27 sen 14:12Yazar

AFFA-dan təvazökarlıq: ehtiras, yoxsa pul bitdi?

UEFA İcraiyyə Komitəsinin srağagünkü iclasında Avropanın futbol ailəsini yaxından maraqlandıran bir neçə qərar verilib. Təbii ki, hər ölkənin statusuna, futbol potensialına görə özünəməxsus maraqları var. Məsələn, Millətlər Liqasının yeni formatı, yəni A, B, C liqalarının hər birində 16, D liqasında isə yalnız 7 yığmanın yarışacağı reallığı Azərbaycanın D liqasında qalib olmadan birbaşa C liqasına yüksəlməsi deməkdi. Etiraf etmək nə qədər çətin olsa da, bir növ haqq etmədiyimizi aldıq. İndi burda iki yol, daha doğrusu, iki qismət var: ya B liqasında qalxmaq üçün 4 yer uğrunda mübarizə aparacaq, ya da Allah eləməmiş qrupda sonuncu yeri tutub, D liqasına düşməmək üçün pley-off oyunlarına çıxacağıq. Bunlar hələ uzaq gələcəyin söhbətidi, püşk atılası, rəqiblər bilinəsi, oyunlar başlayası...
UEFA həmçinin qarşıdakı üç ildə Çempionlar Liqasının final oyunlarını qəbul edəcək şəhərlərin adını açıqladı. Hələ iki həftə əvvəl Rusiya mediasına sızdırılan xəbər doğru çıxdı: 2021-də Sankt-Peterburq, 2022-də Münhen, 2023-də isə London qitənin ən nüfuzlu klub turnirinin finalçılarına “xoş gəldin” deyəcək. Bu seçimləri xatırlatmaqda məqsədim var. Bilmək istəyirəm ki, Bakının adı niyə bu şanlı siyahıda yoxdu? Bəlkə bir qədər əvvəlki illərə səyahət edək?!
Yadınızdadısa, hələ 2017-ci ilin əvvəlində Bakının ÇL-in builki finalını qəbul etməklə bağlı iddiasını ortaya qoyduğu, AFFA-nın UEFA-ya müraciət göndərdiyi açıqlanmışdı. Bir neçə ay ötdü, elə həmin ilin sentyabrında qitə futbol qurumu ÇL-in finalını Madriddəki “Vanda Metropolitano”ya, Avropa Liqasının finalını isə Bakıya verdi. Bir qədər incik olsaq da, düşündük ki, heç nə olmaz, illər bizi gözləyir, Avroliqanın finalında özümüzü UEFA-ya bəyəndirək, gerisi təfərrüatdı. Amma 2020-nin finalı İstanbula veriləndən, srağagün isə daha üç ilin təşkilatçısı açıqlanandan sonra artıq əminliklə demək olar ki, bu işdə hansısa müəmma var.
Bəzi məqamlar ətrafında mülahizə yürütmək olar. Məsələn, sirr deyil ki, builki Avroliqanın finalçıları, xüsusən də “Arsenal” yolun uzaqlığına, logistika məsələlərinə, Mxitaryana görə əməlli-başlı həngamə qopardı, qitə futbol ictimaiyyətinin rəyini yönəltməyə çalışdı. Çox güman, nələrəsə nail oldular. Amma bu məsələnin bir tərəfidi. Digər tərəfi isə odu ki, Olimpiya stadionunun nəhəng tribunalarında hardasa 5 minə yaxın boş yer var idi. AFFA-nın ÇL iddasından birmənalı çəkilməsinin üç səbəbi ola bilər. Birinci versiya odu ki, qitə futbol qurumunun rəhbərliyi səviyyəsində bizimkilərə mədəni şəkildə bunu anladıblar: sizin ölkənin maksimumu Avroliqanın finalıdı, Avropa çempionatının final mərhələsinin dörd oyununu sizə verdiyimizə görə papağınızı göyə atın, ÇL-in və ya Avropa Superkubokunun finalına iddia etməyin. İkinci versiya odu ki, ölkəmizin belə tədbirlərə xərcləmək, gələn-gedəni yola salmaq üçün artıq pulu yoxdu, maliyyə böhranı əl-qol açmağa imkan vermir, bu üzdən bir qədər mütəvazi davranmaq lazımdı. Nəhayət, üçüncü versiya da var: AÇ-2020-dən sonra ölkə futbolunda doğrudan da ciddi dəyişikliklər baş verəcək və indiki yarıtmazlar komandası yerini başqalarına verəcək. Belə nəhəng oyuna iddia etmək üçün vahid komanda, bacarıqlı adamların yığışdığı təşkilat komitəsi lazımdı. Bunlar gedəsi, yenilər gələsi, UEFA ilə əlaqələr qurası – kəsəsi, uzun və perspektivsiz söhbətdi.
Bu versiyaların hər biri ətrafında uzun-uzadı mülahizə yürütmək olar. Ancaq həmin mülahizələrin oxucu üçün o qədər də maraqlı olmayacağına əminəm. Mənə cəlbedici gələn məqam isə odu ki, AFFA-nın belə qeyri-adi təvazökarlığı maydakı finalın acı dərsləri, UEFA-nın gözündən düşmək ilə bağlıdı, yoxsa sadəcə, bizim futbol qurumunda oturanların təşkilatçılıq ehtirası, ölkəmizin də pulu tükənib? İnanmaq istəyirəm ki, problem bizdən – AFFA-dan, ölkəmizdən qaynaqlanır, yəni UEFA-nın etimadsızlığından söhbət gedə bilməz. Yoxsa srağagündən dərin düşüncələrə qərq olmuşam ki, o boyda, 70 minlik Olimpiya stadionu ÇL-in finalını da qəbul etməyəcəksə, bəs onda niyə tikilirdi? Yalnız elə “CBC Sport”a, Cüdo Federasiyasına ofis olmaq üçün?
Bilirəm, Elxan Məmmədovun başı qarışıqdı, bu boyda ölkənin futbol təsərrüfatı onun kövrək çiyinlərinin üzərində dayanıb. Nə olsun ki, pulu Rövnəq Abdullayevin ARDNŞ-si ayırır. O pulun hər qəpiyi üçün sərəncamlar vermək, AFFA strukturlarına doluşan əcnəbilərlə mehriban münasibətlər saxlamaq, Bəhreynlə tarixi yoldaşlıq oyununun təşkilatçılıq işləri ilə məşğul olmaq, “Səbail”ə və AFFA-dan maliyyələşən başqa klublarla yol-riz göstərmək, onlarla belə cari, gündəlik iş onu gözləyir. Amma güman edirəm ki, hörmətli baş katib bizə də olmasa, özünə yaxın bildiyi media quruluşlarına AFFA-nın böyük oyunların təşkilatçılığına iddisından çəkilməsinə dair nəsə ağlabatan bir sözlər, dəlillər səsləndirəcək və biz də ürəyimizi deşən suallardan bilmərrə qurtulacağıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar