02 noy 12:00Yazar

Onlara niyə ehtiyac yoxdu?

Kamran Ağayev və Vaqif Cavadov – çox da uzaq olmayan keçmişdə hər ikisi Azərbaycanın ən güclü futbolçularından sayılırdı. Bu iki futbolçu olmadan milli komandanı təsəvvür etmirdik, onların yoxluğu təkcə yığma üçün yox, elə klubları üçün də ciddi itki idi. Vaqifin milli komandadakı debütünü də yaxşı xatırlayıram. Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Alma TV Kuboku”nda Şahin Diniyev hələ yeniyetmə çağında olan Vaqifi meydana buraxdı. Görüşü canlı yayınlayan “El Arna” telekanalının şərhçisi dəfələrlə Cavadovun Moskva ÇSKA-sının yetirməsi olduğunu, istedadlı futbolçu sayıldığını vurğuladı. Mənim də ürəyim fərəh hissiylə dolurdu. Düşünürdüm ki, çox tezliklə həmyerlimiz Rusiyada adından söz etdirməyə başlayacaq, milli komandamızın düşərgəsinə də ÇSKA-nın əsas heyət üzvü kimi gələcək…
Elə Kamran Ağayevlə bağlı da gözləntilərimiz böyük idi. 2008-ci ilin payızında yığmanın heyətində debüt edəndə cəmi 18 yaşı vardı. Uelsə uduzsaq da, gənc qapıçı oyunun qəhrəmanına çevrilmişdi. Kamranı Avropanın “top-klub”larında görəcəyimiz günün həsrətində idik. Amma nə Vaqif, nə də Kamran tanınmış klubları demirəm, heç Avropanın ortabablarında boy göstərməyi, adlarından söz etdirməyi bacarmadılar. Halbuki bunun üçün onların şansı da var idi. Mən nə Cavadovun, nə də Ağayevin Azərbaycan futbolu üçün etdiklərini danmıram. Millinin heyətində bacardıqlarını ediblər, az-çox nəticələr də var. Berti Foqtsun, Robert Prosineçkinin qaz vurub, qazan doldurduğu illərdə tarixdə qalan nəticələrin əksəriyyətində bu iki futbolçunun zəhməti var. Vaqifin adı gələndə onun Rusiyanın qapısına vurduğu, bizi məğlubiyyətdən xilas edən, xal qazandıran qollar yada düşür. Elə Kamran da şimal qonşularımıza qarşı keçirdiyimiz oyunların qəhrəmanlarındandı. Qardaş Türkiyəni məğlub etdiyimiz, Belçika ilə heç-heçə oynadığımız oyunda da hər ikisi millinin heyətindəydi. Siyahını uzatmaq da olar. Onsuz da bütün bunlar yaxın keçmişdə baş verib, yaddaşlardan silinməyib. Adamı yandıran odu ki, belə istedad sahibləri xarici klublarda karyera qura bilmədilər.
Bəlkə də Vaqiflə Kamranın bəxti həm də onda gətirmədi ki, onların karyerasının ən yaxşı günləri Azərbaycan futbolunda milyonların dövr etdiyi dönəmlə üst-üstə düşdü. “Bakı”nın, “Xəzər Lənkəran”ın, “Neftçi”nin, “İnter”in futbolçuların başına pulu sel kimi səpələdiyi, yerli futbolçuların limitin verdiyi imtiyazdan bol-bol yararlandığı günlər belə növcavanların karyerasında həlledici səddə çevrildi. Havada uçuşan milyonlardan öz paylarını maksimum götürməyə çalışan gənc futbolçular xaricdən gələn təkliflərin marağında belə deyildilər. Onlar üçün vacib olan yerli klubların cəlbedici təklifləri, “yerli futbolçu hərracı”nda qiymətlərini bacardıqları qədər yüksəltmək idi. Elə bunun da sayəsində Kamran gəncliyinin ən yaxşı illərini “Xəzər Lənkəran”da keçirdi, bu klubda yaşanan bütün intiriqalarda baş rolda yer alanlardan biri oldu. Vaqifin “Tvente”yə yola salınması necə hay-küylü alınmışdısa, ordan geri dönüşü də o qədər sakit baş verdi. Bir də gözümüzü onda açdıq ki, Cavadov “Bakı”nın zolaqlı formasını geyib, Hafiz Məmmədovun klubuyla bahalı müqavilə imzalayıb. Müəyyən qədər “Volqa”da da oynadı. Amma elə Rusiyada da işləri alınmadı, tez-tələsik geri döndü.
Bu iki futbolçunun karyeralarını, həyat tarixçələrini vərəqləmək həvəsim boşuna yaranmadı. Etiraf edək ki, hər ikisinin yeri görünür. Həm milli komandada, həm də premyer-liqada. Şübhə etmirəm ki, yığmada olmasa belə, çempionatda oynamağa gücləri var. Beşindən zəif olsalar da, on beşindən zəif çıxış etməzlər. Amma bir şərtlə ki, özlərinə və karyeralarına hörmət qoyub, işə ciddi yanaşalar, gənclərdən daha çox məşq edələr. Təcrübələrinə, keçmişdə qalan karyeralarına arxayın olub, məşqlərdə verilən tapşırıqları qulaqardına vurmayalar. Güman ki, bu gün kənarda qalmalarında da belə laqeydliyin təsiri var. Düzdü, bütün günah özlərindədi demək çətindi. Bəlkə də həqiqətən də təklif almayıblar, onları yada salan olmayıb. Lap elə vəziyyət acınacaqlıdısa belə, buna görə özlərini günahlandırmalı, harda səhvə yol verdiklərini götür-qoy etməlidilər. Hazırda Vaqifin 30 yaşı var. Elitada ondan yaşlı həm yerli, həm də əcnəbi futbolçuların sayı yetərincədi. Kamran isə fevralda 33 yaşını tamamlayıb. Qapıçı üçün elə də çox yaş sayılmaz. “Keşlə”nin moldovalı qapıçısı Stanislav Namaşko elə Kamranın həmyaşıdıdı. Əminliklə söyləmək olar ki, Kamran Stanislavdan heç də zəif qapıçı olmayıb. Ola bilsin ki, intizamı, işə can yandırması Namaşkodan zəifdi. Deməli, hansısa məqamlardan yol verdiyi boşluqlar bugünkü aqibətini qaçılmaz edib.
Cavadovla Ağayev milyonların Azərbaycan futbolunda qaydaları müəyyənləşdirdiyi günlərdə yaxşı pullar qazanıblar. Yəqin ki, bu gün dolanışıqları pis deyil, hansısa klubun verəcəyi 5-10 minə ehtiyacları yoxdu. Amma futbol oynamaq təkcə pul qazanmaq vasitəsi deyil. Peşəkarlar üçün futbol həm də həyat eşqi, illərin xərcləndiyi sevgidi. Bir də ki, tanrının verdiyi istedadı belə laqeydliklə boşa vermək olmaz. Ümid edirəm ki, onlar daşı ətəklərindən tökəcək, məşqlərə başlayacaqlar. Əvvəlcə fərdi məşq edib, futbola dönmək həvəsini göstərmək lazımdı. Yəqin ki, sonradan səlahiyyət sahibləri bu həvəsi görər, qapanmış qapılar açılar. Butsları mismardan asmaq üçün hələ tezdi, cənablar!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar