12 okt 12:09Yazar

Samir Abasov üçün “qədir ağacı”

“Zirə”də baş məşqçi dəyişikliyi bir günün içində reallaşdı. Qansız-qadasız, səssiz-küysüz. Sanki hər şey əvvəlcədən hazırlanmış ssenari üzrə həyata keçirildi. Tərəflər öz aralarında danışıb-razılaşıblar. Bircə bu razılığın mətbuata və ictimaiyyətə açıqlanması qalıbmış. Yoxsa belə ildırım sürətiylə hər şeyi çatdırmaq, bir baş məşqçini yola salıb, digərini qarşılamaq mümkün olmazdı. “Zirə”nin belə sürətli dəyişikliyi adamın yadına Molla Nəsrəddinin lətifələrindən birini salır. Molla Nəsrəddinə yaxınlaşan qonşularından biri ondan soruşur ki, 3 aydı evlənib və oğlu olub, indi həmin uşağa nə ad qoysun? Hazırcavab molla da heç düşünmədən “uşağın adını çapar qoyun. 9 aylıq yolu 3 aya qət edən uşağa ancaq çapar adı yaraşar” deyir. Məsəli “Zirə”dən də, Samir Abasovdan da uzaq olsun. İndi “Zirə”nin bu cür zirəkliyi də başqalarına nümunə olmalıdı. Adamlar çapar sürətiylə bir məşqçini işdən azad etdilər, o birisini tapdılar, onunla danışıb razılaşdılar, sonra da komandanı çalışdırmağı ona tapşırdılar. Kaş ki, bu sürətdən qəsəbə təmsilçisinin futbolçuları da pay götürələr. Meydanda o cür çevik olalar, topun dalınca sürətlə qaçıb, tez qərar verməyi bacaralar. Bundan sonra məşqçisini dəyişənlər mütləq bu təcrübəni öyrənməlidilər. Uzun-uzadı düşünməyə nə gərək var?!
Hələ ötən yazılarımın birində qeyd etmişdim ki, “Qəbələ”nin Sənan Qurbanovu yola salıb, Elmar Baxşıyevi onun yerinə gətirməsi çoxlarını həvəsə salacaq. Transferlərdə səhvə yol verənlər, vaxtında komandanı gücləndirməyənlər, düzgün məşqçi seçimi edə bilməyənlər çətinə düşəndə bu yola əl atacaqlar. Deyəcəklər ki, odu e, “Qəbələ” baş məşqçini çıxardı, yenisini gətirdi. Dərhal da qol həsrəti də bitdi, xal həsrəti də. Səhv etmirəmsə, “Qəbələ” yeni məşqçiylə çıxdığı oyunlarda yalnız “Neftçi”yə uduzub. Onda da Tural Axundovun fantastik qoluna qədər işlər pis getmirdi, qələbəyə hava-su kimi ehtiyac duyan qonaqlar “Qəbələ”nin qapısına yol tapa bilmirdilər. “Sabah” rəhbərliyi “Qəbələ”dəki dəyişiklikdən ilhamlandı. Bunun da bəhrəsi “Səbail”lə qarşılaşmada gördülər. 3 qol və 3 xal gələcək üçün yaxşı planlar qurmağa əsaslar verirdi. Di gəl ki, “Sabah”dakı məşqçi dəyişikliyi bir az qeyri-müəyyən axarda gedən çətin prosesə çevrildiyindən sular hələ tam durulmayıb. Komandanı bir oyuna Rövşən Babayev çıxarır, digərinə İqor Ponomaryov. Heç olimpiya çempionu özü də bilmir ki, ona baş məşqçi kimi nə qədər vaxt verilib, nəticələrə görə nə qədər məsuliyyət daşıyır. Bu qeyri-müəyyənlik futbolçulara da təsir etdiyindən “Səbail”lə görüşdəki uğurun davamı “Qarabağ”la oyunda gəlmədi.
Bu mənada “Zirə” rəhbərliyinin dəyişikliyə getməyə qərar verəndən sonra çevik tərpənməsi alqışlanasıdı. Bir halda ki, Samir Abasovun istefaya göndərilməsinə qərar verilib, onun yerinə gələnin də adı tez açıqlanmalıydı ki, hər kəs işini bilsin. Milli komandaların oyununa görə verilən fasilə də bu mənada yerinə düşür. Yeni baş məşqçinin, indiki halda Zaur Həşimovun komandanı toparlaması, növbəti qarşılaşmaya hazırlaması üçün də müəyyən qədər vaxtı olacaq. Həşimovun xeyrinə olan digər məqam isə onun çempionata, Azərbaycan futboluna yad isim olmamasıdı. Onsuz da “Qəbələ”də işləyə-işləyə də digər komandaları izləmək, kimin nəyə qadir olduğunu bilmək imkanı vardı. Azərbaycan premyer-liqasında 18 yox, 8 komanda yarışır. Gündə maksimum iki oyun keçirilir, özü də fərqli saatlarda. Belədə istər mütəxəssislərin, istərsə də azarkeşlərin bütün görüşləri izləməsi, hamının bir-birini tanıması elə də çətin olmur. Zaur bəyin əleyhinə olan məqam da var. Yəqin siz də başa düşdüz ki, söhbət “bu komandanı mən qurmamışam” şikayətindən gedir. İllərdi bizi buna öyrədiblər. İstər yerli olsun, istərsə də əcnəbi çalışdırıcı. Mövsümün ortasında kim yeni işə başlayır, onun bəhanəyə bənzər bəraət dəlili hazır olur. Gözləniləndi ki, Həşimov bu heyətlə qış fasiləsinə qədər yola davam edəcək, bacardığı qədər çox xal toplamağa çalışacaq. Qışda isə “Zirə”də böyük dəyişikliklər olacaq. “Samir Abasovun futbolçuları” yola salınacaq, onların əvəzinə yenilər dəvət olunacaq. Sonrasını da zaman göstərər.
Bir neçə kəlmə də Samir bəyin özü haqda qeydlər edim və yazımı yekunlaşdırım. “Sumqayıt”ı çalışdıranda çoxlarının alqışını qazanan, “Atletiko”nun düşərgəsində təcrübə keçdikdən sonra gələcəyinə böyük ümidlə baxdığımız gənc mütəxəssis hələ ki ümidləri doğrultmur. “Legionersiz komandada çalışmaram”, “iddialı klubda işləmək istəyirəm” dedi. “Zirə” rəhbərliyi də türkün sözü, “hodri meydan” dedi. Amma alınmadı. İstər yerli, istərsə də əcnəbi futbolçuların transferinə yaxşı pullar xərclədilər. “Zirə”nin çempionatın favoritlərindən sayılan “Neftçi”ni məğlub etməsi də komandanın potensialından xəbər verirdi. Davamını gətirmək mümkün olmadı. Belə çıxır ki, Abasov komandasını digər rəqiblərə qarşı “Neftçi”ylə oyuna olduğu qədər kökləməyə, rəqibi öyrənməyə çətinlik çəkib. Samir bəy “Zirə”dən ayrılandan sonra verdiyi müsahibələrin birində yarızarafat, yarıgerçək deyib ki, onun qədrini bilmirlər. Hardasa razılaşmaq olar. Bu məmləkətdə yerli məşqçilərə “qədir ağacı” əkəni hələ görməmişəm, a bəy!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar