16 okt 11:55Yazar

Yurçeviç AFFA-nın tərəfdaşlarını saymır?

Türkiyə yığmasının baş məşqçisi Şenol Günəşin Albaniya ilə oyunda taxtığı qalstuk qardaş ölkənin mətbuatında əsas müzakirə mövzusuna çevrilmişdi. Daha doğrusu, Günəşin qalstukunun rəngi. Şenol bəy “Fənərbaxça”nın doğma evi sayılan “Şükrü Saracoğlu”na “Trabzonspor”un rənglərinə uyğun qalstukla gəlmişdi. Son illər bu iki klubun münasibətləri düşmənçilik səviyyəsindədi. “Qaradəniz fırtınası”na könül verən azarkeşlər 2010/11 mövsümündə başverənləri unuda bilmirlər. Onlar iddia edirlər ki, həmin vaxt “Trabzonspor” haqqıyla çempion olmalı imiş. Amma “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım pərdəarxası oyunlarla onların bu çempionluğunu əngəlləyib. Bu mübahisələr uzandıqca nifaq da dərinləşib, düşmənçilik həddinə çatıb. Şenol Günəşin tənqidçiləri də “bordo-mavi” qalstukla millini meydana çıxaran məşqçini ona görə tənqid edirdilər ki, bu addımı ilə çalışdırıcı İstanbul klubunun azarkeşlərinə mesaj verib. Özü də belə həssas məqamda.
Çünki Albaniya ilə görüş Türkiyə millisi üçün “ölüm-qalım” qarşılaşmasına çevrilmişdi. 3 xal komandanın qitə çempionatına gedən yolda atacağı ciddi addım idi. Uzun fasilədən sonra İstanbula qayıdan “ay-ulduzlular” azarkeş dəstəyi ilə bunu bacardı. Oyundan əvvəl qardaş ölkənin idman mediası, aparıcı yazarlar azarkeşlərə ismarıc ünvanlayır, fanatları “Şükrü Saracoğlu”na milli komandanın formasında gəlməyə çağırırdılar. Amma bütün bu təbliğatı Günəşin qalstuku alt-üst etdi. Belədə haqlı olaraq da millinin baş məşqçisini tənqid edənlər tapıldı. Hər bir baş məşqçi geyiminin, davranışının məsuliyyətini anlamalıdı. O cümlədən də bizim milli komandanın baş məşqçisi. Xorvatiyalı Nikola Yurçeviçin geyiminə baxanda anlamaq olmur ki, model kimi podiuma çıxıb, yoxsa ehtiyat oyunçular skamyasından komandasına göstəriş verməyə. Mən başa düşürəm ki, hər bir azad insan kimi, onun da istədiyi markanı geymək ixtiyarı var. Hansısa markanı sevirsə, onda özünü rahat hiss edirsə, Yurçeviç özü üçün dəb müəyyənləşdirə bilər. Amma bunu yığmanın oyununda baş məşqçi sifətiylə etməsi reklam hesab olunan davranışdı. Yurçeviç bunu bilə-bilə edirsə, deməli, AFFA-nın reklam tərəfdaşlarını saymır. Bildiyim qədər AFFA-nın geyim sponsoru var. Özü də iki ayrı şirkət AFFA-nı geyimlə təchiz edir. AFFA da öz növbəsində həmin şirkətlərin qarşısında tərəfdaş kimi məsuliyyət daşıyır. Millinin baş məşqçisi şalvarının kəmərində başqa bir markanın baş hərfi olan emblemi gözə soxursa, bu məsuliyyətin hüdudlarından kənara çıxır. Yox, Yurçeviç bunu bilməyərəkdən edirsə, lap ayıbdı. Deməli, Nikola Azərbaycan millisinin baş məşqçisi kimi öz məsuliyyətindən, ictimai fiqur olmasından xəbərsizdi.
Kiməsə xırda nüans kimi görünə bilər. Amma əmin ola bilərsiz ki, heç də belə deyil. Dünyanın bütün sivil ölkələrində bu cür məqamlara ciddi əməl edir, prinsipləri qoruyurlar. Birlikdə keçmişə səyahət edək, iki vacib məqamı xatırlayaq. Qurban Qurbanov millini çalışdıranda AFFA sabun-şampun satışıyla məşhurlaşan şirkətlərdən biriylə sponsorluq anlaşması imzalayırdı. Bakı Olimpiya Stadionunda düzənlənən tədbirdə Qurban Qurbanovu yuxarı başa əyləşdirmişdilər. Onun nüfuzundan AFFA öz məqsədləri üçün istifadə edir, yeni tərəfdaşının gözündə özü üçün xal qazanırdı. Menecment sahəsini yaxşı bilən marketoloqlar yaxşı anlayırdılar ki, Azərbaycanda yetərincə tanınan Qurban Qurbanovun imzalanma mərasımində iştirakı, onların məhsullarının adları yazılan reklam stendinin qarşısında əyləşməsi əla təbliğat vasitəsidi. Bu fürsəti əldən qaçırmazdılar. Bilmirəm, təsadüfdən idi, yoxsa zərurətdən, Qurbanovun baş məşqçiliyi dönəmində AFFA ilə tərəfdaş olmaq istəyən şirkətlərin sayı da çoxalmışdı. İndi bu sahədə də durğunluq hökm sürür. Bəlkə elə buna görədi ki, AFFA başbilənləri Nikola Yurçeviçin kəmərinin toqqasına o qədər də əhəmiyyət vermirlər.
Xatırlatmaq istədiyim ikinci hadisə Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən biriylə AFFA arasında gedən çəkişmədi. Əminəm ki, siz də unutmamısız. Həmin tikinti şirkətinin çarxlarından birində millimizin qapıçısı Kamran Ağayev də yer almışdı. Özü də yığmanın formasıyla. Qapıçı özü bildirirdi ki, meydandan kənarda azad insandı, istədiyi yerə gedə də bilər, hansısa çarxda çəkilər də. AFFA isə həm Kamranı, həm də çarxı çəkən şirkəti məhkəməylə hədələyib, onlardan xəbərsiz qurumun atributlarından reklam məqsədi ilə istifadə etdiklərini deyirdilər. Bu mübahisə uzun müddət gündəmi zəbt etdi. Düzdü, hadisələrin sonrakı axarı belə düşünməyə əsas verir ki, AFFA öz hədələrində perspektiv görmədiyindən geri çəkilib. Kamranın “qələm”ini isə bu hadisədən sonra qırıblar. İstedadlı qolkiper klubsuz qalıb, millinin qapıları da onun üzünə bağlanıb. Belə çıxır ki, AFFA Ağayevin özbaşınalıq etdiyini düşünür, onu bu üsulla cəzalandırır.
İndi özünüz fikirləşin. Kamran millinin baş məşqçisi yox, üzvlərindən biri idi. Onun millinin formasında reklama çəkilməsi AFFA-nı qıcıqlandırır, amma Yurçeviçin yığmanın oyununda geyim firmasını reklam etməsi yox. Belə çıxır ki, AFFA-nın Yurçeviçə söz deməyə hünəri çatmır. Xorvatiyalı mütəxəssis də qurumun reklam tərəfdaşlarını vecinə almır. Bərəkallah!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar