21 sen 16:11Yazar

Nə olmalıydısa, o da oldu!

İndi “Qarabağ”ın dünənki acı məğlubiyyəti ilə bağlı sonsuza qədər ah-vay etmək, bəlkələri muncuq kimi ipə düzmək olar. Amma gerçəklik heç vaxt dəyişməyəcək: ilk oyunda uduzmaqla bu qrupda APOEL ilə “Düdelanj”ı qabaqlamaq haqda düşünməyin daha realist yanaşma olmasıyla barışmışıq. Etiraf etmək lazımdı ki, dünən mübarizənin bir saatı arxada qalandan sonra tabloda yanan 0-lar adamı bir qədər həvəsləndirir, mümkün xalın həniri sərin sentyabr axşamının havasına qarışaraq, bədənimizə qəribə ilıqlıq gətirirdi. Təbii, meydandakı komandalardan birinin primeranın, o birinin premyer-liqanın 1-ci pilləsində qərarlaşdığını anlayırdıq, bu iki turnirin səviyyə fərqini dərk etməyəcək dərəcədə axmaq deyilik. Sadəcə, vaxtaşırı rəqib qapısı önündə gərginlik yaratmaq mümkün olurdu deyə, adama elə gəlirdi ki, bəlkə ispanların başını aldadıb, 1 xal oğurlaya bilərik. Amma olmadı və mənə elə gəlir ki, bunun səbəbləri üzərində ilk növbədə duşdan sonra güzgü önündə dayanan Miçel düşünməliydi. Ən yaralı yerimiz olan standart vəziyyətə heç nədən səbəbkar olmaq olmaz. Rəqibin heyətində Çiçarito kimi əfsanə varsa, belə mənasız follardan çəkinmək lazımdı. Gördüz, adam üçxallıq atışları su içmək səviyyəsinə endirən MBA ulduzları kimi davrandı, zərbəni elə ustalıqla yerinə yetirdi ki, Beqoviçin ruhu da incimədi. Öz aramızdı, bəs 2-ci qol nə idi, Azərbaycan çempionatında belə “paraşüt”ü sonuncu dəfə nə vaxt görmüsüz? Əslində 3-cü qol da oyunla bağlı estetik mənzərəni tamamladı. Təbii ki, bunu ispanların mənafeyi baxımından deyirəm. Cərimə meydançasında rəqibin üç futbolçusunun düzəltdiyi belə “qayçı” qolu “Qarabağ”ın ad-sanına yaraşmadı.
Respublika stadionunu dolduran azarkeşlərin könlünü oxşamaq üçün Azərbaycan çempionunun təsəlli qolu yerinə düşərdi. Amma gəlin razılaşaq ki, həmin qol belə ümumi mənzərəni dəyişməyəcəkdi. Yavaş-yavaş qitə futbolundakı yerimizi bilməli, buna uyğun hərəkət etməli, ölçülü-biçili davranış sərgiləməliyik. Bu gün “böyük beşlik” və nadir istisnaları çıxmaq şərti ilə “ikinci eşelon” ölkələrinin təmsilçiləri ilə mübarizə aparmağa gücümüz yoxdu. İndiki anda maksimum vəzifə qitənin bu kateqoriyalara düşməyən ölkələrinin klublarını “dişimizə vurmaq”, onlarla mübarizədən qalib ayrılmağa çalışmaqdı.
Onsuz da müxtəlif yaş qrupları üzrə yığmalarla bağlı vəziyyət aydındı. Yaxın gələcəkdə yığmalar səviyyəsində hansısa böyük turnirin final mərhələsinə qatılacağımızı yalnız ağlı yerində olmayan adamlar düşünə bilərlər. Odu ki, ayağımızı yorğanımıza görə uzatmalı, real hədəflərdən yapışmalıyıq. Mənə elə gəlir ki, bugünkü “Qarabağ”ın APOEL ilə “Düdelanj”la mübarizədən qalib ayrılıb, Avroliqada yaza çıxması fantastik uğur olardı. Azarkeş üçün də, jurnalist üçün də, hətta “Qarabağ” rəsmiləri üçün də ortaq hədəf, ortaq baxış məhz bu olmalıdı. Açığı, belə düşüncələrin işığında “Qarabağ” azarkeşlərinin Çiçaritonun dünənki fantastik qoluna reaksiyası mənə qəribə gəldi. Bu mənzərə, demək olar ki, uduzduğumuz hər oyunda təkrarlanır. Qapımıza qol vurulan kimi azarkeşlər gücü su butulkalarına verir, rəqibin oyunçularını atəşə tuturlar. Deyəsən, unuduruq ki, belə hərəkətlərin “Qarabağ”ın imicinə, cibinə yalnız ziyanı var, heç bir halda xeyri yoxdu.
Bir daha vurğulayıram ki, dünən nə olmalıydısa, o da oldu! “Qarabağ” düşərgəsi daha real hədəflərin planını cızmalı və həmin hədəflərə çatmağın yollarını axtarmalıdı. Bu gün üçün ortada olan qənaət budu ki, “Sevilya” nə qədər əlçatmaz olsa da, həm APOEL, həm də “Düdelanj” “Qarabağ”ın “dişinə”, gücünə, bacarığına görə rəqibdi. Bir qədər daha artıq inadkar olmaq, bəsit səhvlərdən qaçmaq, ələ düşən nadir qol imkanlarından yararlanmaq lazımdı. “Sevilya” ilə dünənki məğlubiyyət onsuz da gözlənilən idi. Sadəcə, dozası bir qədər artıq oldu. Dərs götürmək, hədəflərə doğru yürümək lazımdı. Keçmiş olsun, “Qarabağ”...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar