18 okt 12:59Yazar

Xilasımız hardadı: Avropada, yoxsa bölgələrdə?

Azərbaycan millisi Budapeştdə yerli komandaya məğlub oldu. Düzdü, hollandiyalı hakimlər briqadası Bəhlul Mustafazadənin son dəqiqələrdə vurduğu “təmiz” qolu saymamaqla nəticəyə təsir edən səhvə yol verdilər. Amma oyunun ümumi axarından Azərbaycanın bu görüşdən bir xalla ayrılmaq perspektivinin olmadığı aşkar görünürdü. Lap elə həmin qol sayılsaydı da, görüşün 1:1 hesabıyla bitəcəyini əminliklə söyləmək mümkünsüzdü. Kim təminat verə bilər ki, topu mərkəzə qoyandan sonra macarlar böyük qüvvə ilə irəli atılıb, Emil Balayevi ikinci dəfə məyus etməyəcəkdilər?! Bütün bunlar ehtimallardı, özü də mümkünsüz deyil. Bizə heç də yad olmayan “Slovan”ın “Beşiktaş”la oyununda İstanbul təmsilçisi iki qolu qapısından son saniyələrdə buraxmışdı. Futbolda belə nümunələr yetərincədi. Odu ki, Bəhlulun vurduğu, lakin sayılmayan qolun üzərində çox da dayanmağın mənası yoxdu. İndiyə qədər futbolda minlərlə bu cür hadisələr yaşanıb, bundan sonra da yaşanacaq.
Odu ki, belə xırda məqamların üzərində çox dayanmağın, piket keçirib, gündəmi dəyişməyin, yaxa-başımızı yormağın bizə heç bir faydası yoxdu. Ən doğru olan budu ki, biz bu məğlubiyyətləri həyəcan siqnalı kimi qəbul etməliyik. Bu yerdə özümü də gülmək tutur, neçənci məğlubiyyət, neçənci həyəcan siqnalı olduğunu özümüz də unutmuşuq. Amma təəssüf ki, başbilənlər zamanı ötürməkdə, məğlubiyyətləri yola verməkdə davam edirlər. Elə ona görə də məğlubiyyətlər sıralanır, ildən-ilə yerimizdə sayır, hələ bir az da geriləyirik. Çox acınacaqlı bir məqam da var. Uduzan təkcə əsas mili deyil. Yuxarıdan aşağı bütün komandalarımız uduzur, özü də əksər oyunlarda “quru” hesabla. Biz qol vurmağı bacarmırıq, nə taktikamız bəllidi, nə də strategiyamız. Elə Ramil Şeydayevin dediyi kimi. Oyun ərzində 4-5 məntiqli hücum qurmağı, rəqibin qapısına doğru həmlə etməyi, dəqiq zərbə vurmağı bacarmayan komanda hansı üzlə hakim ədalətsizliyindən, yaxud da bəxtsizlikdən şikayət edə bilər? Nikola Yurçeviçin çalışdırdığı millimizin açdığı cığırla Milan Obradoviçin komandası, yəni U-21 yığması gəlir. Özü də böyük sürətlə.
Gülməlisi odu ki, son 3 oyunda qapısından 9 cavabsız top buraxan U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç hansısa müsbət məqamlardan, topu özümüzdə daha çox saxlamağımızdan danışıb. Atalarımız belə yerdə “utanmasan, oynamağa nə var ki” deyiblər. Obradoviç isə utanmadan həm oynayır (kimlərinsə qurduğu ssenaridə aktyor kimi), həm də danışır. Adama deyərlər ki, doğma meydanda iki oyunda 4 top buraxmısan, Parisdə fransızlar sənin komandanı topla döyüblər. Kimə lazımdı sənin topu ayağında saxlamağın? Lap Molla Nəsrəddinin məşhur lətifəsində dediyi “qəm yemə, arvad, mən də ayağımı quldurların cızdığı xətdən üç dəfə kənara çıxarmışam” sözləri yadıma düşür. Məğlubiyyətləri sıralayırıq, qapımız “aşsüzən”ə döndərilib, milli komandanın üzvləri peşəkar futbolçudan çox həvaskara bənzəyir. Bunlar hələ də hakimin üzr istəməsindən, topa daha çox sahib olmalarından danışırlar. Kimi aldadırsız, cənablar? Əmin olun ki, biz sizin yuxarıdan baxmağa çalışdığınız qədər aşağıda deyilik. Futbol biliyimiz də var, qürurumuz da. Heç dünyagörüşümüz də sizdən əskik deyil. Sabah qarşınıza çıxıb, sizi susduracaq qədər dəlil ortaya qoyacaq qədər cəsarət sahibiyik də. Susun, ayıbınıza kor olun, ağalarınızla birlikdə qamarladığınız pulları sakitcə bölüşdürün, başınızı aşağı salın.
Nikola Yurçeviç də, Milan Obradoviç də, elə onların havadarları da bir gün mütləq gedəcəklər. Tarixdə onların futbolumuzun adına yazdırdıqları ağır məğlubiyyətlər qalacaq. Bir də onların bizə vurduğu ağır zərbələrin fəsadları. Bu ölkənin futbolunu sağaltmaq, onun dərdlərinə əlac etmək üçün isə çıxış yolları hər zaman axtarılmalıdı. Futbolumuzun problemlərindən danışarkən əksər mütəxəssislər belə bir tezis irəli sürürlər ki, milli komandalarımızın güclənməsi, məğlubiyyətlərdən qurtulmağımız üçün mütləq və mütləq bütün perspektivli gənclər ölkənin hüdudlarını tərk etməli, Avropa klublarında çıxış etməlidi. Müəyyən mənada razıyam. Səkkiz komandalı çempionatda inkişaf etmək, yüksək keyfiyyətli futbolçuya çevrilmək mümkün deyil. Boş tribunalar önündə, rəqabətsiz premyer-liqada oynayan Hacıağa Hacılıdan, İsmayıl İbrahimlidən, Mahir Mədətovdan, Bəhlul Mustafazadədən çox şey gözləməyə dəyməz. Amma bir məsələ də var. Macarlara qarşı oynayanlar arasında Rusiyada yetişən, elita komandasının üzvü Ramil Şeydayev, “Tobol”da özünü yaxşı tərəfdən göstərən Emil Balayev, Ukraynadan təşrif buyuran Pavel Paşayev, “ispaniyalı” Eddi İsrafilov, gəlişini bayram etdiyimiz Renat Dadaşov da vardı. Nəticə isə məğlubiyyət oldu. Deməli, daha yaxşılarını tapmalı, sonra isə onların yüksək səviyyəli klublarda oynamasını arzulamalıyıq. Bəli, yetərincə geniş mövzudu, bir qədər də mübahisəlidi. Amma acı həqiqət budu. İndiki halda Azərbaycan futbolunun xilası Avropada yox, bölgələrdədi. Əvvəlcə Azərbaycanın bölgələrinə boylanmalıyıq, sonra da Avropaya.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar