15 okt 13:30Yazar

Sən kefini pozma, Obradoviç!

U-21 yığmamızın üzvü Tural Bayramlının atası Mail bəyin qəzetimizə verdiyi açıqlamaları böyük ürəkağrısıyla oxudum. Özümüz da atayıq. Bilirik ki, övladı gözünün önündə olmayanda valideynlər hansı iztirabları çəkirlər. İndiki halda Mail bəygilin ailəsinin narahatlığı bundan daha artıq idi. Çünki övladlarından 72 saat xəbər ala bilməyiblər. Tural da futbol oynamaq üçün getdiyi Fransanın hava limanındakı təcridxanada saxlanılıb, ətraf aləmdən təcrid edilib. Övlad orda əzab çəkib, valideynləri də burda. Mən heç şübhə etmirəm ki, ata Bayramov hərəkətə keçməsəydi, AFFA-nın rəsmi saytı susqunluğunu pozmaz, “boz bina”nın başbilənləri 21 yaşı tamam olmamış gənc futbolçunun aqibətiylə heç maraqlanmazdılar da. Zarafat deyil, adamların başı Bəhreyn üzərində qazandığımız möhtəşəm qələbəni bayam etməyə qarışıb. Heç rəvadımı onların bayramını korlayasan, keflərini pozasan?! Gərək Mail kişidən inciməsinlər.
İndiki halda AFFA-nın başbilənləri bir özlərindən, bir də Fransanın sərhədçilərindən inciməlidilər. Özüm də bir neçə dəfə “Qarabağ” və “Qəbələ” ilə Qərbi Avropa ölkələrində olmuşam. Onların bizə qarşı soyuqqanlılığından, qaba münasibətindən, yuxarıdan aşağı baxmasından xəbərdaram. Avropanın qərbində yaşayanlar bir yana, dost-qardaş dediyimiz Ukraynanın Poltava hava limanındakı sərhədçilər ötən il bizi qovmağa belə hazır idilər. Poltava hava limanı müntəzəm işləmədiyindən ora Xarkovdan sərhədçilər gəlmişdi. Həmin sərhədçiləri də narazı salan o idi ki, Azərbaycandan gələn qonaqlara görə onların rahatlıqları pozulub, evlərindən çıxmalı olublar. Bütün bunları göz önünə gətirəndə Tural Bayramlının Parisin məşhur hava limanında hansı münasibətlə üzləşdiyini, necə həyəcan keçirdiyini çox yaxşı başa düşürəm. Çox təəssüf edirəm ki, Azərbaycan millisinin digər üzvləri, nümayəndə heyətimiz və gənc futbolçulara atalıq qayğısı göstərməyə borclu olan məşqçilər korpusu hava limanını Turalsız tərk etməyə razılıq veriblər.
Məni qınamayın, belə yerdə peşəkarlıqdan dəm vurmağın yeri yoxdu. Lap elə UEFA bizimkilərə texniki məğlubiyyət verəydi. Onsuz da fransızlar qarşısında xal qazanmaq şansımız yox dərəcəsindəydi. Oyunun nəticəsi də, Milan Obradoviçin oyundan sonra verdiyi “üzrü günahından betər” açıqlamalar da buna sübutdu. Belə olan halda bizimkilər dünya futbolu tarixinə öz həmrəylikləri, komanda ruhuyla adlarını yazdıra, ürəkaçan nümunə göstərə bilərdilər. Necə yəni fransızlar bizim komandamızın üzvünü 72 saat hava limanının təcridxanasında saxlayırlar? Özü də əlavə açıqlama vermədən, futbolçunun ailəsiylə danışmasına şərait yaratmadan. Bəs özümüzkülərə nə olmuşdu? Ay AFFA rəsmiləri, ay Milan Obradoviç, ay milli komandamızın üzvləri... Siz oteldə necə rahat yata bildiz, özünüzü nə üçün Turalın yerinə qoymadız? Düşündükcə adam dəhşətə gəlir. Camaatın uşağını burdan Fransaya apar, orda da heç nə olmayıbmış kimi təcridxanada qoyub otelə get.
Ötən il Poltavadakı pis hava şəraitinə görə təyyarə havaya qalxa bilmədi. Belədə “Qarabağ”ın futbolçuları və komandanı müşayət edən şəxslər, o cümlədən də jurnalistlər otelə qayıtmalı oldular. Əvvəlcədən bron edilmədiyi üçün otel də boşalan otaqları yeni müştərilərə vermişdi. Belədə maksimum səfərbərlik elan olundu, boş nömrələrdə azərbaycanlı nümayəndə heyəti üçün yerlər hazırlamağa başladılar. Qurban Qurbanovun ilk sözü bu oldu ki, əvvəlcə start heyətində meydana çıxan futbolçular yerləşdirilsin, sonra da ehtiyatda qalanlar. Bu müddətdə yeməklə və çayla təmin olunan jurnalistlər də başqa otelə göndərildi. Sonradan bildik ki, Qurban bəyin özünə və köməkçilərinə, o cümlədən klub rəhbərliyindən bəzi şəxslərə yer tapılmayıb, onlar səhəri otelin restoranında açmalı olublar. Bu hadisəni ona görə xatırladıram ki, bəlkə kimlərsə oxuya, ibrət götürə. Başa düşələr ki, futbolçusunu təcridxanada buraxıb gedən məşqçinin də, rəsmi şəxslərin də oteldə rahat yatmağa ixtiyarı yoxdu. Ən azı mənəvi baxımdan.
Heç şübhəm yoxdu ki, Azərbaycan millisi və AFFA Turalın saxlanılmasına kütləvi şəkildə etiraz etsəydi, UEFA-ya, eləcə də Fransa tərəfinə qəti şəkildə ultimatium versəydilər, futbolçumuz 72 saat təcridxanada saxlanılmazdı. Ya onu azad edib, komandamızın yanına göndərərdilər, ya da İstanbula yollanan ilk reyslə yola salardılar. Çünki bu məsələdə ilk günahkar ona viza verən Fransa səfirliyidi. Tural Şengen zonasının tələblərini pozmuşdusa, ona heç viza açmazdılar. Yox, səhvən açmışdılarsa, əlavə araşdırma aparıb, futbolçunu mənəvi terrorla üz-üzə qoymadan geri göndərməliydilər. Burda əlavə araşdırmaya nə gərək var? Adam peşəkar futbolçudu, AFFA-nın rəsmi nümayəndə heyətiylə Fransa paytaxtına futbol oynamağa gedib. Kiminsə səhvinin cəzasını nə üçün gənc futbolçu çəkməlidi?! Bütün bunları AFFA deməli, UEFA-nın diqqətini də problemin həllinə cəlb etməliydi. Bu boyda həngamədən sonra hələ bir utanmadan meydana çıxıb, 0:5 hesabıyla uduzublar da. Məğlubiyyətin, millimizin üzvünün başına gələnlərin məsuliyyəti kimin üzərindədi? Obradoviçin kefi bir az da olsa, pozulubmu? Heç inanmıram!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar