01 noy 12:58Yazar

“Səbail”in təəccübləndirən enişi

Bəli, şəxsən mənim üçün “Səbail”in indiki vəziyyəti xeyli təəccüblüdü. Yeni yaranmasına baxmayaraq, bu komanda ötən mövsümdəki çıxışıyla hamını yaxşı mənada təəccübləndirməyi bacardı. Aftandil Hacıyevin çalışdırdığı komanda çempionluğun taleyinin həll olunmasında da mühüm rol oynamışdı. Düzdü, “Neftçi” “Sumqayıt”a məğlub olandan sonra “Qarabağ”ın qarşısında “ağ bayraq qaldırmışdı”. Amma razılaşın ki, qışdan sonra “Səbail”lə oyunlarda itirilən xallar da həlledici idi. Hacıyevin gənc komandası təkcə nəticə qazanmırdı, həm də baxımlı oyun sərgiləyirdi. Elə bunun da nəticəsi kimi komanda avrokuboklara vəsiqə qazandı, Azərbaycanı Avropa Liqasında təmsil edən dörd komandadan biri oldu. Na baş verdisə, elə bundan sonra “Səbail” keşməkeşli yollara qədəm qoydu.
Düzdü, püşk də komandanın üzünə gülməmişdi. Avrokubokların püşkü atılandan dərhal sonra hamı birağızdan onu deyirdi ki, “Səbail”in bəxti gətirmədi. Hər halda, “Universitatya” “Sperantsa”dan da, “Dinamo”dan da güclü rəqib kimi görünürdü. Və rəqibin ad-sanı, Rumıniyanı təmsil etməsi “Səbail”i vaxtında əvvəl məğlubiyyətlə barışmağa məcbur etdi. Halbuki bu rəqiblə hər iki oyun başqa mətləbləri ortaya çıxardı. Sən demə, qorxulu heç nə yox imiş. “Səbail” qorxa-qorxa bu rəqibin qapısına iki oyuna 4 qol vurmağı bacardı. Bir az ürəkli oynayıb, öz qapılarını, heç olmasa, Bakıdakı oyunda toxunulmaz saxlaya bilsəydilər, hər şey başqa cür ola bilərmiş. Bunu başa düşəndə hamımız üçün gec idi. Necə deyərlər, “Səbail” üçün “avrokubok qatarı” artıq getmişdi. Yayda klublarımızın böyük əksəriyyəti Türkiyədə hazırlıq keçəndə “Səbail” Bolqarıstanın yolunu tutmuşdu. Komanda transfer bazarında da xeyli fəal görünürdü. Heç deməzdin ki, bütün bunlar Avropa Liqasının ilkin təsnifat mərhələsinə hesablanıbmış. Avrokubok mübarizəsi bitdi, “Səbail”in də pulu, yaşamaq həvəsi bitdi. Hər halda, kənardan görünən mənzərə beləydi. Ya da ki, kimlərsə “Səbail”i zəiflətmək üçün elə həmin məqamı gözləyirmişlər. Hadisələrin sonrakı axarından belə anlaşıldı ki, sponsorlar komandadan avrokuboklardakı debüt mövsümündəcə qrup mərhələsinə yüksəlməyi tələb edibmişlər. Belə olmasaydı, “Universitatya” ilə oyunlar bitən kimi klubdaxili iclas keçirilməz, legionerlərə və başqa yüksəködənişli futbolçulara “getmək istəyənlərə qapılar açıqdı” deyilməzdi.
Düzdü, sonradan bütün bunlar təkzib olundu, Bayıl təmsilçisinin yenə iddialı olacağı, maaşların ödənilməsində hansısa problem yaşanmayacağı deyildi. Amma gördüyümüz mənzərə heç də bundan xəbər vermir. Aftandil Hacıyev özü də etiraf edir ki, Maykl Essyen cəmi 30-35 dəqiqə oynamaq gücündədi. Bəli, cənab Hacıyev hələ bir az insaflıdı. Essyenin gücü uzağı 10 dəqiqəyə çatır, qalan dəqiqələrdə veteran futbolçu meydanda ayaqlarını sürüyür. Di gəl ki, “Səbail”də onu bərk-bərk qucaqlayıblar. Əvəzində yayda edilən, komandaya fayda verəcək gücdə olan transferlərin əksəriyyəti yola salındı. Qalanları da meydana motivasiyasız çıxır, 90 dəqiqəni yola verməklə məşğul olur. Bunu deməklə Ağabala Ramazanovun, yaxud da onun kimi nəsə etməyə çalışanların əziyyətini yerə vurmaq istəmirəm. Başa düşmək çətin deyil ki, həmin o tək-tük sayda olanlar da öz adlarına görə, sonra da daha yaxşı təklif almaq üçün ora-bura qaçırlar. “Səbail”in oyun intizamı pozulub, qələbə istəyi, kollektiv mübarizə həvəsi hiss olunmur. Qoy bu sözlərimdən heç kim inciməsin.
“Dənizçilər”in hazırkı heyəti heç də pis deyil. Kamal Bayramov “çərçivə”də etibarlı görünən adlardandı. Ağabala Ramazanov, Mirabdulla Abbasov, Rahid Əmirquliyev, Urfan Abbasov, Şəhiriyar Rəhimov... Hər biri öz mövqeyində Azərbaycanın ən yaxşılarındandı, zaman-zaman millinin heyətində görünürlər. Görünən odu ki, onlar “Səbail”i tərk edən əcnəbilərdən fərqli elə də yaxşı təklif almadılar və ən azı bu mövsümlük taleləri ilə barışdılar. İlk 4 turda üç qələbə qazanan komandanın sonrakı 5 qarşılaşmada qələbəyə həsrət qalmasına necə məntiqi izah vermək olar? “Qəbələ” ilə görüşdə əzmkar heç-heçəyə nail olan “Səbail” sonrakı 4 görüşün hamısında uduzdub. Özü də həmin oyunların üçündə Aftandil Hacıyevin yetirmələri heç qol vurmağı da bacarmayıb, “quru” hesablı məğlubiyyətə düçar olublar. Hər nə qədər komandanın “Qarabağ”a qarşı görüşü yaxşı keçirdiyini desək də, məğlubiyyəti gətirən qolun son dəqiqələrdə vurulduğunu nəzərə alsaq da, “Səbail”in enişdə olması danılmaz faktdı. Bayıl təmsilçisinin düşərgəsində nələrsə yaşanır. Həmin o “nələrsə” komandanı turdan-tura geri salır, zəiflədir, turnir cədvəlinin “zirzəmi”sinə doğru sürükləyir. Düzdü, hazırkı mövqe elə də qorxulu görünmür. Amma unutmayaq ki, toplanan 10 xaldan doqquzu ilk 4 turdakı qələbələrin sayəsindədi. Deməli, bu gedişlə daha aşağı pillələr elə də uzaqda deyil. “Səbail” toparlanıb, türkün sözü “kötü gedişat”ı dayandıra bilməsə, tezliklə vəziyyət daha da acınacaqlı olacaq. Ümid edirəm ki, klub rəhbərliyi bunu mütləq nəzərə alacaq. Komandanı toparlayın, cənablar. Yaxşı heyətə, işini bilən baş məşqçiyə sahib olan komanda nə üçün ötənilki, yaxud da mövsümün əvvəlində olduğu kimi oynaya bilmir? Bu suala mütləq cavab tapın.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar