16 okt 11:28Yazar

Bədbəxt millət

Bir anlıq təsəvvür edin ki, Dennis Hiqler Bəhlul Mustafazadənin tər-təmiz qolunu qeydə alır, tablodakı “1-lər” bərabərləşir və sənin-mənim yığmam vətənə 1 xalla qayıdır. Nə gözəl. Qayıtmalı idimi? Haqq etmişdimi? 90 dəqiqə boyunca meydanda nə etdiyini bilməyən, oyunun azı 70 dəqiqəsini rəqib futbolçuların dalınca qaçan bizim futbolçuyabənzərlər oyundan sonra sevinsəydi, bu, futbol Tanrısının macarlara tərs silləsi olmazdı, sizcə? Oyunboyu heç nə ilə yadda qalmayan, Qulaçinin qoruduğu “çərçivə”yə düz-əməlli zərbə endirə bilməyən yığma heç bir halda 1 xalı haqq etməmişdi, dediyim o futbol Tanrısı da buna imkan vermədi.
Bir də, guya həmin 1 xal bizə, futbolumuza nə qazandıracaqdı? Oyunu ilə azarkeşlərini futboldan iyrəndirən, ortabab rəqib qarşısında aciz duruma düşən futbolçular və ölkənin futboluna cavabdehlik daşıyanlar qazanacaqdı bundan. Dilləri uzanacaqdı, qolları bir balaca bədənlərindən aralanacaqdı, Rövnəq Abdullayevin ayırdığı mükafatı ciblərinə qatlayıb evlərinə aparacaqdılar. Elxan Məmmədovla başının dəstəsi isə Macarıstan səfərində qazanılan xalı gecə-gündüz bəbəyimizə soxub, ölkə futbolunun inkişafından dəm vuracaqdı. Sərgilənən qorxaq və iyrənc futbol qalacaqdı qıraqda. Bu ölkədə futbolun olmamasını o 1 xalla ört-basdır etməyə çalışacaqdılar . Ona görə də çox da şey eləməyin adı yoxdu.... Sözümün canı başqadı.
Deyirəm, görəsən, öz oxu ətrafında fırlanan yer kürəsində bizim qədər yazıq, bədbəxt, aciz millət var? Cibutidə yaşayanların, Qrenadadan olanların, Dominikanı təmsil edənlərin belə, bizim qədər şanssız, ucuz, boynubükük olduğuna qətiyyən inanmıram. Erməni torpaqlarımızı əlimizdən alıb, neftimizlə şellənən gürcü bizə yuxarıdan aşağı baxır, rus hər imkanda boynumuzdan aşağı basır, ukraynalı bizi torpağından qovur, İrandakı soydaşlarımızın günü qaradı, yəhudi üzümüzə gülüb, arxamızca hərəkət edir. Ərəb pulunun hesabına azərbaycanlı qızı qabağında çılpaq oynadır, burnunu sildiyi kağızı şəhərin mərkəzində küçənin ortasına atır. Hansını deyim? Sanki biz dünyanın ən yoxsul ölkəsinin nümayəndələriyik, heç nəyimiz yoxdu, dilimizi kəsiblər, qol gücümüzü əlimizdən alıblar.
Siyasətdə, iqtisadiyyatda necəyiksə, futbolda da o gündəyik. Zelinkanın “Qarabağ”ın başına açdığı oyunun acısı çıxmamış bu dəfə bir başqa həmkarı göz görə-görə qanımızı içdi. Hər ikisi eyni vəziyyətdə, eyni dəqiqədə min zəhmətlə vurulan qolumuzu qeydə almadı. Və heç bir tutarlı səbəb göstərmədən. “Səhv etmişik” deyib, üzr istədilər, məsələ bağlandı. Bu iki hadisənin aralığında erməni Spartak Adamyan qanımızı qaraltmağa imkan tapmışdı. Dünyanın gözü qarşısında, o boyda “Emireyts”də qondarma ölkənin bayrağı ilə meydana çıxdı, üstündən 1 il keçməmiş həmin əski parçasının Avropanın “göbəy”ində dronla futbolçularımızın başının üstündə dalğalanmasına nail oldu. Və yenə əzab çəkən biz azərbaycanlılar olduq. Adamyan isə adam balası kimi ortalıqda gəzir. Günahsız, cəzasız, cəriməsiz. Üstəlik, “Qarabağ” adı yaşadıqca, əməllərindən əl çəkməyəcəyini bəyan edir.
Sən Avroliqanın finalına evsahibliyi et, az qala bütün yaş qruplarından ibarət yığmalar üçün Avropa və dünya çempionatları təşkil elə, AÇ-2020-nin yaydakı oyunlarına hazırlaş, “Formula-1”ə görə dünya ulduzlarını Bakıya çağır, SOCAR-ın pullarını Avropa çempionatının sponsorluğuna xərclə, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları.... Və bütün bunların qarşılığında FİFA-sı, UEFA-sı sənə olan haqsızlıqların qarşısında sussun, günahkarları cəzalandırmasın, cəzaları sənə açıqlamasın.
Bakıya gəlməyən qalmayıb – Blatterindən İnfantinosuna, Platinisindən Çeferininə qədər – hamısı ayağını torpağımıza basıb. Gəzib-dolaşıb, yeyib-içib, necə lazımdı istirahət edib gediblər. Amma heç birində Azərbaycana simpatiya yoxdu, zərərçəkən qismində maraqlarımız onları düşündürmür. Çünki bunu onlara “yedirdə” biləcək elə bir adamımız yoxdu. Elxan Məmmədov ayda azı bir dəfə kostyumunu geyib, qalstukunu da taxıb Avropaya işgüzar səfərdə gedir, şəkillər çəkdirib, gəzib, qayıdır. AFFA-nın İcraiyyə Komitəsində tez-tez üzünü gördüyü xarici işlər naziri Elmar Məmmədyarovla başqaları da onun kimi. Amma nə fayda? Azərbaycanın və bu ölkənin futbolunun maraqlarını qorumaqda acizdilər. Çünki onlar üçün şəxsi maraqları – şıq görünmək, təzə-təzə tanışlıqlar, mehriban söhbətlər və öz cibləri əsasdı. Ona görə də bu gündəyik. Erməni başımızın üstündə dron gəzdirir, holland referi tər-təmiz qolu bilərəkdən (bəli, məhz bilərəkdən!) qeydə almır.
Sabah bundan da betərləri yaşanacaq. Çünki bizimkilərin bacardığı dəyərini bilmədikləri pulları xərcləməkdi. O pulların qarşılığını tələb etmək, haqqı qorumaq yox. Bədbəxtik, rəzilik, yazığıq...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar