20 sen 12:19Yazar

Sizi tarixi məğlubiyyətdən “Sevilya” qurtardı!

“Qarabağ”la oyun “Neftçi” üçün hər nə qədər “ölüm-qalım” xarakteri daşısa da, Bordinin “köhlən atlar”ın üzərinə gedəcək nə heyəti, nə də cəsarəti var idi. Ancaq çempionluq uğrunda mübarizədən qopmamaq və azarkeşlə münasibətləri düzəltmək baxımından bu oyun flaqman üçün yaxşı fürsət kimi görünürdü. Hər şey daha da pis oldu. “Neftçi” uduzdu, “Qarabağ” çempionluq uğrunda ən yaxın rəqibini indidən nokauta saldı. Bu oyunun “Neftçi” üçün, sadəcə, 3 xaldan ibarət olmadığını ötən dəfə yazmışdım. Açığı, “ağ-qaralar”dan fərqli nəsə gözləyirdim. Ancaq fərqli heç nə baş vermədi. Ümumiyyətlə, nəsə baş verməsi belə möcüzə olardı. Bu komandanın ötən ildən bəri davam edən hücum problemi var. Diqqət edin, hücumçu yox, məhz hücum problemi. Çünki komandanın heyətində Dabo, Stiven-Monroz və Rauf Əliyev kimi silahlar var. Bu oyunçular, ola bilər ki, avrokuboklar üçün yetərli olmasın. Ancaq etiraf etmək lazımdır ki, ölkə çempionatı üçün yetərincə təhlükəli isimlərdir. Çatışmayan tək şey isə bunlardan istifadə edə bilməməkdi. Bu isə birbaşa baş məşqçinin işidi. Yəni bir ildən artıq davam edən hücum problemini baş məşqçi görməyə bilməz, deməli, bu adamın ağlında hücum deyilən şey yoxdu. O hələ də “qolu bir yolla vuracam, əsas müdafiədi” fikrindədi. Düzdür, ağlındakı oyun üslubu ötən il bir az işə yaradı. Ancaq o da sona qədər getmədi. “Səbail” və “Sumqayıt” ilə oyunlarda sistem çökdü və çempionluq getdi.
“Neftçi” üçün hücum qurmaq, rəqibə təzyiq etmək çox böyük problemə çevirilib. Bakılılar bunu heç çempionatın orta səviyyəli komandasına qarşı edə bilmirlər, o ki qaldı “Qarabağ”... Təbii ki, bunun bir çox səbəbləri var. Başlıcası heyətlə bağlı problem olsa da, komanda bu qədər aciz qalmamalıdı. Oyunboyu topu yalnız mərkəzdən rəqib meydançasına daşımaq hazırlıq deyil. Müsasir futbolda cinah oyunçularının ayrı yeri var. Sizin hücum etmək, təzyiq etmək fikiriniz varsa, mütləq cinah oyunçularınız hücumameyilli olmalı, adam keçməli və cərimə meydançasına top atmalıdı. “Neftçi”nin oyununda isə bunların heç birini görə bilməzsiz. Çünki Antonla Ömər bu səviyyənin oyunçusu deyil. Hər ikisi də müdafidə yaxşı təsir bağışlaya bilərlər, ancaq hücumda yoxa bərabərdilər. Onlar indiki vəziyyətdə çempionluq hədəfi olan bir komadanın əsas heyət oyunçusu ola bilməzlər. Niyyət onlara yüklənib, bütün günahı onlara atmaq deyil. Sadəcə, bu adamlarda israr edib, əlavə nəsə gözləməyin faydasız olduğunu deməkdi. Məsələ yalnız cinah oyunçuları ilə bitmir. Elə mərkəz də yaradıcı deyil. Emin Mahmudov yalnız yerində dayanaraq sağa-sola ötürmələr edir. Mərkəz oyunçusu kimi etməli olduğunu edir kimi görünə bilir. Ancaq “Neftçi” sistemli şəkildə komanda oyunu göstərmir axı. Göstərsə, bəli, o zaman hərənin öz işinin öhdəsindən gəldiyini deyib, təqdir etmək olar. Əks təqdirdə heç bir faydası olmur. Ki, olmadı da. Heyətdə mütləq 3-4 oyunçu olmalıdı ki, oyunu üzərinə götürüb, nəsə eləsinlər. Məsələn, kimsə iki-üç adam keçib yaxşı bir ötürmə etməli, qapıya zərbə vurmalı və ya nəsə qeyri-adi bir şey etməlidi. Artıq ya sistemli futbol oynayacaqsan, ya da klassik 10 nömrəyə bağlı. Yəni işlər pis gedəndə o 10 nömrə səhnəyə çıxacaq, fantastik bir zərbə ilə səni xilas edəcək. Hərçənd bu üsul da artıq çürüyüb. Ancaq hələ də heç yoxdan yaxşı kimi görünə bilər. Ancaq nə edəsən ki, “Neftçi”də bunların heç biri yoxdu. Məsələn, siz son oyunda Dabo ilə Stiven-Monrozun kifayət qədər top qəbul elədiyi ilə razısız? Mən raz deyiləm. Çünki hücumçunun mərkəzdə top qəbul etməsinin heç bir mənası yoxdu. “Onlar yaxşıdı, başqaları pisdi” demirəm. Ancaq “Neftçi”də oynayan hücumçular mərkəzə gəlib, topu ordan qəbul edərək, cərimə meydançasına aparacaq qədər yüksək səviyyəli deyillər. Dünən Rəhman Hacıyev və Namiq Ələsgərovun əsas heyətdə başlaması hər nə qədər gözlənilməz olsa da, ortaya heç nə çıxmadı. Oyunçu seçimi olaraq italiyalı düzgün qərar vermiş kimi görünə bilər. Bəli, Rəhman da, Namiq də sürətli oyunçulardı. Hər ikisi də texnikalıdı və oyunçu keçə bilirlər. Ancaq oyunçulardakı bu xusüsiyyətlərin işə yaraması üçün maşın kimi işləyən bir sistem olmalıdı. Necə hücum edəcəyini bilməyən komanda irəlidə yalnız var-gəl edər. Ki, elə də oldu. Hə, hesab 0:2 olandan sonra “Qarabağ”ın qapıçısı Beqoviçin çıxardığı iki-üç topla “oynadıq, olmadı” görüntüsü ilə heç kimi aldada bilməzsiz. Təzyiq qurmaq mərkəzdən topu rəqib cərimə meydançasına atmaq deyil. Siz hələ də düşünürsüz ki, biz topu ora çatdıraq, oralarda nəsə olacaq? Qətiyyən olan deyil. Olsa da, bir, uzağı iki oyun olar. Mövsümün başında, belə bir ölüm-dirim oyununa, özü də “Qarabağ”a qarşı bu düşüncə ilə meydana çıxmaq intihar etməkdi. “Qarabağ”ın sabah “Sevilya” ilə matçı olmasaydı, inanın ki, sizinlə ayrı cür “danışacaqdı”. Çünki oyunun ikinci hissəsində “Qarabağ”ın haqlı olaraq artıq “Sevilya” matçını düşündüyü görünürdü. Söhbət yalnız beyin olaraq yox, elə fiziki güc olaraq da “köhlən atlar”ın Avroliqa oyunun düşünməsindən gedir. Hər nə qədər son oyuna görə “Qarabağ”ı da çox tərif etmək olmasa da, indidən çempionluq yolunda ən yaxın rəqibinə qarşı 8 xal fərq yardan komandanı tənqid etmək də olmur. Çünki bəlli məsələ idi ki, ağdamlılar bu oyunu qələbə ilə başa vurub, “Sevilya” ilə matça köklənəcək. Əks təqirdə”Neftçi” üçün həqiqətən çox faciəvi sonluq olacaqdı. Doğrudu, mövsümün 5-ci turunda çempionluğa “dəsmal atan” “Neftçi” üçün bundan artıq faciəvi sonluq ola bilməz. Ancaq etiraf edək ki, “Qarabağ”dan beş-altı top fərqi ilə alınacaq məğlubiyyət işləri daha da qorxunc edə bilərdi. Hər halda, bu baş vermədi. Ancaq unutmayın ki, sizi tarixi məğlubiyyətdən “Qarabağ”ın mərhəməti yox, “Sevilya” adı qurtardı. O “Sevilya” ki ötən il siz onu Bakıya gətirmək istəyirdiz...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:41 Nazarov Rəşad Sadıqovun rekorduna göz dikib? Bu gün, 13:39 “Qarabağ”la sona qədər mübarizə aparacağıq” Bu gün, 13:37 "Forza Neftçi" büdrəmir Bu gün, 13:34 Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir Bu gün, 13:31 Krasson “Qarabağ”la oyunu unuda bilmir Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub Bütün xəbərlər
Ən çox oxunanlar