07 okt 12:44Yazar

Şimal lətifəsi: bir rayonda üç klub!

Mən ölüm, düşüncülər içində qıvrılıb qalmışam. Görəsən, AFFA Region Liqasının oyunlarının keçirildiyi stadionlarda qazonun toxumuna bihuşdarı, asılılıq yaradan başqa narkotik tərkibli dərmanlar səpmir ki? Ya bəlkə liqanın qaliblərinə 10 yox, məsələn, 100 min manat mükafat verilir, biz fil qulağında yatmışıq, xəbərimiz yoxdu? Nə işdisə, premyer-liqasında 8, birinci divizionunda cəmi 6 komandanın (törəmə olmayanları nəzərdə tuturam) olduğu ölkənin Region Liqasında 20-dən artıq iştirakçı qeydiyyatdan keçib, hələ neçəsi də siyahıya düşə bilmədiyinə görə məyusdu. Şəxsən mənim üçün həvəskarların bu yarışa qatılmaq ehtirasının apofeozu Qusardan gələn xəbərlərdi. Zarafat deyil e, bir rayonun iki komandası start xəttində dayanıb, yarış tapançasının açılacağı anı gözləyir, Azərbaycan futbolunda saçlarını itirmiş Kamil Məmmədov isə “Şahdağ”la “Şirvanovka”nın varlığı ilə kifayətlənməyərək, Qusarı eyniadlı komandanın da təmsil etməsini istəyir. Yayılan xəbərlərə inansaq, bir neçə yerli şirkət və Rusiyada yaşayan azərbaycanlı iş adamları, həmçinin AFFA da hansısa şəkildə “Qusar”a maliyyə ayırmaq niyyətindədi. Təbii ki, bütün bu xəbərlər mənə reklamdan başqa bir şey təsiri bağışlamır. Əvvəla, ona görə ki, AFFA-nın əlinə, cibinə, kassasına, nə bilim, neft buruğuna o qədər klub baxır ki, bu gün qurumun giriş qapısının önündə hədsiz çıxlıqdı. İkincisi, indiyə qədər AZAL ilə “Standart”ın futbol səhnəsində görünməsinə əl qoyan və artıq onların tarixə gömülməsi ilə barışan FİFA meneceri bu klublarla hansı yüksək hədəflərə çatdı ki, indi də istedadını ölkənin şimalı üçün xərcləmək həvəsinə düşüb?
Acığı, hətta yuxarıda vurğuladığım birinci və ikinci məqam da məni bir o qədər maraqlandırmır. Məni maraqlandıran odu ki, kiçik bir rayonda üç futbol klubunun yaradılması kimə və ya nəyə lazımdı? Rayonda kimin güclü olduğunu müyyənləşdirmək istəyirsizsə, buyurun, “üçlər turniri” keçirin, Anadolu türkləri demişkən, kozlarınızı (“k” a, “q” yox!) paylaşın!
…Ötən əsrin 90-cı illərinin əvvəlində yaşım az olub. Sifətinin cizgilərini çətinliklə xatırladığım atamla anamın ailə planlaması mənə Qarabağ müharibəsinin dəhşətli epizodlarını yaşamaq, vətənpərvərlik duyğularımın fontanından məst olmaq imkanı verməyib, necə deyərlər, hıçqırığım içimdə qalıb. Təbii ki, böyüdüm, eşitdim, dinlədim və anladım ki, müharibənin bəzi epizodlarında uğursuzluğa həm də hər kəsin yorğanı öz üzərinə çəkməsi, düşmənin kimliyini unudub, rayon-rayon, az qala kənd-kənd parçalanmağımız səbəb olub. Nədənsə soydaşlarımıza elə gəlib ki, məsələn, Cəbrayıl alınsa, Ağdama və ya Ağdam alınsa, Zəngilana toxunan olmayacaq. Amma toxunublar və hər şeyi götürüb gediblər. Ümumiyyətlə, bu bəlkə də xalqımızı formalaşma prosesindən bəri müşayiət edən xəstəlikdi: ailə namusu daim millət namusundan öndə gəlib və bunun da acı sonu faciələr, xarabalıqlar və işğaldı. Rəhmətlik Məmməd Arazın qələmindən çıxan və bir başqa rəhmətliyin – Vurğun Əyyubun ürəkdən dediyi, bu mövzuda olan bir şeir də var ki, həvəsiniz olanda internetdən tapıb, baxın.
İndi futbolda da eyni prosesin, natamamalıq kompleksinin əsası qoyulur. Nəinki elitaya, heç birinci diviziona komanda buraxmağa qadir olmayan bir rayonun azarkeşləri Region Liqasında üç qrupa bölünəcəklər – “Qusar”a, “Şahdağ”a və “Şirvanovka”ya azarkeşlik edənlərə! Çox güman, bu bölünmə bir azdan daha da dərinləşəcək, yolun o tayında və bu tayında, hamamın, dəyirmanın yanında yaşayanlar da ayrılacaq və beləcə Qusarda futbol bayramı yaşanacaq…
Region Liqasının təşkilatçılarının sonda bu təmsilçilik məsələsini necəsə tənzimləyib-tənzimləməyəcəyini, konkret bölgələr üçün kvota ayırıb-ayırmayacaqlarını bilmirəm. Amma çox istərdim ki, əhalisinin sayı heç 100 min nəfərə çatmayan rayonda gündə bir klub yaradan bəylər papağını qabağına qoyub, yaxşıca düşünməlidilər. Belə yersiz canfəşanlığın nə Region Liqasına bir faydası var, nə də Qusara. Futbola isə heç yoxdu!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar