27 sen 14:03Yazar

“Qəbələ”nin “ikinci nəfəsi”

Bizim “Qəbələ”yə olan hörmətimizin, bu klubun gələcəyindən ötrü həyəcan keçirməyimizin səbəbi hər kəsə bəllidi. Azərbaycanda ikinci belə bir klub yoxdu. Acı da olsa, reallıqdı. Bəlkə də aranızda etiraz etmək fikrində olanlar, “orda da əcnəbi məşqçilərə, legioner futbolçulara ətək-ətək pullar xərclənib” deyənlər tapılacaq. İcazə verin, razılaşmayım. Bəli, mən də bilirəm ki, “Qəbələ”nin pula pul deməyən vaxtları vardı, hesab-kitab bilməzdilər. Toni Adamsın və Dorinel Muntyanunun baş məşqçi postuna gətirilməsi bu klubun ad-sanına yaraşmayan səhvlər idi. Ola bilsin ki, məşhur “Arsenal”lının Qəbələyə dəvət edilməsi daha çox reklama hesablanmışdı. Məhz Adamsın sayəsində “Qəbələ” rəhbərliyi gənc klubu Avropada tanıtdırmağa, daha sonra da səviyyəli legionerlərin bölgəyə gəlişini asanlaşdırmağa çalışırdı. Muntyanunun gəlişini də “hər gözəlin bir eybi olar” deyiminin ayağına yazaq. Rumıniyalı çalışdırıcı “Qəbələ”yə heç nə vermədi desəm, yalan danışmaram. Yaxşı ki, bu səhvi çox tez anladılar və ilk imkandaca rumıniyalını vətəninə yola saldılar.
Bütün bu illər ərzində “Qəbələ”yə gəlib-gedən əcnəbi futbolçuların da sayını itirmişik. Amma məsələnin digər tərəfi də var ki, bunu deməmək ədalətsizlik olar. “Qəbələ”nin rəhbərliyinin, menecerlərinin dilinə görə dilçəyi də var. Onları legionerlərə xərclənən pullara görə qınasaq, ortaya nəticəni qoyarlar. Düzdü, ölkədaxili yarışlarda ilk titul ötən mövsüm, özü də kasıbçılığın ilk ilində qazanıb. Di gəl ki, ondan daha əvvəl “Qəbələ” Avropa futbolunda adından söz etdirməyi, brendə çevrilməyi bacarıb. Söhbət “qırmızı-qaralar”ın ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından gedir. Özü də Roman Qriqorçukun çalışdırdığı komanda hər iki cəhddə bunu birinci mərhələdən yarışa qoşulmaqla bacarıb. Deməli, “Qəbələ” həmin vaxt heç də kiçik uğura imza atmayıb, ukraynalı mütəxəssis və onun komandası böyük iş görüb. Özü də qruplara gedən yolda “Qəbələ” yunanları susdurmağı, Fransa təmsilçisi “Lill”i yolundan kənarlaşdırmağı, Sloveniyanın məşhur “Maribor” klubunu məğlub etməyi bacarıb. Uğur deyilsə, bəs nədi? Belədə legionerlərlə xərclənən milyonların heç də havaya sovrulmadığını, pulun qarşılığında nəticənin qazanıldığını deməliyik.
Atalarımız “başına gələn başmaqçı olar” deyiblər. “Qəbələ”yə qədər biz Azərbaycan klublarının milyonlar xərcləməsinə də şahid olmuşuq, avrokuboklarda fiaskoya uğramasına da. Sözümün canı odu ki, heç də hər şey pulun başında deyil. “Yaşıl əskinas”la çox şey almaq olar, amma avrokubokların qrup mərhələsinə vəsiqəni yox. Mümkün olsaydı, “Qəbələ”yə qədər “Xəzər Lənkəran”la “Bakı” bunu bacarardı, “Neftçi” 2012-ci ildən bəri qrup məhrələsinə həsrət qalmazdı. Heç inanmağım gəlmir ki, italyan Roberto Bordinin maaşı Roman Qriqorçukunkundan az ola. Nə də ki, “Neftçi”də forma geyənlər “Qəbələ”nin həmin heyətində yer alan legionerlərdən az qazanalar. Sadəcə, ortaya iş qoymaq, düzgün strategiya qurmaq, yaxşı komanda formalaşdırmaq və ən əsası, bacarıqlı baş məşqçi tapmaq lazımdı. “Qəbələ” bütün bunları bacarmışdı.
Amma “Qəbələ”ni azarkeşlərə sevdirən, bu komandaya hörmət qazandıran təkcə Avropa Liqasının qrupuna qazanılan vəsiqələr olmayıb. Klub rəhbərliyi təkcə əsas komanda üçün milyonlar xərcləyib, qısa zaman ərzində böyük nəticələr qazanmağa çalışmayıb. Bu gün Azərbaycanda öz uşaq akademiyası, infrastrukturu ilə öyünə bilən yeganə klub “Qəbələ”di. Ən əsası, bütün bu infrastruktur futbolçu yetişdirmək üçün Bakıda yox, bölgədə, paytaxtdan 225 kilometr uzaqlıqda yaradılıb. Artıq neçə ildi ki, “Qəbələ”nin seleksiyaçıları Azərbaycanın bölgələrini gəzir, orda gözaltı edə bildikləri yeniyetmələri “Qəbələ”nin akademiyasına dəvət edirlər. Sınaqlardan uğurla keçənlər peşəkar futbolçu olmaq yolunda ilk və kövrək addımlarını atırlar. Onlar mütəxəssislərin nəzarəti altında müntəzəm məşqlər edir, qidalanır, istirahətləri təmin olunur. Ən əsası isə klub rəhbərliyi onların təkcə topun arxasınca qaçmasını, futbolun sirlərini öyrənməsini təmin etmir, həmin uşaqlar təhsildən ayrılmır, onların məktəbə davamiyyətinə, dərslərini oxumasına da xüsusi nəzarət olunur, lazımı şərait yaradılır. Könül istərdi ki, belə bir akademiya təkcə Qəbələdə olmasın, eynisini Gəncədə, Mingəçevirdə, Lənkəranda, Qusarda, Şamaxıda, Tovuzda da yaradaydılar. İllərdi ki, AFFA-ya bu çağırışı edirik. Amma özümüz deyir, özümüz də eşidirik.
Bütün bu sadaladıqlarım bizim “Qəbələ”yə görə həyəcan keçirməyimizi, onun dağılmaması, görülən işlərin yarımçıq qalmaması üçün duaçı olmağımızı şərtləndirir. Sözün düzü, bir ilə yaxındı ki, belə bir təhlükə yaranıb. Ürəyi Azərbaycan futbolu ilə döyünən azarkeşlər, vicdanlı futbol adamları “Qəbələ”nin ətrafında yaranmış mürəkkəb situasiyanı həyəcanla izləyirlər. Qorxduğumuz odu ki, əsas komandanın zəifləməsi, maliyyənin azalması ümumilikdə klubun fəaliyyətini axsadar. Premyer-liqadakı ardıcıl xal itkiləri rəhbərliyi qəzəbləndirər və günlərin birində onlar futbola para xərcləməkdən bezib, akademiyanın da qapısını qıfıllayarlar. Deyəsən, bu təhlkə sovuşmaqdadı. Ən azı müəyyən müddət üçün. Elmar Baxşıyevin gəlişindən sonra “qırmızı-qaralar” özünə gəlməyə başlayıb, son iki oyunda qol da vurublar, xal da qazanıblar. Komandanın “ikinci nəfəsi açılıb”. Ümid edirik ki, davamlı olacaq. Çünki “Qəbələ”nin nəfəs alması, yaşaması həm də Azərbaycan futbolunun, uşaq akademiyasının yaşamasıdı. Onun nəfəsliyini bağlamaq olmaz!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar