21 sen 16:21Yazar

Ponomaryovlu “Sabah”

1988-ci ildə Seulda keçirilən 24-cü Yay Olimpiya Oyunlarının açılışını kənddəki evimizdə, ağ-qara televizorla izləyirdim. İdmandan, Olimpiadadan ağlım kəsən elə də çox şey yox idi. Amma artıq böyük qardaşımla futbola baxmağa, yerli-yersiz suallarla onun zəhləsini tökməyə başlamışdım. Məni qınamayın, indiki uşaqlarla o vaxtkılar arasında xeyli fərq var. 1988-ci ildə 7 yaşı olan uşağın dünyadan xəbər tutması üçün vasitələr elə də çox deyildi. Nə planşetimiz vardı, nə də internetimiz. Bizim kimi kənddə yaşayan uşaqlar üçün heç ağ-qara televizorlar da zəngin informasiya mənbəyi deyildi. İndikilərə nə var ki?! Hərəsinin əlində bir mobil telefon, yaxud da planşet. İstədikləri informasiyanı axtarış sistemlərindən tapır, öyrənirlər. Mənim “axtarış sistemim” isə məktəbin komsomol təşkilatının rəhbəri olan böyük qardaşım idi. Səbrlə dinləyir, suallarımı cavablayır, bildiklərini mənə də öyrədirdi...
31 il əvvəl sentyabrın 17-də qardaşım həyəcanla televizora baxır, gözlərini “sehrli güzgü”dən ayırmırdı. Məni də maraq bürümüşdü. Gördüyüm qədər ekranda heç kim topun arxasınca qaçmır, qol vurmağa çalışmırdı. Nə hakim vardı, nə də futbolçular. Amma stadion görünürdü, özü də xeyli nəhəng stadion idi. Maraq məni də bürüdü, qardaşımdan nəyin baş verdiyini soruşdum. Onda öyrəndim ki, həmin gün Cənubi Koreyanın Seul adlı şəhərində Olimpiadanın açılışıdı. Etiraf edim ki, həmin vaxta qədər Seulun adını eşitməmişdim. Heç Olimpiadanın nə olduğunu da bilmirdim. Dəstə-dəstə və eyni geyimdə olan insanlar toplu halda tribunaların qarşısında keçir, ekranlara əl edir, salam göndərirdilər. Qardaşım dedi ki, bax, indi bizimkilər keçəcək, onların arasında İqor Ponomaryov da var. Olimpiadadan xəbərsiz olsam da, Ponomaryovu tanıyırdım. Çünki qardaşımla birlikdə dəfələrlər onun qollarına sevinmişdim. Elə bu səbəbdən də Ponomaryovun nə vaxt görünəcəyini səbirsizliklə gözləməyə başladım. Nəhayət, SSRİ idmançıları fəxri keçidə başladı və cəmi bir dəfə bizə doğma olan İqorun üzünü görə bildik. Kameralar onu epizodik olaraq göstərdilər. SSRİ idmançılarının əynindəki gödəkçələrin əsl rəngini ağ-qara ekranda müəyyənləşdirə bilmədik. Bizim rəngsiz televizorda İqorun geyimi boz rəngdə görünürdü. Bu da məni ikiqat sevindirdi. Çünki həmin ərəfələrdə atam da mənim üçün Moskvadan boz rəngli gödəkçə almışdı. Xoşbəxt idim ki, bizim qəhrəmanımız İqor Ponomaryov də mənim kimi boz rəngli gödəkçə geyir.
Sonrasını siz də bilirsiz. Seul Olimpiadası SSRİ idmançıları, o cümlədən bizim Ponomaryov üçün əlamətdar oldu. Çünki onun oynadığı SSRİ yığması Yay Olimpiya Oyunlarının futbol üzrə çempionu oldu. Çox sevinirdim. Həmin o boz rəngli gödəkçəylə həyətə düşəndə özümü əsl çempionlar kimi hiss edirdim. Sanki əynimdə SSRİ yığmasının çempion heyətinin idman geyimi var idi. İndi o günləri xatırlayanda özümü də gülmək tutur. Bilirəm ki, səbr edib bu sətrləri oxuyanların da dodaqları qaçır, mənim uşaq sadəlövhlüyümü təbəssümlə qarşılayırlar. Həmin o uşaqlıq xatirələri, Ponomaryova qarşı olan doğmalıq 2000-ci ildə yenidən baş qaldırdı. Çünki yzun müddət idi İqor bizə yadlaşmışdı. Ona qarşı qəlbimizin dərinliklərində inciklik yaranmışdı. İqor Anatolyeviçin “Neftçi”ni və Azərbaycanı qəfil tərk etməsi yaxşı qarşılanmamışdı. Millimizin baş məşqçisi təyin olunanda bütün bunları unutmağa çalışdım. Ümid edirdim ki, onun rəhbərliyi altında yığmamız böyük qələbələr qazanacaq, bizi sevindirəcək. Bununla da umu-küsü tam aradan qalxacaq, bütün Azərbaycan onu yenidən qəhrəman kimi bağrına bacacaq.
Sizi əvvəlcə 31, sonra da 19 il geriyə qaytardım, xatirələri təzələdik. Yəqin ki, bütün bunların boşuna olmadığını anlamısız. İqor Ponomaryov “Sabah”ın baş məşqçisi təyin olunub, Elşad Əhmədovdan bu komandanı təhvil alıb. Elə bu səbəbdən də mən keçmişə səyahət etdim, onunla bağlı bəzi maraqlı məqamları sizinlə bölüşdüm. Təəssüflər olsun ki, Ponomaryovun parlaq futbolçu karyerası məşqçi kimi davam etmədi. Milli komandamız, “Qarabağ Azərsun”, “Xəzər Lənkəran” – bunlar onun məşqçi kimi çalışdığı, bizə tanış olan iş yerləridi. Müəyyən qədər də ikinci vətəni İsveçdə, sonra da Rusiyada özünü sınayıb və uğur qazanmağı bacarmayıb. Elə bu səbəbdən də “Sabah”ın Müşahidə Şurasının bu qərarının doğru və ya yanlış olduğunu demək, hansısa proqnoz vermək xeyli çətindi. Yəqin ki, Ponomaryovun özü də gələcəklə bağlı ehtiyatlı danışmağa üstünlük verər, hadisələri qabaqlamağa tələsməzdi.
“Qəbələ”nin “Sabah”ı məğlub etməsi iki maraqlı məqamı ortaya qoydu. Birincisi o oldu ki, “Sabah” rəhbərliyinin Elşad Əhmədova baş məşqçi kimi etimad limiti bitdi. Şəxsən mən bu cür qərarları dəstəkləmirəm. Diqqət yetirdizsə, Nikola Yurçeviç də bu yaxınlarda verdiyi müsahibələrin birində “Qarabağ”dakı sabitliyə, Qurban Qurbanova göstərilən etimadın uğurun açarı olmasına işarə vurub. Belə baxanda “Neftçi”nin heyəti “Sabah”dan daha yaxşı, büdcəsi ondan xeyli yuxarıdı. Əhmədovla Bordinin aldığı maaş da müqayisəyə gəlməz. Amma “Neftçi” rəhbərliyi Bordinə şans verməkdədi. Lakin oxşar münasibət yerlilərə göstərilmir. Ola bilsin ki, “Qəbələ”nin məşqçi dəyişikliyindən dərhal sonra “Sabah”ı məğlub edərək, “qara zolaqdan çıxması” klub rəhbərliyini bu addıma həvəsləndirdi. Elə Elşad bəy də bundan sonra dəyişikliyin komandaya uğur gətirəcəyini düşündü.
Artıq qərar verilib, baş məşqçi dəyişikliyi reallaşdırılıb. Bizə qalan Əhmədova klub prezidentinin müşaviri, Ponomaryova isə “Sabah”ın baş məşqçisi kimi uğur arzulamaqdı. Ümid edək ki, hər kəs üçün xeyirlisi olacaq, İqor Anatolyeviç də özü üçün yeni olan çağırışı lazımınca dəyərləndirəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar