17 sen 14:33Yazar

Yeni ad, əla dad

Bir dəfə lap çox əvvəllər Salyanda kəndlərarası çempionatın oyunlarına tamaşa edirdim. Qarşılaşmaların birinin hakimi əvvələr “Plastik”in qapıçısı olmuş Heydər Ağayev idi. Adəti üzrə uduzan komanda hakimlikdən narazılıq edir, tez-tez mübahisə yaranırdı. Oyunun son dəqiqələrində həmin o komanda gözəl qolla hesabı bərabərləşdirdi və əsl həngamə bundan sonra başladı...
Hesabı bərabərləşdirən komandanın məşqçisi kənardan hakimə xitabən “Heydər, qola bax e, qola” qışqırdı. Bununla həmin məşqçi həm komandasının vurduğu gözəl qolu tərifləyir, həm də hakimə “sənin mübahisəli qərarlarına rəğmən, fərqləndik” demək istəyirdi. Heydər müəllimin cavabı isə eşidənlərin hamısını güldürdü, tribunalardan qəh-qəhə səsi yüksəldi. Soyuqqanlı Ağayevin cavabı həm qısa idi, həm də məzəli: “A kişi, Heydər bu qollardan o qədər görüb ki...” Yəni mən “Plastik”in qapısını qoruyanda o qədər qol görmüşəm ki, indi məni belə şeylərlə təəccübləndirə bilməzsən.
“Qarabağ”ın yeni qapıçısı Asmir Beqoviç Azərbaycan çempionatında debüt etdi. Xorvatiyalı qapıçının işinin elə də çox olmayacağı əvvəlcədən məlum idi. Onsuz da “Neftçi” “Qarabağ”dan səviyyəcə geri qalır, “xalq komandası” çox çətin günlər keçirir. “Qarabağ”ın isə belə bir problemi yoxdu. Oyundan-oyuna komanda “artırır”, futbolçular “relsə düşür”, səviyyə fərqini geridə qoyur. Qurban Qurbanov “Neftçi”ylə oyuna qədər yerli çempionatın oyunlarında Şahruddin Məhəmmədəliyevə etimad göstərir, “çərçivə”ni ona tapşırırdı. Heç şübhəm yoxdu ki, qarşıdan “Sevilya” ilə çətin sınaq gəlməsəydi və Beqoviçin oyun təcrübəsi qazanması vacib olmasaydı, Qurbanov yenə də qapıya Şahruddini qoyacaqdı. Dağıstanlı qolkiper Azərbaycan çempionatı üçün heç də pis qapıçı deyil, ötən 3 turda topu tordan çıxarmaması da bunun sübutu idi. Hələ mən “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsində böyük pay sahibi olan Vaqner da Silvanı demirəm. Vaqner kimi qolkiperi bizim çempionatda yarışan komandaların hamısı arzulayır.
Beqoviç isə tam bir başqa aləm imiş. Şahruddin Məhəmmədəliyevə də, Vaqner da Silvaya da böyük hörmətim var. Amma bunu deməmək ədalətsizlik olar, qoy məndən inciməsinlər. Asmir Beqoviç indiyə qədər Azərbaycana gəlmiş ən yaxşı qapıçı, ən faydalı transferlərin birincilərindədi. Söhbət təkcə oyun ərzindəki qurtarışlarından, “Neftçi”nin tək-tük təhlükəli zərbələri zamanı necə davranmasından getmir. Bosniyalı qolkiper tam bir yeni səviyyədi. Özünəgüvəni, “çərçivə”dəki inamlı davranışları, sakit təbiəti əsl lider xarakterli qapıçıları xatırladır. Adam əbəs yerə İngiltərə premyer-liqasında oynamayıb ki. Azərbaycan çempionatının səviyyəsi onun oyun təcrübəsinin azlığından əziyyət çəkməsini hiss etdirməyə imkan vermədi. Heç yeni komandasına, fərqli mühitə uyğunlaşmaq üçün zamana ehtiyacı olan birinə də bənzəmədi. Obrazlı desəm, Beqoviç oyunun ən gərgin anlarını belə saqqız çeynəyə-çeynəyə yola verdi.
Onun elə bu cür davranışları oyunun gedişində yadıma Heydər Ağayevi salmışdı. Sanki Beqoviç də “Neftçi”nin hücumlarını çox böyük soyuqqanlıqla dəf edərkən bunu demək istəyirdi: “Gəlin, gəlin. Mən sizin kimilərdən o qədər görmüşəm ki, bütün zərbələrinizi dəf etməyə hazıram”. Beqoviç Azərbaycan çempionatı üçün təkcə yeni ad deyildi, həm də yeni bir səviyyə etalonu, legioner fərqi idi. Asmirin gəlişiylə biz əsl legioner qapıçı, ümumiyyətlə, əcnəbi transer necə olmalıdı, onu da görmüş olduq. Necə deyərlər, yeni bir ad eşitdik, fərqli bir dad hiss etdik.
Təəssüf ki, Asmir Beqoviçin “Qarabağ”la icarə müqaviləsinin müddəti elə də böyük zaman kəsiyini əhatə etmir. Əslində elə normal olan da budu. Boş tribunalar önündə keçirilən rəqabətsiz çempionat üçün bu cür qapıçını uzun müddət məşğul etməyə, həm də çox xərcə düşməyə ehtiyac yoxdu. Tək ümidimiz Avropa Liqasındakı macəranın uzanması, “Qarabağ”ın qrup səddini aşmasıdı. Ümid edək ki, elə Beqoviçin də yardımı ilə “köhlən atlar” bunu bacaracaq, “Qarabağ” Azərbaycan futbolu üçün yeni bir səhifə açacaq. O zaman Beqoviçin də burda azı yaya qədər ləngiyəcəyini, səviyyəli çıxışı, inamlı qurtarışları ilə zövqümüzü oxşamağa davam edəcəyini əminliklə söyləmək olar. Bu gün bizim üçün xəyal kimi görünə bilər. Amma “Qarabağ” belə xəyalları reallığa çevirməyi yaxşı bacarır. Nə vaxtsa İngiltərə çempionatından bizim premyer-liqaya transferin mümkün olacağına da inanmazdıq. Xəyal idi, gerçək oldu. Qoy belə xəyallarımız bitməsin. Beqoviçə də, “Qarabağ”a da uğurlar arzulayaq. Bütün xəyallarımızın reallaşması ümidi ilə!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar