf etmiş ölkələrində, müasirliklərlə dolu şəhərlərdə yaşamağa çətinlik çəkirlər. Qorxurduq ki, Balayev üçün soyuq iqlimə malik Qazaxıstanın əyalət şəhəri darıxdırıcı olacaq, azərbaycanlı qapıçı “Tobol”da çox da duruş gətirə bilməyəcək. Amma bütün bu bədbin ehtimallar doğrulmadı. Emil Kostanayın soyuğuna, Qazaxıstan çempionatının ağırlığına çox tez öyrəşdi. Bəzən saatlarla yollarda oldu. Azərbaycandakı “paytaxt birinciliyi” ilə Qazaxıstan premyer-liqası çox fərqli yarışlardı. Bizdə futbolçular səfərə Bakının bir stadionundan digərinə gedir, bir qəsəbədən o birinə yol qət edirlər. İldə iki dəfə Sumqayıta, bir o qədər də Qəbələyə getmək lazım gəlir. Deməli, ildə cəmi 4 dəfə paytaxtı tərk edirsən. Orda isə 11 rəqibin hamısı sənə uzaq olan şəhərlərdədilər. Gah təyyarə ilə uçmalı olursan, gah da qatarla uzun yol gedirsən. Bütün bunlar isə futbolçular üçün əlavə çətinlik deməkdi. Emil bu çətinlikləri uğurla dəf edə bildi.
Həmyerlimiz qısa müddətdə “Tobol” üçün elə bir əhəmiyyətli fiqura, əvəzolunmaz qapıçıya çevrildi ki, məşqçi dəyişikliyi də problem olmadı. Adətən, komandada məşqçilər dəyişəndə yeni gələn heyətə də əl gəzdirir, xüsusən də legionerlərin yola salınmasında, əvəzinə başqalarının alınmasında maraqlı olur. Amma “Tobol”da belə problem yaşanmadı. Ən azı Emil Balayev “əvəzedilməz 1 nömrə” statusunu itirmədi. Sözsüz ki, Emil buna layiq idi, hansısa pərdəarxası məqamlar onu “çərçivə”də əvəzolunmaza çevirməmişdi. Etibarlılığı, soyuqqanlılığı ilə “1 nömrə” adına layiq idi. Eyni zamanda onu vurğulamaq lazımdı ki, “Tobol”da göstərilən bu etimad Emil üçün tramplinə çevrildi, qısa müddətdə xeyli “arıtmağı” da bacardı. Təsadüfi deyil ki, Emil məhz Kostanay təmsilçisində sabit oynamağa başlayandan sonra milli komandanın da əsas üzvünə çevrildi, Xorvatiya ilə oyunda debüt etdi. Özü də necə! Xorvatlara qarşı görüşdə komandamızın ən yaxşılarından idi. Təsadüfi deyil ki, qapımıza vurulan yeganə qol da penaltidən idi, qapıçımız bir neçə epizodda xilaskara çevrildi. Macarlarla səfərdəki oyunda da Balayev yetərincə inamlı görünürdü. Paralel olaraq “Tobol”da da uğurlu çıxış etdi, qapısın 735 dəqiqə toxunulmaz saxlamağı bacardı. Bununla da o, Qazaxıstan çempionatları tarixində ən yaxşı 5-ci göstəricinin altına imzasını atdı. Çətin ki, yaxın gələcəkdə kimsə Emilin uğurunu təkrarlaya, onu qabaqlamağı bacara.
Təəssüflər olsun ki, sonluğu eyni dərəcədə uğurlu gətirmək mümkün olmadı. Mövsümü yüksək səviyyədə keçirən “Tobol” sona yaxın büdrədi. Xüsusilə də əsas rəqiblərlə prinsipal oyunlar uğursuz alındı. Bizə tanış olan məşqçilər - Kaxaber Tsxadadze və Roman Qriqorçukun çalışdırdığı “Ordabası”yla “Astana” Kostanay səfərindən 3 xalla dönüncə, “Tobol” ilk “üçlük”dən kənarda qaldı. Bu həm də o deməkdi ki, “Tobol” bu yay avrokuboklarda iştirak etməyəcək. Kağız üzərində şans qalsa da, çətin ki sonuncu turda Tsxadadzenin komandası fürsəti əldən versin. Bu həm də o deməkdi ki, “Tobol” gələn mövsümə qədər böyük dəyişikliklərə uğrayacaq. Ümid edək ki, Emil Qazaxıstanı tərk etsə belə, Bakıya yox, daha uzaqlara doğru istiqamət alacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar