15 okt 13:28Yazar

Doğrudanmı üfürülmüş şar?

20 may 2018-ci il. “Sumqayıt” “doğma divarlar” arasında “Zirə”ni qəbul edir. Hər iki komandanın Avroliqaya vəsiqə şansı bu oyunun nəticəsindən asılıdı. Mövsümün finişinə doğru bir neçə oyunda xal itkisinə yol verməklə şansını son tura saxlayan sumqayıtlılar məğlub olmaqla “Zirə”nin yolunu açır. Bu böyük futbol şəhəri növbəti dəfə avrokuboklara həsrət qalır, şəhərin ən istedadlı yetirmələrindən biri Samir Abasov isə qəzəbini istefa verməklə soyudur. Gedərkən şəhəri hədəfinə çatdıra bilmədiyinə görə üzrxahlıq etmək əvəzinə hələ klubun boynuna minnət də qoyur: “Belə şərtlər altında işləyə bilmərəm. "Sumqayıt” sanki reabilitasiya mərkəzidi”.
Təbii ki, bu minnət əsassız idi. Mövsümboyu şən futbolla çoxlarının rəğbətini, simpatiyasını qazanmış Samir bəy əslində bu şəhərə vəfa borcunun olduğunu, gec-tez qayıdıb “Sumqayıt”I hədəfinə çatdıracağını deməliydi. Təkcə şən futbola yox, həm də fikirlərini açıq şəkildə dilə gətirdiyinə, oyunsonrası mətbuat konfranslarını aforizm yuvasına çevirdiyinə görə Abasov sevilir, seçilirdi. Böyükağa Hacıyevdən sonra Azərbaycan futbolu növbəti xarizmatik simasını tapmışdı. Abasov xoşbəxtliyi başqa yerdə axtarmağa qərar verdi və tale küləkləri tezliklə onu “Zirə”yə apardı. Demək olar ki, başdan sona qədər çalışdığı 2018/19 mövsümü boşa verildi, üç tərəfdən Xəzərlə əhatə olunan bu kiçik qəsəbənin iddialı klubunun sahibləri Avroliqadan kənarda qalmağı Abasovun gül camalına bağışladı, onun yeni və daha güclü komanda qurmaq haqqını tanıdı ki, sabah baş məşqçi hansısa bəhanə üçün fürsət tapmasın. Bildiyimə görə, klubun 4 milyon manatlıq büdcəsi var, mövsümlərarası dövrdə də artıq sabiq sayılan baş məşqçinin transfer çalışmalarına hansısa əngəl yaradılmayıb. Amma… Acı sonuc ortadadı: 7 oyuna 21 mümkün xaldan 8-i qazanılıb.
Açığı, Abasovun acıdil olması, oyunçular, klub personalı ilə xoş münasibətlər qurmaqda çətinlik çəkməsi haqda nələrsə eşitmişəm. Amma bütün bu deyilənləri ciddi dəlil kimi qəbul etmirəm. Xarizması, eqosu fontan kimi çağlayan birinin hansısa məqamlarda emosiyalarına hakim ola bilməyib, sonradan quruca üzrlə durumu yumşaltması normal haldı. Kollektivdə belə hallar olur. Azərbaycan və dünya futbolunda çox belə nümunə görmüşük. Odu ki, bunun üzərindən keçək.
Amma Samir bəyin istefasonrası açıqlamalarını oxuyanda bir məqama təəccüblənməyə bilmədim. Adam utanmdan-çəkinmədən deyir ki, “ikinci yerlə aramızda cəmi 8 xallıq fərq var, kim bu komandaya deyə bilər ki, nəticələrin uğursuzdu…” Doğrudan da, zahirən mənzərə belədi. Yəni “Qarabağ”dan sonrakı komandaların xal sıralamasını görən, ölkə çempionatının oyunlarını şəxsən izləməyən hanısa əcnəbi Abasova münasibətdə haqsızlığa yol verildiyini düşünə, hətta onun haqqını Avropa İnsan Hüquqları Məhkəməsində qorumaq eşqinə düşə bilər. Bəs əsl mənzərə necədi? Əsl mənzərə ondan ibarətdi ki, “Zirə” bu gün “Keşlə” ilə “Neftçi”dən cəmi 3 xal geri qalsa da, oyunu ümid vermir, Samir bəyin şəxsən komplektləşdirdiyi komanda ciddi turnir vəzifələrinin öhdəsindən gəlməyə qadir deyil, baş məşqçinin istəyi və skaut bacarığı sayəsində komandaya cəlb olunan legionerlərin böyük əksəriyyəti – Xulio Sezar Rodrigeslə Tiqruca istisnadı – ümidləri doğrultmur.
Bütün bunlardan sonra klub rəhbərliyindən güvən, etimad krediti ummaq nə dərəcədə münasibdi – yəqin ki, Samir bəy bu suala qəlbinin dərinliklərində cavab tapıb. Düzdü, indi futbolla bağlı düşüncələr onun qəlbinin dərinliklərini tərk edib. Dediyinə görə, bədii ədəbiyyat-filan oxumağa da vaxt tapmır, indi ancaq dil öyrənməklə məşğuldu. Heç yadımdan çıxmaz, “Sumqayıt” şən futbolla könülləri fəth edəndə Abasova hamılıqla böyük ümidlər bəsləyirdik, onu “Qarabağ”ın, “Neftçi”nin, hətta yığmanın gələcək məşqçisi kimi görürdük. Amma son ilyarımda yaşananlar, yəni Samir bəyin ardıcıl uğursuzluqları şəxsən məni məyus edib, artıq ona Azərbaycan məşqçi sexinin yeni ulduzu kimi baxa bilmirəm. Bəs necə baxıram? Gizlətməyəcəm, sərlövhədə yazdığım kimi! Amma yenə də heç nə itirilməyib, irəlidə onu yeni təyinatlar gözləyir. Yerini tap, Abasov, özünə dön, Abasov! Həyat davam edir!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar