20 sen 12:09Yazar

Toz içində çiçək – Mariya...

Azərbaycanın bir güləşi - ənənəvi idman növü var idi, o da artıq ayaqlar altında tapdalanır. Yunan-Roma güləşçilərinin Qazaxıstanın paytaxtı Nur-Sultandakı çıxışına başqa cür qiymət vermək çətindi. Gerçəklik budu ki, əvvəlcə Rəsul Çunayev, İslam Abbasov və Orxan Nuriyev, ardından da Taleh Məmmədov, Elvin Mürsəliyev və Beka Kandelaki Tokio Olimpiadasına lisenziya qazanmaq imkanını əldən verdilər. Bildiyiniz kimi, hər olimpiya çəki dərəcəsində ilk 6 yeri tutanlar Tokio Olimpiadasına vəsiqə qazanacaqdı. Amma altə güləşçidən heç biri bu hüquqa yiyələnmədi. Deməli, böyük ənənələrə malik Azərbaycan güləşi, bu sahəyə hədsiz çox pul qoyulmasına rəğmən, qürub çağını yaşayır.
Son illər güləşə pul axır, deyilənlərə inansaq, bu sahə birbaşa ölkənin birinci xanımının nəzarətindədi. Təəssüf ki, pul ilə nəticələr düz yox, tərs-mütənasibdi.
Və bütün bu başıpozuqluq fonunda ukraynalı Mariya Stadnik toz içində çiçək kimi görünür. Ötən əsrin 80-ci illərində bu hind filmi Azərbaycanda geniş yayılmışdı, kinoteatrların önündə adamlar baxmaq üçün növbə tuturdular. İndi də həminki mənzərədi: toz-palçıq içində olan Azərbaycan güləşinin idman şərəfini bu balaca qızcığaz, Ukrayna vətəndaşı olan, amma Azərbayana bütün azərbaycanlılardan daha artıq dərəcədə ürəyi yanan Mariya Stadnik qoruyur. O, dünən növbəti dəfə dünya çempionluğunu qazandı. Həm də Tokio Olimpiadasına lisenziyanı təmin etdi. Hadisələrin uğurlu axarı halında Stadnik olimpiya çempionu olacaq. İdmançı kimliyinə, şəxsiyyətinə, ləyaqətinə, burda yaşaya-yaşaya bizlərdən biri olduğuna görə bu xanım ən yüksək titullara, ən yüksək mərtəbəyə layiqdi. Nə olacaqsa, o da olacaq. Maşa olimpiya çempionu olmasa belə, indiyəqədərki əməllərinə, titullarına görə Azərbaycanın idman tarixinə düşməyə, adının bu ölkənin idman ensiklopediyasına yazılmasına layiqdi. Ölkəmiz hər dəfə dara düşəndə, hansısa öməli olay yaşananda Stadnik bizdən daha artıq dərəcədə çılğınlaşır, vətən və bayraq sevgisi fontan vurur. Yayda Zara Mqoyanın Bakıda konsert verməsinə etiraz etmiş, gürcü sərhədçilərlə “Keşikçidağ” ətrafındakı münaqişə zamanı hər azərbaycanlıdan daha artıq dərəcədə vətənpərvərliyin göstgərmişdi. Daha bir açıqlaması hansısa başdanxarab xanım Milli Qəhrəman Mübariz İbrahimovu cinayətkar elan edəndə olmuşdu: “Fotoda gördüyünüz şəxs Azərbaycanın igid oğlu Mübariz İbrahimovdu. Mübariz İbrahimov ermənilər ilə müharibə zamanı qəhrəmancasına həlak olub. İnternetdə araşdırma apardım. Təəssüf ki, Mübariz İbrahimovu cinayətkar adlandıran vicdansız insanlar var. Allah rəhmət eləsin”.
Bütün bunlardan sonra “kaş Mariyanın qeyrətinin, vətəndaş təəssübkeşliyinin yüzdəbiri bizim güləşçilərdə, idman ictimaiyyətində olaydı” deyib, yazını bitirmək olardı. Necə deyərlər, kor-kor, gör-gördü. Azərbaycan güləşi bütün şanlı ənənələrini itirməkdə, rəqibləri önündə parter vəziyyətində dayanmaqdadı. Güman edirəm ki, Qazaxıstana yollanan həmkarlarımız vətənə dönəndən sonra heç olmasa, “yunan-Roma güləşçilərinin çıxışı fiasko idi” deyə biləcək. Zatən, deməsələr, onlarla Güləş Federasiyasında oturanlar, məsələn, Namiq Əliyev arasında fərq nədi?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar