28 okt 12:00Yazar

Hələ dünyanın sonu deyil

“Sabahkı oyundan sonra gülən mən olacağam, narahat olmayın. Heç bir görüşdən əvvəl neqativ düşünmək olmaz. Həyatda da belədi. Neqativ yox, pozitiv düşünməliyik” – bu sözləri APOEL-n baş məşqçisi Tomas Doll “Qarabağ”la görüşdən əvvəl demişdi. Berti Foqtsun həmyerlisi hələ Bakıya avqustdakı gəlişi zamanı bir mütəxəssis kimi hörmətə layiq olduğunu isbatlamışdı. Yenə də həm oyundan əvvəlki və sonrakı açıqlamaları, həm də meydanda ortaya qoyduğu işlə 53 illik ömrünü boşa yaşamadığını göstərdi. Adam öz işini yaxşı bilir. Komandası tam dolu stadionda, yetərincə güclü rəqibə qarşı oyunda qısa müddətdə ikinci dəfə uduzmadı. İlk gəlişlərində qələbə lazım idi, aldılar, getdilər . İkinci dəfə vəziyyət bir qədər mürəkkəbləşmişdi. APOEL Çempionlar Liqasında mübarizəni dayandırandan sonra eniş yaşayır. Avropa Liqasında da ilk iki oyunu uduzmuşdular. Xüsusilə də “F91 Düdelanj”a evdəki məğlubiyyət komandanın ad-sanına, iddialarına yaraşmırdı. Bu psixoloji əngəli aşmaq, özünəinamı bərpa etmək üçün Bakıda uduzmamaq lazım idi. Nəyin bahasına olur-olsun. İlk qolda Maksimin kürəyindən sıçrayan top tora qovuşdu, ikincidə isə Ayltonun ehtiyatsız zərbəsi, Rəşadın ayağının büdrəməsi APOEL üçün göydəndüşmə oldu.
Mən əminəm ki, hər iki qolun üzərində Doll uzun müddət hazırlıq görmüş, futbolçularını buna hazırlamışdı. Özü də yaxşı başa düşürdü ki, “Qarabağ”ın futbolçuları fərdi şəkildə də, kollektiv olaraq da zəif deyillər. Hətta bəzi göstəricilərə görə Azərbaycan çempionu APOEL-i üstələyir. İndiyə qədər keçirilən üç qarşılaşmanın hamısı bunu təsdiqləyir. Ümid qalırdı rəqibi yaxşı incələyib, zəif nöqtələri tapmağa və onlardan maksimum yararlanmağa. Cənubi Kiprdən gələn qonaqlar yaxşı bilirdilər ki, standart vəziyyətlər, qapı qarşısına göndərilən hava topları təkcə “Qarabağ”ın yox, bütünlükdə Azərbaycan futbolunun yaralı yeridi. İlk qolda bunu bilmələri, düzgün tətbiq etmələri işə yaradı. Mən yüz faiz əminəm ki, fasilə ərəfəsindəki məlum epizodda Linus Halleniusun Rəşada pressinq tətbiq etməsi də əvvəlcədən düşünülmüşdü. “Qarabağ”ın kapitanının gərgin keçən oyunun 45-ci dəqiqəsində, bir ayağıyla paltardəyişmə otağına yollanmaq üzrəykən büdrəməsi, texniki səhvə yol verməsi mümkün ehtimal idi. Burda həm Sadıqovun yorğunluğu və özünü epizoda hazırlaya bilməməsi, həm də isveçli futbolçunun vəziyyəti düzgün dəyərləndirib onun üzərinə şığıması həlledici rol oynadı.
Bəli, Rəşad Sadıqov texniki səhvə yol verdi, qəfildən ayağına gələn topa düzgün ayaq qoya bilmədi, onu uzaqlaşdırmağı bacarmadı. Bəs həmin topun ora gəlməsinin səbəbkarı olan Aylton? O yaşda, o təcrübədə, özü də ki, legioner futbolçu topu qüvvətli zərbə ilə APOEL-in cərimə meydançasına doğru istiqamətləndirməliydi axı. Hissənin əsas vaxtı bitib, buraxılan qol onsuz da əhvalımızı korlayıb. Top həmin anda APOEL-in qapısına tərəf göndərilsəydi, hakim komandaları fasiləyə, yəni nəfəs dərməyə göndərəcəkdi. Deməli, “Qarabağ” 2-ci hissəyə məğlub durumda başlamayacaqdı, elə oyunun startında olduğu kimi rəqibi öz qapısına doğru sıxışdırıb, bizə vacib olan qolu vurmağa çalışacaqdı. Necə ki, qəfil gələn qolun və məğlub durumda olmağın gətirdiyi gərginliyə baxmayaraq, yunanların qapısına qol vurmağı bacardıq. Amma həmin qol bizə 3 yox, 1 xal gətirdi. Son dəqiqələrdə Kintananın cərimə zərbəsindən havalandırdığı topu Mahir yana yox, “çərçivə”yə vura bilsəydi, indi qələbəni də bayram edərdik. Rəşadı asıb-kəsənlərin məntiqinə görə, biz təkcə Mahiri yox, elə Ayltonla Beqoviçi də “Qarabağ”dan getməyə səsləməliyik. Səhvə yol veriblər axı.
Futbol komanda oyunudu. Burda fərdlərin səhvləri, yaxud uğurları uzun-uzadı müzakirə olunmaz. Çünki fərdləri göyə qaldırıb, ordan yerə çırpmaqla komandanı uğura aparmaq mümkün deyil. Ayrı-ayrı epizodlarda müdafiəçi də səhv edir, qapıçı da, hücumçu da. Lap elə məşqçilər də. Səhv etməyən təkcə azarkeşlərdi. Onlar da kənarda dayanıb, hamını topa tutmağı sevirlər. Olsun, elə belə davranış da, haqlı-haqsız tənqidlər də futbolun bir parçasıdı. Qoparıb atmaq olmur. Unutmaq lazım deyil ki, “Qarabağ”ın rəqibi APOEL idi. Cənubi Kipr çempionunun Avropadakı uğurlarını bir kənara qoyuram. Adamların baş məşqçisi Bakıda bizə meydan oxuyur, oyundan sonra gülən tərəf olacaqlarını deyir. Deməli, qarşımızda “Bney Yehuda” və onun çalışdırıcısı Jozef Abuksis deyil. Özünə və ad-sanına hörmət edən rəqibdi. Belə rəqiblə oyunda diqtə edən tərəf olmuşuq, meydandan 1 xalla ayrılmışıq və qrupda da onları üstələyirik. Hələ dünyanın sonu deyil. Son vaxtlar “Qarabağ”ın evdə təzyiq altında oynamasına, nəticə qazanmaqda çətinlik çəkməsinə dəfələrlə şahid olmuşuq. Səfərdə “köhlən atlar” üçün daha rahatdı. Necə ki, APOEL-lə avqustdakı oyunda da belə görünürdü. Bu dəfə də belə olacağına inamımız böyükdü. Razıyam ki, layiq olduğumuz qələbə sayəsində böyük üstünlük qazanacaqdıq. Lakin olmadı. Noyabrın 7-də “Qarabağ” qaldığı yerdən davam edəcək. Necə deyərlər, vəziyyət düşmənləri sevindirəcək dərəcədə pis deyil. Faciə axtarmaq üçün tələsməyin.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar