02 noy 12:24Yazar

Futbolumuzun yeganə problemi Rəşaddı?

Mən həmişə millətimizin kreativliyinə həsəd aparıb, hər şeyi tez yaddan çıxarmasına əsəbləşmişəm. Bu səbəblərdən də həmişə acı çəkmişik, çox şeylər itirmişik. Və itirə-itirə də gedirik. 1990-cı ilin yanvarında yüzlərlə azərbaycanlının ölümünə fərman verən Yevgeni Primakova yubiley keçirən xalqıq. Kreativlik məsələsinə gəlincə, bir neçə cümlə ilə bu fikrə aydınlıq gətirməyə çalışacam. Tarixçilərimiz ermənilərin acığına, dədə-babadan Qafqazın yerli sakinləri olduğumuzu sübut etmək üçün bütün sərhədləri aşmağı belə özlərinə rəva biliblər və bu gün də bu cığırla addımlayırlar. Tarixlə az-çox maraqlananlar bilir ki, dünya tarixçiləri ən qədim sivilizasiya kimi Şumer mədəniyyətini qəbul edir və araşdırmaçılar şumer tarixinin 5 min il olduğunu qəbul ediblər. Bizim tarixçilərimiz isə dünyadakı həmkarlarını şoka salıblar. Bu yaxınlarda Tovuzda tapılan qədim yaşayış məskəni haqda məlumat yayıb, təxmini hesablamalara görə onun 11 min il əvvəl salındığını elan ediblər. “Qonşudan qalma geri” prinsipinə əsaslanan tarixçi alimlərimiz bununla da bizi bütün dünyanın gülüş hədəfinə çeviriblər. Bu azmış kimi, bir qədər irəli gedib daha ilginc açıqlama ilə növbəti dəfə “radara düşüblər”. Bütün dünya samovarın vətəni kimi Rusiyanı, daha dəqiq desək, şimal qonşularımızın Tula şəhərini tanısa da, tarixçilərimiz öz saxta prinsiplərinə sadiq qalaraq, Tovuzdakı kurqanda qəbirlərdən birində samovara oxşar əşyanı tapdıqlarını, bununla da samovarın vətəininin də Azərbaycan olduğunu söyləyiblər. İndi gəl ingilis Cona, rus Matveyə sübut et ki, biz ciddi millətik, bazarda alver eləməkdən savayı, elmlə də maraqlanırıq, təhsilə də diqqət ayırırıq, arada dünya səviyyəli ailəmlər də yetişdiririk. Bizim tarixçilərimiz özləri də bilmədən (bəlkə də bilərəkdən) saxta araşdırmalarla olan tariximizi də şübhə altına salıblar.
Problem tək tarixlə kifayətlənsəydi, nə var idi. Mədəniyyət sahəsində də eyni hal yaşanır. Dünyanın ən mədəni xalqlarının adı çəkiləndə bizim mədəniyyət xadimlərimiz az qala özlərini doğrayıb, qanlarını ortaya tökürlər ki, dünyada mədəniyyət deyilən zad məhz biz tərəflərdə və Azərbaycan adlı məkandan dünyaya yayılıb. Adi bir misalla azərbaycanlıların mədəniyyətə olan münasibətini göstərmək kifayətdi. Bu gün müxtəlif məclislərdə, tədbirlərdə yaşından, peşəsindən, ictimai statusundan asılı olmayaraq, çoxlarının ayaqyoluna gedərkən “mədəniyyət evinə dəyib gəlirəm” deməsinin şahidi olmuşuq. Adi bu fakt bir daha göstərir ki, biz necə mədəniyik və mədəniyyətə hansı qiyməti veriririk. Tualetə “mədəniyyət evi” adı qoyan millətin nümayəndəsi oldğum üçün fəxr edirəm. Bu yaxınlarda mətbuatda telekanalların reytinq cədvəli açıqlanmışdı. Sən demə, özünü mədəni xalq hesab edən azərbaycanlılar ən az məhz “Mədəniyyət” kanalını izləyirmişlər. Bu da sizə mədəni xalq olmağımızın bariz nümunəsi.
Eyni hal idmanımızda da yaşanır. Yaşlı nəslin nümayəndələri (bizim qohumların da arasında belələrinin sayı az deyil) nostalji hisslərə qapılaraq ötən illəri yada salırlar, SSRİ dönəmində ölkə futbolunun nəticələrindən ağızdolusu danışırlar. 100 ildən artıq yaşı olan futbolumuzun tarixini vərəqlədikdə, başqa mənzərə ilə qarşılaşırsan. Azərbaycan komandaları (bilərəkdən cəm şəklində yazdım. Tarixi təhrif etmək bizə yaraşmaz. Gələcək nəsillər bunu mənə bağışlamaz. 1968-ci ildə SSRİ çempionatının güclülər dəstəsində iki komandamız çıxış edib) nə Tiflis “Dinamo”su kimi ölkə çempionu olub, nə də avrokubok qazanıb. Heç “Ararat” kimi də olmamışıq. Ermənistan təmsilçisi “qızıl” qazanmaqla yanaşı, SSRİ kubokunu da başı üzərinə qaldırıb. Öyünə biləcəyimiz 1966-cı il var ki, onda da bürünc medal qazanan “Neftçi”nin heyətində əsasən qeyri-azərbaycanlılar çıxış edib. Bütün bunları nəyə görə xatırlatdım. Müstəqillik illərində futbol sahəsində əldə olunan nəticələri nəzərə alsaq, 27 ildə 70 ildəkindən daha uğurlu olduğumuzu vurğulamağı özümə borc bilirəm. Müstəqillik illərində isə öyünə, qonaq-qara qarşısına çıxara biləcəyimiz uzağı 5-6 səviyyəli futbolçumuz olub ki, onlardan biri də hazırda “Qarabağ”ın kapitan sarğısını qoluna taxan Rəşad Sadıqovdu. Yazımın əvvəlində kreativ və unutqan millət olduğumuzu bildirmişdim. APOEL-lə son oyundan sonra Rəşada qarşı müxtəlif təbəqələrdə söylənilən fikirlər hələ də mənə çatmır. Niyə biz beləyik? Niyə 37 yaşda “Bavariya”nı “Fiorentina”ya dəyişən Frank Riberiyə az qala sitayiş edib “bərəkallah” söyləyən azərbaycanlı futbolsevərlər Rəşadı bu qədər asıb-kəsir, az qala bir səhvə görə linc etməyə hazırdılar? Bu həmin Rəşaddı ki, premyer-liqanın digər klublarının rəhbərləri, baş məşqçiləri düşərgədə onun kimi liderə ehtiyac duyduqlarını dəfələrlə dilə gətiriblər. Bu həmin Rəşaddı ki, yaşlı və loru dillə desək, üzü üzlər görmüş legionerlərə, harınlamış yerlilərə “Qarabağ”da həddini aşmağa imkan vermir. Bəziləri düşünə bilər ki, həmin əcnəbilər hazırda “köhlən atlar”ın şərəfini qoruyub, babat maaş aldıqları üçün Rəşada hörmət etməyə məhkumdular. Bəs onda hazırda karyerasını ABŞ-da davam etdirən, 2016-cı ildə Fransada keçirilən Avropa çempionatının final mərhələsində Albaniya millisinin kapitanı olan Ansi Aqollinin söylədiklərinə nə don geyindirək? Ansi dəfələrlə açıqlamalarında Qurban Qurbanovu özünün mənəvi atası, Rəşadı isə böyük qardaşı adlandırıb. Özü də “Qarabağ”dan ayrılandan sonra. Bu bir əcnəbinin bizim futbolçuya verdiyi dəyərdi. Bu gün istər “Qarabağ”ın, istər Azərbaycan futbolunun Sadıqova ehtiyacı var. Rəşadla tanışlığım illər əvvələ təsadüf etsə də, heç vaxt isti münasibətimiz olmayıb. İl ərzində uzağı iki-üç dəfə “miks-zona”da üz-üzə gəlmişik. Ancaq onun Azərbaycan futbolunda hansı imicə malik olduğunu çox yaxşı bilirəm. Başqa vaxt hamı Avropa meyarlarını önə çəkir, “köhnə qitə”dən çox şey öyrənməli oldğumuzu deyir. Bu yerdə onu da deyim ki, nəinki Avropada, ümumiyyətlə, bütün dünyada insana pasportda göstərilən təvəllüdünə görə yox, bacarığına və bioloji durumuna görə qiymət verirlər. Biz azərbaycanlılar isə 25 yaşlı futbolçuya gənc və perspektivli, təcrübəsiz adı qoyub, 37 yaşda meydana çıxana qoca damğası vururuq. Bu məntiqlə hara gedəcəyik, hansı uğuru qazanacağıq? Hər şeyə obyektiv yanaşmaq, hay-küyə uymamaq lazımdı. Bu il “Qarabağ”ın ölkə futbolu tarixində daha bir ilkə imza atmaq fürsəti var. Görünür, bu məqam kimlərisə narahat edir və bu üzdən kommunist tərbiyəsi ilə böyüyən həmin kimlərsə indidən qarayaxma, qəhrəmanları gözdənsalma kampaniyasına start verməyi lazım biliblər. Belələrinin əmrlərinə daim hazır olanlar da yuxarıdan gələn əmrləri yerinə yetirmək, özlərini daha baha satmaq üçün fürsət gözləyirdilər ki, “mən də varam” desinlər. İndi əllərinə yaxşı məqam düşüb. Müxtəlif yaş qrupu üzrə millilərin, əsas yığmanın il ərzində biabırçı nəticələrini ört-basdır etmək, ictimai fikri başqa səmtə yönəltmək üçün Rəşad məsələsi ortaya atılıb. Futbolumuzda yaşanan uğursuzluqları belə mövzularla unutdurmaq istəyirlər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar